22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
İnformatika üzrə növbəti qızıl və bürünc medallar!
Tarix: 10-09-2022 20:38 | Bölmə: Sosial

                    İnformatika üzrə növbəti qızıl və bürünc medallar!



Rumıniyada keçirilən 28 avqust-3 sentyabrda Yeniyetmələrin Balkan İnformatika Olimpiadasında (JBOI 2022) ölkənin aparıcı mobil operatoru “Azercell Telekom” MMC-nin dəstəklədiyi Azərbaycan komandası yüksək nəticə nümayiş etdirib.
“Qafqazinfo” xəbər verir ki, bu beynəlxalq bilik yarışmasında ilk dəfə çıxış edən məktəblilərimiz 1 qızıl və 1 bürünc medal, əlavə olaraq 2 həvəsləndirici mükafat qazanıblar.
JBOI 2022 olimpiadasında qızıl medala Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 10-cu sinif şagirdi Fuad Qarayev, bürünc medala isə “Ankara məktəbi” məktəb-lisey kompleksinin 9-cu sinif şagirdi Əli Əliyev sahibləniblər. Quba Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 10-cu sinif şagirdi Fərid Tarıverdiyev və Fizika riyaziyyat və informatika təmayüllü respublika liseyinin 10-cu sinif şagirdi Şahin Ələkbərli isə yarışmanın həvəsləndirici mükafatına layiq görülüblər.
Qeyd edək ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq yarışlara hazırlıq prosesi “Azercell Telekom”un Elm və Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində ölkəmizi təmsil edən istedadlı məktəblilərimiz müxtəlif miqyaslı beynəlxalq olimpiadalarda uğurla çıxış edərək 2 qızıl, 10 gümüş, 25 bürünc olmaqla, ümumilikdə 37 medal qazanıblar. Azercell şirkəti Azərbaycanda təhsilin inkişafına və gənclərin potensialının üzə çıxarılmasına xidmət edən layihələri dəstəkləməkdə davam edəcək.








Baxış sayı: 238


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu