Bütün xəbərlər
“Sağlam təhsil, sağlam millət”-Təhsil Nazirliyinin layihəsi
Tarix: 16-11-2017 08:40 | Bölmə: Sosial


Sumqayıt şəhərindəki 31 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin “Sağlam təhsil, sağlam millət” layihəsi çərçivəsində  sözügedən layihənin kordinatorları ilə sağlam təhsil siniflərində oxuyan şagird və onların valideynlərilə görüş keçirilib.
Sözgedən məktəbin direktoru  Xanım Əhmədova “Sabaha-inamla.az”-a bildirib ki, bu marifləndirici bir görüşdür. Layihənin gedişatı prosesində suallar cavablandırılıb, valideynlərin təklifləri eşidilib, müzakirə edilib. Direktor onu da vurğulayıb ki,  həmin layihə  bu məktəbdə dördüncü ildir ki, tətbiq olunur. Birinci ildən beş Bakı məktəbi, bir Sumqayıt məktəbi bu layihəyə qoşulub. Getdikcə bu layihəyə qoşulanların sayı artır. Bu il bu layihə ibtidai siniflərdə yekunlaşır. Gələn ildən beşinci siniflərdə də tətbiq olunacaq. Digər Sumqayıt məktəbləri də bu layihəyə qoşulacaq.
                                                Günel Məmmədli
                                                Sabaha-inamla.az


Baxış sayı: 1 062


Bölməyə aid digər xəbərlər