Bütün xəbərlər
Sumqayıtda ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo turniri start götürüb
Tarix: 08-12-2017 16:05 | Bölmə: Karusel
Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 6-cı respublika turniri start götürüb.
“Report” Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmi saytına istinadən xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, ACF, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilir. Turnirdə Bakı, Sumqayıt, Naxçıvan, Bərdə, Mingəçevir, Qusar, Qubadlı, Şabran, Laçın, Qax, Şuşa, Siyəzən, Qəbələ, Şirvan, Masallı, Xızı, Qobustan, İsmayıllı, Ağcabədi ilə yanaşı Rusiyanın Nalçik, Dərbənd şəhərlərinin və Ukraynanın yeniyetmə cüdoçuları mübarizə aparırlar.



Baxış sayı: 481


Bölməyə aid digər xəbərlər