13:57 / 27-01-2020
TƏBRİK EDİRİK!
09:01 / 26-01-2020
TƏBRİK EDİRİK!
22:27 / 25-01-2020
Əli Əsədovdan yeni qərar
Atambayevə qarşı yeni ittiham irəli sürüldü
Tarix: 13-12-2019 12:54 | Bölmə: Karusel

                  Atambayevə qarşı yeni ittiham irəli sürüldü

Qırğızıstanın həbsdə olan keçmiş Prezidenti Almazbek Atambayevə qarşı yeni ittiham irəli sürülüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “İnterfaks” eks-dövlət başçısının vəkili Zamir Jooşeva istinadən məlumat yayıb.
Qeyd olunur ki, Atambayev öz evində “Alfa” xüsusi təyinatlı dəstə komandirinin müavini Usenbek Niyazbekovu öldürməkdə ittiham olunur. Müstəntiqlər iddia edirlər ki, o, snayper tüfəngindən açılan atəş nəticəsində qətlə yetirilib.
Vəkilin sözlərinə görə, “Alfa”nın əməkdaşları  Milli Təhlükəsizlik Dövlət Komitəsinin (QKNB) cinayət əmrlərini yerinə yetiriblər: “Atambayevin əleyhdarları bütün işləri onun üstünə atmağa çalışırlar”.
Qeyd edək ki, 63 yaşlı A. Atambayev hazırda Milli Təhlükəsizlik Komitəsində saxlanılır.


Baxış sayı: 60


Bölməyə aid digər xəbərlər
22-01-2020, 23:25 “Qarabağ” qalib gəldi
13-01-2020, 00:36 Türk təyyarəsi vuruldu