Bütün xəbərlər
Corat İdman Klubunun açılışı olub-TƏDBİRDƏ NAZİR, İCRA BAŞÇISI, MİLLƏT VƏKİLİ İŞTİRAK EDİB
Tarix: 11-09-2020 22:45 | Bölmə: Sosial

Sumqayıt şəhərində bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirilir, gənc nəslin fiziki cəhətdən sağlam böyüməsi diqqət mərkəzində saxlanılır.
Bu gün Corat idman klubunun açılışı olub.  Gənclər və İdman naziri Azad Rəhimov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, 41 saylı Sumqayıt birinci seçki dairəsindən Milli Məclisin deputatı Hicran Hüseynova Corat qəsəbəsində olub, yeni istifadəyə verilmiş Corat İdman Klubunun fəaliyyəti ilə yaxından tanış olublar.
Sumqayıt Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov Sabaha-inamla.az-a sevincini belə ifadə edib: "Bu gün çox sevindirici bir gündür.Qədim Corat kəndində Corat İdman Klubu açıldı.Əminik ki, Corat İdman klubu öz yetirmələrinin uğurları ilə bütün şəhər sakinlərini sevindirəcəklər.Uğurlar, bol-bol qələbə sevinci diləyirəm".
Çıxış edənlər bildiriblər ki, ölkə başçısının diqqət və qayğısı ilə Azərbaycanın hər yerində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir.
Diqqətə çatdırılıb ki, dövlətimiz bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə böyüməkdə olan gənc nəslin daha sağlam, fiziki cəhətdən güclü, vətənini və xalqını sevən gənclər kimi yetişməsinə nail olur.
Corat İdman Klubuna yeni güləş döşəyi təqdim olunub. Vurğulanıb ki, qəsəbədə idman ifrastrukturunun daha da təkmilləşdirilməsi üçün digər zəruri tədbirlər də görüləcək.
Qəsəbə sakinləri və gənc idmançılar göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Sabaha-inamla.az







Baxış sayı: 1 054


Bölməyə aid digər xəbərlər