Bütün xəbərlər
15 ildə Azərbaycan iqtisadiyyatına yatırılan sərmayə 250 milyard dollar olub
Tarix: 16-10-2018 11:34 | Bölmə: Sosial

                   

Son 15 ildə Azərbaycan iqtisadiyyatına 250 milyard dollar sərmayə yatırılıb.
Trend-in məlumatına görə, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.
Onun sözlərinə görə, yatırılan bu sərmayənin yarısı xarici investisiyaların payına düşür:
"İnvestisiyalar yeni texnologiyaların, müəssisələrin cəlb edilməsi deməkdir. Bu, təhsilə, həmçinin peşəyə yeni tələblər irəli sürür. Biz bu sahədə Təhsil Nazirliyi, ayrı-ayrı universitetlər və təhsil müəssisələri ilə sıx əməkdaşlıq edirik. İmzalanmış sazişlər çərçivəsində müsbət nəticələr verən bir çox işlər görülüb"



Baxış sayı: 643


Bölməyə aid digər xəbərlər