Bütün xəbərlər
Binanın uçması nəticəsində üç nəfər dağıntılar altında qala bilər
Tarix: 28-11-2025 09:40 | Bölmə: Digər

Yujno-Saxalinskdə tikilməkdə olan binanın qismən uçması baş verib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, dörd nəfər yaralanıb, daha üç nəfər dağıntılar altında qala bilər. Bu barədə RİA Novosti Fövqəladə Hallar Nazirliyinin Saxalin Vilayət İdarəsinə istinadən məlumat yayıb.
Hadisə 28 noyabr günortadan sonra Energetikov küçəsində beton tökülməsi zamanı baş verib. Nəticədə ikimərtəbəli bina qismən uçub.
RİA Novosti Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadən bildirir ki, "Tikintidə olan ikimərtəbəli binanın bir hissəsi beton tökülərkən uçub. Dörd nəfər yaralanıb, üç nəfərin dağıntılar altında qaldığı ehtimal olunur".
Hadisə yerində on altı xilasedici, o cümlədən bir it dəstəsi və beş texnika işləyir. Hadisənin bütün halları araşdırılır.





Baxış sayı: 22


Bölməyə aid digər xəbərlər