Bütün xəbərlər
Nazir Qarabağa açılan marşrut xətlərindən yazdı
Tarix: 18-01-2022 21:00 | Bölmə: Sosial

                 Nazir Qarabağa açılan marşrut xətlərindən yazdı


İşğaldan azad olunmuş ərazilərə ilkin olaraq növbəliliyin təmin edilməsi, daşımaların və sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutları yaradılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sosial şəbəkə hesabında yazıb.
Nazir bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında vətəndaşların mərhələli şəkildə işğaldan azad olunmuş ərazilərə müntəzəm səfərlərinin təşkili məqsədilə həmin ərazilərə avtobus marşrutları açılır:
“İlkin olaraq növbəliliyin təmin edilməsi, daşımaların və sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutları yaradılıb. Dayanıqlı məskunlaşma sərnişindaşıma fəaliyyətinin daha da genişləndirilməsini zəruri edəcək”.



Baxış sayı: 276


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu