23:18 / 08-10-2026
Murad dünya üçüncüsü oldu
23:13 / 08-10-2026
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
23:06 / 08-10-2026
Elvin Mahmudzadə yenə həbs edildi
22:59 / 08-10-2026
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
22:56 / 08-10-2026
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
22:50 / 08-10-2026
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
22:43 / 08-10-2026
İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
22:35 / 08-10-2026
ABŞ məhkəməsi Maduronun həyat yoldaşının həbsdən azad edilməsini rədd etdi
19:47 / 08-10-2026
375 məktəb və liseydə tədris dayandırılıb
19:44 / 08-10-2026
Aqressiv ayını güllələyərək öldürüb
19:41 / 08-10-2026
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
19:37 / 08-10-2026
Moldova parlamenti Rusiya mayonezinin qadağan edilməsini müzakirə etdi
19:33 / 08-10-2026
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
19:30 / 08-10-2026
İspaniya hərbi təyyarəsi müşahidə edilib
19:24 / 08-10-2026
Litva Baş naziri Rusiya taxıl tranzitini qadağan etmək istəyir
19:20 / 08-10-2026
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
19:17 / 08-10-2026
Çinin "Tianvan" Atom Elektrik Stansiyasında 7-ci blok reaktoru işə salınıb
19:12 / 08-10-2026
Husilər Ər-Riyad hava limanına raket hücumu elan etdilər
19:09 / 08-10-2026
Bir ana və onun azyaşlı oğlu təqaüdçüləri öldürməkdə ittiham olunurlar
19:05 / 08-10-2026
Rubio Ukraynadakı münaqişənin genişlənmə riski barədə xəbərdarlıq etdi
19:01 / 08-10-2026
Slovakiyanın Baş naziri Avropa Parlamentindən Qızıl Tramp heykəlinin çıxarılmasını gözləyir
18:57 / 08-10-2026
Botanika bağında ayı izləri aşkar edilib, ərazi bağlanıb
18:53 / 08-10-2026
Polşada bir qadını bıçaqlayan yeniyetmənin başında videokamera olan dəbilqə var idi
18:48 / 08-10-2026
Xarici avtomobildə olan yeniyetmə polisdən yayınmağa çalışıb
18:45 / 08-10-2026
Kaşpirovskinin qohumları onu Ukraynada dəfn etmək istəyirlər
18:42 / 08-10-2026
Belarus Xarici İşlər Nazirliyi Bryansk yaxınlığındakı hücumu Minskin münaqişəyə cəlb edilməsi cəhdi adlandırıb
18:35 / 08-10-2026
Fransa xarici işlər naziri Jan-Noel Barro Rusiyanı mikrofonunu kəsməkdə günahlandırdı
18:31 / 08-10-2026
Fiqurlu konkisürən Trusova Almatıda qüsursuz qısa proqramda konkisürmə etdi
18:23 / 08-10-2026
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
21:07 / 07-10-2026
Zaporojyedə kabelli körpüyə hava bombası zərbələrinin videosu yayılıb
21:04 / 07-10-2026
Ekspert Trampın Yəməndəki münaqişəyə müdaxilə etməyəcəyini bildirib
20:58 / 07-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının hərbi-siyasi bloka çevrildiyini elan etdi
20:55 / 07-10-2026
Rusiyanın Antalyadakı Baş Konsulluğu rus paraplançısının ölümünü təsdiqlədi
20:52 / 07-10-2026
Fransada etiraz aksiyalarında saxlanılanların sayı 6600-ü keçib
20:49 / 07-10-2026
Hollandiya Ukraynaya hərbi yardım göstərməyin səmərəsiz olduğunu etiraf edib
20:32 / 07-10-2026
Qızıl internat məktəbinin yaxınlığında ayı göründü
20:24 / 07-10-2026
Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb
20:20 / 07-10-2026
Rusiyalı paraşütçü turist Türkiyədə vəfat etdi
NİKAHIN POZULMASI ZAMANI ƏMLAK BÖLGÜSÜNDƏ YARANMIŞ PROBLEMLƏR VƏ HƏLLİ YOLLARI
Tarix: 15-04-2019 10:13 | Bölmə: Sosial
Azərbaycan ailələrində boşanmadan sonra yaranan ən böyük problem əmlak bölgüsü zamanı meydana gəlir. Bu gün məhkəmələrdə araşdırlan işlərin böyük qismi məhz boşanma zamanı yaranan əmlak mübahisələri ilə əlaqədardır. Bu mövzu ilə əlaqədar cəmiyyətin müxtəlif təbəqələrində aparılan müzakirələrdə boşanmadan sonra daha çox qadınların mülkiyyət hüquqlarının pozulduğu iddia olunur. Məhkəmə təcrübəsində tərəflər arasında boşanma zamanı və yaxud boşanmadan sonra yaranmış əmlak mübahisəsi qüvvədə olan Mülki və Ailə Məcəllələrinin tələblərinə uyğun öz həllini tapır.Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak onların ümumi birgə mülkiyyətinə daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesab edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır. Ailə kəndli təsərrüfatı üzvlərinin birgə mülkiyyəti üzərində ər-arvadın istifadə, sahiblik və sərəncam hüquqları Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müəyyən olunur.Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Azərbaycan Respublikası Mülki və Ailə Məcəllələrində qeyd olunur ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak onların ümumi mülkiyyətidir. Burada istisna hal ondan ibarətdir ki, tərəflər arasında bağlanmış nikah müqaviləsində və ya onların arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmasın. Nikaha girməzdən əvvəl tərəflərin hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun öz mülkiyyətidir. Məsələn, ərə babasından vərəsəlik qaydasında verilmiş mənzil və ya arvada toy hədiyyəsi kimi verilmiş müxtəlif zinət əşyası onların öz mülkiyyətidir və birgə mülkiyyət sayıla bilməz. Həmçinin fərdi istifadə olunan əşyalar - geyim, ayaqqabı və s. əşyalar ümumi vəsait hesabına əldə edilsə də belə, həmin əşyadan istifadə edən şəxsin öz mülkiyyəti hesab edilir. Bəzi hallarda ailədə arvadın müstəqil qazancının olmaması, bütün əmlakların ər tərəfindən alınması səbəbindən onların birgə mülkiyyəti hesab edilə bilməməsi barədə cəmiyyətimizdə yalnış mövqe mövcuddur. Lakin qeyd edilməlidir ki, nikah dövründə ev təsərüffatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan arvad da belə ümumi əmlak üzərində eyni hüquqa malikdir. Ailə Məcəlləsində boşanma zamanı ərlə arvadın birgə nikah dövründə əldə etdikləri əmlakın bölünməsi məhkəmə tərəfindən həll edilməli olan məsələ kimi nəzərdə tutulmuşdur. "Ər-arvad birgə nigah dövründə əldə etdikləri ümumi əmlakı öz aralarında bağlanmış notariat qaydasında təsdiq edilmiş sazişə əsasən bölə bilərlər. Mübahisə yarandığı təqdirdə tərəflər ümumi əmlakın bölünməsini və yə həmin əmlakda payının müəyyən olunmasını məhkəmə qaydasında tələb edə bilərlər. Təcrübədə bir qayda olaraq ər-arvadın birgə nigah dövründə əldə etdikləri ümumi əmlak bölündükdə onların payları bərabər müəyyən olunur. Bəzi hallarda yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınaraq ümumi əmlakdakı paylar bərabər bölünməyə də bilər.
Tərəflər arasındakı nikah münasibətlərinə xitam verildikdən sonra arvadın (ərin) birgə yaşadığı mənzildə yaşayış hüququnun mövcud olub-olmaması aktual problemlərdəndir. Məhkəmə təcrübəsinə əsaslanaraq qeyd etmək istəyirəm ki, arvadın ərlə birlikdə nikah zamanı yaşadıqları mənzildə boşanmadan sonra yaşayış və istifadə hüququnun mövcud olması barədə mübahisə həll edilərkən ilk öncə mənzilin hüquqi vəziyyəti qimətləndirilməlidir. Mülki Məcəllənin tələbinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün mülkiyyətçi ilə bağlanmış, notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma zəruridir. Məsələn, gəlinin qayınatasının mülkiyyətçisi olduğu evdə yaşaması üçün qayınatası ilə aralarında notarial qaydada təsdiq olunmuş razılaşma olmalıdır. Bu müddəa ilə bağlı Konstitusiya Məhkəməsi tərəfindən bir neçə Plenum qərarı qəbul edilmişdir. Bəzi hallarda məhkəmələr öz qərarlarında bu növ mübahisələrə qiymət verərkən mülkiyyətçi ilə birgə yaşayan ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün tərəflər arasındakı etibarlı ailə əlaqələrinin əsas rol oynadığını göstərirlər. Məsələn mülkiyyətçi ər olarsa, bu halda arvadın onlar arasında etibarlı ailə əlaqələrinin olması məhkəmələr tərəfindən əsas kimi qəbul edilir. Qanunvericiliyə görə dini nikah rəsmi nikah sayılmır. Ailə dediyimiz nikah bağlandıqdan sonra kişi və qadın arasında qarşılıqlı ittifaqın qurulmasıdır. Nikah pozulduqdan sonra əmlak bölgüsündən danışdıqda burada bölünən əmlaka baxmaq lazımdır. Buna evi, maşın, torpaq sahəsi və s. misal çəkmək olar. Nikah pozulması zamanı əmlakın bölünməsi zamanı bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. O daşınan və daşınmaz mülkiyyət bölünür ki, həmin mülkiyyət birgə nikah dövründə alınıb və bu mülkiyyət evdirsə, mütləq mülkiyyət Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatına alınmalıdır. Əmlak bölgüsü zamanı paylar bərabər tutulur. Bərabər bölünməyə də bilər, bu isə boşanma zamanı ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Birgə nikah dövründə əldə edilən mülkiyyət dövlət qeydiyyatına alınmayıbsa, həmin əmlakın bölgüsündən söhbət gedə bilməz: Elə tikililər var ki, dövlət tərəfindən qeydə alınmayıb. Yəni, birgə nikah dövründə özbaşına tikilib. Dövlət qeydiyyatına alınmadığından bu mülkiyyətin bölgüsü aparılmır. Amma birgə nikah dövründə müəyyən vəsait hesabına ev tikilibsə, bir neçə il yaşayıblarsa, onda əmlakın deyil, o evin tikilməsinə sərf olunmuş pulun bölgüsü baş verir, hər kəs bu vəsaitin yarısını qarşı tərəfdən tələb etmək hüququna malikdir.Nikah dövründə ər arvada hədiyyə olunan əmlak və vərəsəlik qaydasında keçən əmlak birgə əmlak sayılmır: "Lakin bəzən kişilər birgə nikah dövründə qadına verilən hədiyyələri keçmiş həyat yoldaşına vermək istəmir. Bu isə mübahisələrin yaranmasına səbəb olur. Birgə nikah dövründə qadınlara qızıl-zinət əşyaları hədiyyə edilir. Qanunvericiliyə görə, ər və arvaddan asılı olmayaraq hədiyyə şəklində verilən əşyalar kimə verilibsə, artıq onun əmlakı hesab edilir. Bir çox hallarda şahid oluruq ki, ər deyir ki, qızıl-zinət əşyalarını mən hədiyyə etmişəm, indi mənimlə münasibətləri korlanıb və mən hədiyyəni ona vermirəm. Bu isə düzgün deyil. Çünki, bu halda qanunvericilik hədiyyə kimə verilibsə, onu mülkiyyətçi hesab edir. Qanunvericiliklə həmin əşyalar alınaraq tələb edən şəxsə verilməlidir. Hər iki tərəf bu işdə əziyyət çəkir və mübahisəli məsələlərin həllində hər ikisi məhkəmə prosesində iştirak etməyə məcbur olurlar. Əslində isə ailə həyatı quran cütlük vaxtında nikah müqaviləsi bağlasa, mülkiyyətlə bağlı mübahisəli məsələlər baş verməz. Bəs Nikah müqaviləsi nədir? Ailə Məcəlləsinin 38.1 maddəsində göstərilir ki, nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir.: "Əgər öncədən yuxarıda qeyd olunan nikah müqaviləsi bağlanmayıbsa, əmlakın bölgüsü zamanı hər iki tərəf əziyyət çəkir. Çünki boşanan cütlüyün hər ikisi məhkəmə prosesində iştirak etmək məcburiyyətində qalırlar. Evlənməmişdən qabaq boşanmanın şərtlərini danışmaq bizim mentatltetə uyğun olmadığına görə nikah müqaviləsi bağlanmır. Nikah müqaviləsinin bütün detalları qabaqcadan yazılı şəkildə evli cütlüklər arasında razılaşdırılaraq tərtib oluna bilər. Bura uşağın kimin himayəsində qalıb qalmaması məsələsi, alimentin ödənməsi ilə bağlı miqdar, birlikdə əldə olunmuş mülkiyyətin bölünməsi barədə, kompensasiya məsələsi, yəni kim əmlakı bütöv halda alacaqsa, mütənasib şəkildə kompensasiyanın ödənilməsi məsələsi və s. burda öz quvvəsini tapır. Nikah müqaviləsi cütlük nikah qeydiyyatından keçdikdən sonra quvvəyə minir və boşanma zamanı müqavilədə yazılmış öhdəliklərin icrasına başlanılır. Nikah müqaviləsi nikah dövründə dəyişdirilə və yenilənə bilər. Çünki birgə nikah dövründə yeni əmlak alına bilər. Və bu müqavilə notarial qaydada təsdiq olunmalıdır və nüsxələrin sayı tərəflərin sayına uyğun olaraq tərtib edilməlidir. Mülkiyyətin bölunməsi həm ailə, həm də mülki məcəllə ilə tənzimlənir. Təəssüf edirəm ki, mənə müraciət edən ərizələrin içərisində boşanma ilə bağlı ərizələrə də rast gəlirəm ki, bunların əksəriyyəti ilk üç il ərzində evlənmiş cütlüklərin ərizələridir. Amma bunların heç birində nikah müqaviləsi olmayıb. Ümumuyyətlə, mən işlədiyim illər ərzində nikah müqaviləsi ilə bağlı heç kim mənə müraciət etməyib. Bu müqavilənin olması tərəflərin işini asanlaşdırır. Müqavilə bağlandığı halda tərəflər məhkəməyə müraciət etmədən öz hüquqlarını qorumuş olurlar. Bizdə mülkiyyətin bölgüsü zamanı problem yarananda vəkilə müraciət olunur. Əslində problem yaranmamışdan gəlib məsləhət almaq lazımdır. Sadəcə olaraq vəkillik sahəsi pullu xidmət olduğu üçün çox adam belə məsələlərdə müraciət etmirlər və buradan da qeyd etmək istəyirəm ki, ailə qurmaq fikrində olan cütlüklərə pulsuz məsləhət verə bilərəm. Təki boşanma prosesi baş verməsin. Yaşayış sahəsindən istifadə hüququ olan mənzil mülkiyyətçisinin hər bir ailə üzvü, hətta boşanmadan sonra mənzildən sərbəst surətdə istifadə edə bilər. Ailə üzvünün mənzildən istifadə hüququna xitam vermək üçün Mülki Məcəllədə kompensasiya institutu nəzərdə tutulmuşdur. Kompensasiya institutu dedikdə cəmiyyətimizdə mənzildən istifadə hüququ olan şəxsə mənzilin bölünməsini və dəyərindən ona pay ödənilməsini tələb etmək hüququ kimi anlaşılır. Bunun yanlış mövqe olduğu diqqətinizə çatdırmaqla qeyd etməliyəm ki, kompensasiya - istifadəçiyə mülkiyyətçinin hesabına müəyyən müddət daxilində əvvəlki mənzildə olan şəraitlə müqayisədə başqa yaşayış yerində oxşar yaşamaq imkanını verən bir institutdur.
1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsində nəzərdə tutulub ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Zənnimcə, bu müddəa ilə Mülki Məcəllənin şərh olunan müddəası arasında ziddiyət vardır. "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun göstərişini rəhbər tutaraq qeyd edilməlidir ki, Mülki Məcəllə mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə, Mülki Məcəllə tətbiq edilir.
Vəkil Rövşən Qasımov
Baxış sayı: 2 668
Bölməyə aid digər xəbərlər
Tarix: 15-04-2019 10:13 | Bölmə: Sosial
Azərbaycan ailələrində boşanmadan sonra yaranan ən böyük problem əmlak bölgüsü zamanı meydana gəlir. Bu gün məhkəmələrdə araşdırlan işlərin böyük qismi məhz boşanma zamanı yaranan əmlak mübahisələri ilə əlaqədardır. Bu mövzu ilə əlaqədar cəmiyyətin müxtəlif təbəqələrində aparılan müzakirələrdə boşanmadan sonra daha çox qadınların mülkiyyət hüquqlarının pozulduğu iddia olunur. Məhkəmə təcrübəsində tərəflər arasında boşanma zamanı və yaxud boşanmadan sonra yaranmış əmlak mübahisəsi qüvvədə olan Mülki və Ailə Məcəllələrinin tələblərinə uyğun öz həllini tapır.Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak onların ümumi birgə mülkiyyətinə daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesab edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır. Ailə kəndli təsərrüfatı üzvlərinin birgə mülkiyyəti üzərində ər-arvadın istifadə, sahiblik və sərəncam hüquqları Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müəyyən olunur.Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Azərbaycan Respublikası Mülki və Ailə Məcəllələrində qeyd olunur ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak onların ümumi mülkiyyətidir. Burada istisna hal ondan ibarətdir ki, tərəflər arasında bağlanmış nikah müqaviləsində və ya onların arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmasın. Nikaha girməzdən əvvəl tərəflərin hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun öz mülkiyyətidir. Məsələn, ərə babasından vərəsəlik qaydasında verilmiş mənzil və ya arvada toy hədiyyəsi kimi verilmiş müxtəlif zinət əşyası onların öz mülkiyyətidir və birgə mülkiyyət sayıla bilməz. Həmçinin fərdi istifadə olunan əşyalar - geyim, ayaqqabı və s. əşyalar ümumi vəsait hesabına əldə edilsə də belə, həmin əşyadan istifadə edən şəxsin öz mülkiyyəti hesab edilir. Bəzi hallarda ailədə arvadın müstəqil qazancının olmaması, bütün əmlakların ər tərəfindən alınması səbəbindən onların birgə mülkiyyəti hesab edilə bilməməsi barədə cəmiyyətimizdə yalnış mövqe mövcuddur. Lakin qeyd edilməlidir ki, nikah dövründə ev təsərüffatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan arvad da belə ümumi əmlak üzərində eyni hüquqa malikdir. Ailə Məcəlləsində boşanma zamanı ərlə arvadın birgə nikah dövründə əldə etdikləri əmlakın bölünməsi məhkəmə tərəfindən həll edilməli olan məsələ kimi nəzərdə tutulmuşdur. "Ər-arvad birgə nigah dövründə əldə etdikləri ümumi əmlakı öz aralarında bağlanmış notariat qaydasında təsdiq edilmiş sazişə əsasən bölə bilərlər. Mübahisə yarandığı təqdirdə tərəflər ümumi əmlakın bölünməsini və yə həmin əmlakda payının müəyyən olunmasını məhkəmə qaydasında tələb edə bilərlər. Təcrübədə bir qayda olaraq ər-arvadın birgə nigah dövründə əldə etdikləri ümumi əmlak bölündükdə onların payları bərabər müəyyən olunur. Bəzi hallarda yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınaraq ümumi əmlakdakı paylar bərabər bölünməyə də bilər.Tərəflər arasındakı nikah münasibətlərinə xitam verildikdən sonra arvadın (ərin) birgə yaşadığı mənzildə yaşayış hüququnun mövcud olub-olmaması aktual problemlərdəndir. Məhkəmə təcrübəsinə əsaslanaraq qeyd etmək istəyirəm ki, arvadın ərlə birlikdə nikah zamanı yaşadıqları mənzildə boşanmadan sonra yaşayış və istifadə hüququnun mövcud olması barədə mübahisə həll edilərkən ilk öncə mənzilin hüquqi vəziyyəti qimətləndirilməlidir. Mülki Məcəllənin tələbinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün mülkiyyətçi ilə bağlanmış, notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma zəruridir. Məsələn, gəlinin qayınatasının mülkiyyətçisi olduğu evdə yaşaması üçün qayınatası ilə aralarında notarial qaydada təsdiq olunmuş razılaşma olmalıdır. Bu müddəa ilə bağlı Konstitusiya Məhkəməsi tərəfindən bir neçə Plenum qərarı qəbul edilmişdir. Bəzi hallarda məhkəmələr öz qərarlarında bu növ mübahisələrə qiymət verərkən mülkiyyətçi ilə birgə yaşayan ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün tərəflər arasındakı etibarlı ailə əlaqələrinin əsas rol oynadığını göstərirlər. Məsələn mülkiyyətçi ər olarsa, bu halda arvadın onlar arasında etibarlı ailə əlaqələrinin olması məhkəmələr tərəfindən əsas kimi qəbul edilir. Qanunvericiliyə görə dini nikah rəsmi nikah sayılmır. Ailə dediyimiz nikah bağlandıqdan sonra kişi və qadın arasında qarşılıqlı ittifaqın qurulmasıdır. Nikah pozulduqdan sonra əmlak bölgüsündən danışdıqda burada bölünən əmlaka baxmaq lazımdır. Buna evi, maşın, torpaq sahəsi və s. misal çəkmək olar. Nikah pozulması zamanı əmlakın bölünməsi zamanı bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. O daşınan və daşınmaz mülkiyyət bölünür ki, həmin mülkiyyət birgə nikah dövründə alınıb və bu mülkiyyət evdirsə, mütləq mülkiyyət Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatına alınmalıdır. Əmlak bölgüsü zamanı paylar bərabər tutulur. Bərabər bölünməyə də bilər, bu isə boşanma zamanı ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Birgə nikah dövründə əldə edilən mülkiyyət dövlət qeydiyyatına alınmayıbsa, həmin əmlakın bölgüsündən söhbət gedə bilməz: Elə tikililər var ki, dövlət tərəfindən qeydə alınmayıb. Yəni, birgə nikah dövründə özbaşına tikilib. Dövlət qeydiyyatına alınmadığından bu mülkiyyətin bölgüsü aparılmır. Amma birgə nikah dövründə müəyyən vəsait hesabına ev tikilibsə, bir neçə il yaşayıblarsa, onda əmlakın deyil, o evin tikilməsinə sərf olunmuş pulun bölgüsü baş verir, hər kəs bu vəsaitin yarısını qarşı tərəfdən tələb etmək hüququna malikdir.Nikah dövründə ər arvada hədiyyə olunan əmlak və vərəsəlik qaydasında keçən əmlak birgə əmlak sayılmır: "Lakin bəzən kişilər birgə nikah dövründə qadına verilən hədiyyələri keçmiş həyat yoldaşına vermək istəmir. Bu isə mübahisələrin yaranmasına səbəb olur. Birgə nikah dövründə qadınlara qızıl-zinət əşyaları hədiyyə edilir. Qanunvericiliyə görə, ər və arvaddan asılı olmayaraq hədiyyə şəklində verilən əşyalar kimə verilibsə, artıq onun əmlakı hesab edilir. Bir çox hallarda şahid oluruq ki, ər deyir ki, qızıl-zinət əşyalarını mən hədiyyə etmişəm, indi mənimlə münasibətləri korlanıb və mən hədiyyəni ona vermirəm. Bu isə düzgün deyil. Çünki, bu halda qanunvericilik hədiyyə kimə verilibsə, onu mülkiyyətçi hesab edir. Qanunvericiliklə həmin əşyalar alınaraq tələb edən şəxsə verilməlidir. Hər iki tərəf bu işdə əziyyət çəkir və mübahisəli məsələlərin həllində hər ikisi məhkəmə prosesində iştirak etməyə məcbur olurlar. Əslində isə ailə həyatı quran cütlük vaxtında nikah müqaviləsi bağlasa, mülkiyyətlə bağlı mübahisəli məsələlər baş verməz. Bəs Nikah müqaviləsi nədir? Ailə Məcəlləsinin 38.1 maddəsində göstərilir ki, nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir.: "Əgər öncədən yuxarıda qeyd olunan nikah müqaviləsi bağlanmayıbsa, əmlakın bölgüsü zamanı hər iki tərəf əziyyət çəkir. Çünki boşanan cütlüyün hər ikisi məhkəmə prosesində iştirak etmək məcburiyyətində qalırlar. Evlənməmişdən qabaq boşanmanın şərtlərini danışmaq bizim mentatltetə uyğun olmadığına görə nikah müqaviləsi bağlanmır. Nikah müqaviləsinin bütün detalları qabaqcadan yazılı şəkildə evli cütlüklər arasında razılaşdırılaraq tərtib oluna bilər. Bura uşağın kimin himayəsində qalıb qalmaması məsələsi, alimentin ödənməsi ilə bağlı miqdar, birlikdə əldə olunmuş mülkiyyətin bölünməsi barədə, kompensasiya məsələsi, yəni kim əmlakı bütöv halda alacaqsa, mütənasib şəkildə kompensasiyanın ödənilməsi məsələsi və s. burda öz quvvəsini tapır. Nikah müqaviləsi cütlük nikah qeydiyyatından keçdikdən sonra quvvəyə minir və boşanma zamanı müqavilədə yazılmış öhdəliklərin icrasına başlanılır. Nikah müqaviləsi nikah dövründə dəyişdirilə və yenilənə bilər. Çünki birgə nikah dövründə yeni əmlak alına bilər. Və bu müqavilə notarial qaydada təsdiq olunmalıdır və nüsxələrin sayı tərəflərin sayına uyğun olaraq tərtib edilməlidir. Mülkiyyətin bölunməsi həm ailə, həm də mülki məcəllə ilə tənzimlənir. Təəssüf edirəm ki, mənə müraciət edən ərizələrin içərisində boşanma ilə bağlı ərizələrə də rast gəlirəm ki, bunların əksəriyyəti ilk üç il ərzində evlənmiş cütlüklərin ərizələridir. Amma bunların heç birində nikah müqaviləsi olmayıb. Ümumuyyətlə, mən işlədiyim illər ərzində nikah müqaviləsi ilə bağlı heç kim mənə müraciət etməyib. Bu müqavilənin olması tərəflərin işini asanlaşdırır. Müqavilə bağlandığı halda tərəflər məhkəməyə müraciət etmədən öz hüquqlarını qorumuş olurlar. Bizdə mülkiyyətin bölgüsü zamanı problem yarananda vəkilə müraciət olunur. Əslində problem yaranmamışdan gəlib məsləhət almaq lazımdır. Sadəcə olaraq vəkillik sahəsi pullu xidmət olduğu üçün çox adam belə məsələlərdə müraciət etmirlər və buradan da qeyd etmək istəyirəm ki, ailə qurmaq fikrində olan cütlüklərə pulsuz məsləhət verə bilərəm. Təki boşanma prosesi baş verməsin. Yaşayış sahəsindən istifadə hüququ olan mənzil mülkiyyətçisinin hər bir ailə üzvü, hətta boşanmadan sonra mənzildən sərbəst surətdə istifadə edə bilər. Ailə üzvünün mənzildən istifadə hüququna xitam vermək üçün Mülki Məcəllədə kompensasiya institutu nəzərdə tutulmuşdur. Kompensasiya institutu dedikdə cəmiyyətimizdə mənzildən istifadə hüququ olan şəxsə mənzilin bölünməsini və dəyərindən ona pay ödənilməsini tələb etmək hüququ kimi anlaşılır. Bunun yanlış mövqe olduğu diqqətinizə çatdırmaqla qeyd etməliyəm ki, kompensasiya - istifadəçiyə mülkiyyətçinin hesabına müəyyən müddət daxilində əvvəlki mənzildə olan şəraitlə müqayisədə başqa yaşayış yerində oxşar yaşamaq imkanını verən bir institutdur.
1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsində nəzərdə tutulub ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Zənnimcə, bu müddəa ilə Mülki Məcəllənin şərh olunan müddəası arasında ziddiyət vardır. "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun göstərişini rəhbər tutaraq qeyd edilməlidir ki, Mülki Məcəllə mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə, Mülki Məcəllə tətbiq edilir.
Vəkil Rövşən Qasımov
Baxış sayı: 2 668
Bölməyə aid digər xəbərlər
Dünən, 23:18
Murad dünya üçüncüsü oldu
Dünən, 18:23
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
6-10-2026, 19:13
Bank meneceri əmanətçilərdən 24 milyon rubldan çox pul oğurlayıb
5-10-2026, 18:26
180-dən çox qəhvəyi ayı məhv edilib
5-10-2026, 15:22
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
4-10-2026, 21:34
Təhsil işçiləri təltif edildi - Siyahı
4-10-2026, 21:15
Adını cüdo tariximizə yazdırdı... - Video
1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib













