22:56 / 05-10-2026
Fransada etirazlarda xəsarət alan məktəblilərin sayı 190-a çatıb
22:52 / 05-10-2026
Dünyanın ən bahalı və ən ağır kitablarından biri Fransadakı bir muzeydən oğurlanıb
22:49 / 05-10-2026
III Çarlz keçmiş şahzadənin xərclərini ödəməkdən imtina etdi
22:46 / 05-10-2026
Rumıniya 10.000 ehtiyatçı üçün səfərbərlik təliminə başlayıb
22:43 / 05-10-2026
Vagenknext Almaniya kansleri Merzin istefa verməli olduğunu söylədi
22:39 / 05-10-2026
Vens, İranın Fairford Hərbi Hava Qüvvələri Bazasındakı hadisədə iştirakının ola biləcəyini iddia edir
18:28 / 05-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Almaniyanı Rusiya ilə qarşıdurmaya çəkmək cəhdlərini açıqladı
18:26 / 05-10-2026
180-dən çox qəhvəyi ayı məhv edilib
18:22 / 05-10-2026
Argentinalı futbolçu Barko "Spartak Moskva" ilə müqaviləsini uzadıb
18:18 / 05-10-2026
Paraşütçü ölümü ilə bağlı cinayət işi açılıb
18:14 / 05-10-2026
Türkiyə Ukraynaya qısa mənzilli hava hücumundan müdafiə sistemləri çatdırdı
15:37 / 05-10-2026
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının bir mərhələsindəki vetosunu ləğv edə bilər
15:26 / 05-10-2026
Almaniya üçün Alternativ Partiyası Ukrayna üçün neytral status tələb edir
15:22 / 05-10-2026
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
15:16 / 05-10-2026
Qətlə yetirilən qadının bədən hissələri ətçəkən maşından keçirilib
15:13 / 05-10-2026
Merzin Kiyevə səfəri onun siyasətinin əsas prioritetini ortaya qoydu
15:10 / 05-10-2026
Bir qadın, partnyorunun uşaqlarına işgəncə verdiyinə görə şərti cəza alıb
15:06 / 05-10-2026
Lavrov bildirib ki, Rusiya NATO qüvvələrinin Əfqanıstanda yerləşdirilməsinin əleyhinədir
15:03 / 05-10-2026
"The Wall Street Journal", Hörmüz boğazındakı vəziyyətlə əlaqədar mümkün qlobal böhran barədə xəbərdarlıq etdi
14:56 / 05-10-2026
Cəbrayıl rayonunun Zəfər yolu
21:34 / 04-10-2026
Təhsil işçiləri təltif edildi - Siyahı
21:15 / 04-10-2026
Adını cüdo tariximizə yazdırdı... - Video
21:12 / 04-10-2026
Milyarder Devid Ruben Britaniyadan Monakoya köçüb
21:02 / 04-10-2026
Polşanın keçmiş baş naziri:"Gənc ukraynalılar vətənlərinə qayıtmalıdırlar"
20:59 / 04-10-2026
İsrail HƏMAS hücumunun ildönümündə Qəzza sərhədindəki bütün keçid məntəqələrini bağlamaq niyyətindədir
20:54 / 04-10-2026
Olimpiya Oyunlarında üçqat arxa salto edən ilk gimnast Qoqoladze vəfat etdi
20:50 / 04-10-2026
Türkiyədə 5,2 bal gücündə zəlzələ baş verib
20:18 / 04-10-2026
Merz Ukrayna ilə bağlı sülh danışıqlarına hazır olduğunu bəyan etdi

20:13 / 04-10-2026
Qərb Rusiya Müdafiə Nazirliyinin Ukraynaya zərbələrin artırılması ilə bağlı açıqlamasını pis adlandırıb
20:08 / 04-10-2026
Qadın və qızının qətlində şübhəli çoxmilyon dollarlıq borclu idi
20:02 / 04-10-2026
Keçmiş həyat yoldaşının qızını qaçıraraq Yəmənə aparıb
19:09 / 04-10-2026
KHL hakimi üzünə şayba dəydikdən sonra xərəkdə aparılıb
19:06 / 04-10-2026
İtaliyada keçirilən Dünya Kuboku mərhələsində qızıl qazandılar
19:03 / 04-10-2026
Moldova enerji tarifləri ilə bağlı etirazların olacağını proqnozlaşdırır
18:59 / 04-10-2026
Yəmən hakimiyyəti husilərə qarşı hərbi əməliyyata başlayıb
18:55 / 04-10-2026
Övladlığa götürdüyü anasını və uşağını öldürən kişi onları ən azı 90 dəfə bıçaqlayıb
Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir- Cəbi Quliyev
Tarix: 18-03-2022 14:04 | Bölmə: Sosial
Novruz xalqımızın zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə əks etdirən ən qədim və ən əziz bayramlarımızdan biridir. Bu təbiət bayramı Azərbaycanla yanaşı, digər türk xalqlarında və bir çox qonşu ölkələrdə böyük təntənə ilə qeyd olunur. Novruz yeni ilin başlanğıcı, təbiətin oyanışı, həyatın canlanmasıdır.
“Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” – Ulu Öndər Heydər Əliyev ("Azərbaycan" qəzeti, 24.03.1998)
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. 2021-ci ilin Novruz bayramında Prezident İlham Əliyev mədəniyyət paytaxtımız olan Şuşa şəhərinə gəldi və Cıdır düzündə Novruz tonqalı yandırdı.
İstər qədim türk mifologiyasında, istərsə də islamın yaradılış haqqında görüşlərində canlıların var olması üçün su, torpaq, yel (hava) və od əsas ünsürlər hesab olunur. İnsanların qədim inanc və təbiət qüvvələrinə olan heyranlıqları min illər ərzində formalaşaraq bayramların yaradılmasında, adət-ənənələrin formalaşmasında xüsusi önəm daşıyıb.Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Tarixi İslamdan əvvələ qədər uzanan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Bu bayrama verilən dəyər kimi, 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. Milli-mənəvi dəyərlərimizə verilən dəyərin ən gözəl nümunələrindən biri də Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramının UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsidir. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.
Novruz bayramı həm də milli adət-ənənələrimizin bütün dolğunluğu ilə yaşandığı vaxtdır. Xalqımızın adətlərinə görə Novruz bayramında küsülülər barışmalı, qohum-qardaşlar bir-birini ziyarət edib xonça nemətlərindən pay tutmalıdır. 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.”
Bolluq-bərəkət bayramı olan Novruzda ailə böyükləri ziyarət edilər, onlardan xeyir-dua alınar. Kimsəsiz yaşlı insanları bayramda sevindirmək, onların könlünü almaq, hədiyyələr aparmaq bayramın ən gözəl adətlərindən hesab olunur.“Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərinin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı, Keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, Keçəl qalib gəlir. Kənd yerlərində at yarışları – “Çovqan” oyunu keçirilir. Novruz bayramı mədəniyyət xadimlərinin də yaradıcılığında da tərənnüm olunub. Xalq sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar. Həmçinin, Novruz haqqında “Novruzun çələngi” və “Ocaq kimi” Azərbaycan filmləri də çəkilib.
Saflığı və səmimiyyəti ilə seçilən Novruzda ən çox sevinənlər isə uşaqlardır. Onların sevincinə səbəb olan ən gözəl Novruz ənənəsi sözsüz ki, papaqatmadır. Xüsusilə, kənd yerlərində ilaxır çərşənbədə bayram süfrəsi açılandan sonra uşaqlar müxtəlif geyimlərlə üz-gözlərini gizlədər, qonşulara, qohumlara papaq atmaqla onlardan bayram sovqatı alarlar. Milli bayramımız olan Novruzda qız-gəlinlər milli geyimlərə üstünlük verərlər. Bu bayram həm də soykökə bağlılıq təzahürüdür.
Novruz bayramı deyəndə ağıla gələn ilk atributlardan biri də bayram süfrəsidir. İnanclara görə süfrəyə düzülən nemətlər nə qədər bol çeşidli olarsa, həmin il də bərəkətli olar. Novruzda bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava - yer kürəsinin 4 istiqamətini, qoğal - günəşi, şəkərbura - ayı, rənglənmiş yumurta - həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 8 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni, süd, su, sünbül və süzmə süfrədə olması vacib şərtdir. Bayram süfrəsinin əsas bəzəyi şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə davam edir.Novruz haqqında danışanda onun əsas atributu olan səmənini unutmaq olmaz. Yaşıllığı, təbiəti, yeni həyatı təmsil edən səməni həm də xoş arzu niyyət hesab olunur. Xalq inancına görə, hər kəs səmənini özü cücərtməlidir. Səməni cücərtmədən əvvəl tutulan niyyət səməni yaxşı cücərəndə qəbul olar. Yalnız Novruz bayramı ərəfəsində bişirilən səməni halvası da bu bayramın ən gözəl nemətlərindən hesab olunur.
Baharın gəlişi ilə insanlar həm də torpağın əkilib-becərilməsinə başlayırlar. Tarlalarda şum qaldırılır, torpağa toxum səpilir, bağlarda ağaclar budanır, meşələrdə bayramın ilk müjdəçisi novruzgülü boy atmağa başlayır. Elliklə qeyd edilən bu bayramda hər kəsin dilində əsrlərdən süzülüb gələn Novruz nəğmələri oxunur.
Birlik-bərabərlik bayramı olan Novruz hər il yurdumuzda xüsusi təntənə ilə qeyd edilir. Onun bütün inanclarını, adət-ənənələrini yerinə yetirməklə növbəti il üçün təbiətin xeyir-duası alınır. Qoy, bu bahar bayramı xalqımıza əmin-amanlıq gətirsin. Vətənimizdə təbiətin xoş ətri duyulsun, ocaqlarımız isti, süfrəmiz bərəkətli olsun. Novruz bayramınız mübarək!
Cəbi Quliyev,
Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikası
Gənclər Fondunun icraçı direktoru
Baxış sayı: 404
Bölməyə aid digər xəbərlər

Dünən, 18:26
180-dən çox qəhvəyi ayı məhv edilib
4-10-2026, 21:34
Təhsil işçiləri təltif edildi - Siyahı
4-10-2026, 21:15
Adını cüdo tariximizə yazdırdı... - Video
1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
8-09-2026, 14:19
Hər hansı bir problemi qaynar xəttə bildirə biləcəklər
7-09-2026, 20:14
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 16:37
Alimlər Günəş plazma buludlarının Yer kürəsinə mümkün təsirləri barədə xəbərdarlıq edirlər