15:47 / 03-11-2026
Lukaşenko Polşa hakimiyyətini mümkün etirazlar barədə xəbərdar etdi
15:45 / 03-11-2026
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva "3+3" görüşü keçirməyə ümid edir
15:42 / 03-11-2026
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
15:39 / 03-11-2026
Lavrov ABŞ-ın İrana nüvə zərbəsi endirməsi ehtimalını şərh etdi
15:36 / 03-11-2026
Yeniyetmənin qətlində şübhəli bilinən şəxs saxlanılıb
14:29 / 03-11-2026
Moskva vilayətinin şimal-qərbində və Moskva vilayətində qar yağıb
14:26 / 03-11-2026
Peskov: "Rusiya, ABŞ və Çin liderləri arasında görüş tezliklə razılaşdırıla bilər"
14:23 / 03-11-2026
Lavrov ATƏT-in işini davam etdirməsi üçün nələrə ehtiyac olduğunu izah etdi
14:20 / 03-11-2026
Lavrov Aİ-nin atəşkəs çağırışları ilə nəyə nail olmağa çalışdığını izah etdi
14:15 / 03-11-2026
Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Avropada silahlanma yarışına qarışmaq niyyətində deyil
14:12 / 03-11-2026
Medinski Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək
14:06 / 03-11-2026
TASS: Moskvaya gecə dron hücumu cəhdi ən böyük hücumlardan biri idi
22:40 / 02-11-2026
NATO kəşfiyyat təyyarəsi müşahidə edilib
22:27 / 02-11-2026
İsveçrə Avropada siyasi dönüş nöqtəsinə işarə edir
22:23 / 02-11-2026
Rayon administrasiyasının rəhbəri rüşvət işi üzrə həbs edilib
22:18 / 02-11-2026
Hollandiya vandalizm aktından sonra sovet əsgərləri qəbiristanlığında təhlükəsizliyi gücləndirəcək
18:56 / 02-11-2026
Polis əməkdaşlarına hücum edən şəxsə qarşı ittiham irəli sürülüb
18:53 / 02-11-2026
Uşaqlarına işgəncə verən məhkum edilib
18:47 / 02-11-2026
Zelenski Kliçkonu Malyukla əvəz etmək istəyir
18:41 / 02-11-2026
Avropada Rusiya qazının alınması çağırışları güclənə bilər
18:38 / 02-11-2026
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
18:32 / 02-11-2026
Rusiya Qazaxıstanla Türk Dövlətləri Təşkilatına qoşulmağı müzakirə edə bilər
18:27 / 02-11-2026
Tramp Vyetnam müharibəsini bir həftəyə qazana biləcəyi ilə öyündü
17:37 / 02-11-2026
Bir ekspert Polşadakı Alman polisi ilə bağlı məlumatları Tuska qarşı uydurma adlandırdı
17:33 / 02-11-2026
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
17:30 / 02-11-2026
Zelenski Kliçkonu vəzifəsindən uzaqlaşdırmaq üçün dəstək tapa bilmədi
17:27 / 02-11-2026
Ömürlük həbs cəzasına məhkum edilib
17:19 / 02-11-2026
Belçikanın Baş naziri istefa verib
16:40 / 02-11-2026
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
16:36 / 02-11-2026
Ekspert ABŞ-ın İrana nüvə zərbəsinin fəlakətli nəticələrini etiraf edir
16:32 / 02-11-2026
Federasiya Şurası İrana mümkün nüvə zərbəsi ilə bağlı şərh verdi
16:28 / 02-11-2026
Stubb Finlandiyanın müdafiəsini gücləndirməyə çağırdı
16:24 / 02-11-2026
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
20:23 / 01-11-2026
Ov edərkən təsadüfən tanışını güllələyib
20:19 / 01-11-2026
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
20:16 / 01-11-2026
ABŞ kəşfiyyat təyyarəsi Rusiya sərhədi yaxınlığında patrul xidməti göstərir
20:12 / 01-11-2026
İran ordusu Rusiyadan alınan "Su-35" qırıcı təyyarələrinin çatdırılma tarixlərini açıqladı
Azərbaycanda dövriyyəyə 200 manatlıq əskinas buraxılır
Tarix: 24-05-2018 00:40 | Bölmə: Sosial
Mərkəzi Bankda ümummilli lider Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanlarının və yeni 200 manatlıq pul nişanının təqdimat mərasimi keçirilib.
AMB-dən "Report"a verilən məlumata görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib ki, milli valyuta dövlət müstəqilliyinin əsas atributlarından biridir: "Bu baxımdan, 1992-ci ildə Azərbaycan manatının dövriyyəyə buraxılması mühüm hadisə idi. Lakin dövriyyəyə buraxıldığı ilk illərdə manat ölkədə yeganə ödəniş vasitəsi deyildi. Məhz ümummilli lider Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli müvafiq fərmanı ilə manatın respublika ərazisində yeganə ödəniş vasitəsi olması təsbit edildi və ölkə rubl zonasından tamamilə çıxdı. Manatın yeganə ödəniş vasitəsi olması 1995-ci ildə qəbul olunmuş Konstitusiya ilə bir daha öz təsdiqini tapdı".
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli fərmanına əsasən, 2006-cı il yanvarın 1-dən manatın denominasiyası həyata keçirilib və tədavülə yeni nəsil pul nişanları buraxılıb. “Vahid ailə” konsepsiyası əsasında hazırlanmış yeni nəsil kağız və metal pul nişanları Azərbaycanın bütün sahələrdə müstəqilliyini, ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini, milli-mənəvi dəyərlərini, müstəqillik illərində dinamik inkişafını özündə əks etdirib. 12 il müddət keçməsinə baxmayaraq, milli pul nişanları estetik görünüşünə, konseptual mövzusuna, müasirliyinə görə öz aktuallığını qoruyur. Azərbaycan Mərkəzi Bankı nağd pul sferasında müasir çağırışları nəzərə alaraq pul nişanlarımızın mühafizə sistemlərinin müasirləşməsini daim diqqət mərkəzində saxlayır. Son dekadada ölkə iqtisadiyyatının dinamik inkişafını, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişiklikləri nəzərə alaraq eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədilə yeni 200 manatlıq pul nişanının tədavülə buraxılması barədə qərar qəbul edilib. Yeni pul nişanının dizaynı hazırlanarkən müsabiqədə ABŞ-ın “Crane Currency” şirkəti tərəfindən təqdim olunan dizayn qalib seçilib. Bu dizayna bir sıra şirkətlərin təqdim etdiyi mütərəqqi mühafizə sistemləri inteqrasiya edilməklə pul nişanı “Giesecke+Devrient” şirkətində istehsal olunub.
E.Rüstəmov bildirib ki, bu gün Mərkəzi Bank mövzusu müstəqil Azərbaycanın memarı ümummilli liderin xatirəsinə inşa edilmiş “Heydər Əliyev Mərkəzi” olan 200 manatlıq kağız pul nişanını tədavülə tədqim edir: "Yeni banknotun üzərində ölkəmizin, paytaxtımızın ən müasir simvollarından biri olan Heydər Əliyev Mərkəzinin əzəmətli təsviri, Mərkəzin əsas eksteryer və interyerinin dizayn elementləri, milli xalça nümunələrinin elemetləri, digər milli ornamentlər əks olunub".
Sonra E.Rüstəmov ümummilli lider Heydər Əliyevin 95 illikyubileyinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanını təqdim edib. Vurğulayıb ki, Heydər Əliyevin və Azərbaycanın Xalq Cümhuriyyətinin yubileyləri arasında rəmzi əlaqə var: "Azərbaycanın son 100 illik inkişafının uzun bir dövrü məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ümumilli lider Heydər Əliyevin Azərbaycana başçılıq etdiyi birinci dövrdən başlayaraq onun iqtisadi müstəqilliyinin güclü təməlləri yaradılıb. 90-cı illərin əvvəlində Azərbaycanın müstəqilliyi üçün ciddi təhlükələrin yarandığı şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn ümummilli lider qısa müddətdə milli həmrəyliyi bərpa edib, dövlətçiliyin möhkəmləndirilməsi və bazar iqtisadiyyatı istiqamətində radikal islahatlara başlayıb. İqtisadi sahədə əsas prioritet olan makroiqtisadi sabitlik bərpa edilib. Ölkədə iqtisadi idarəetmə mexanizmi yenidən qurulub, yeni institutlar formalaşıb. Görülən irimiqyaslı tədbirlər nəticəsində ölkədə qısa müddətdə iqtisadi artım bərpa olunub və əhalinin həyat səviyyəsi yüksəlməyə başlayıb. Bu dövrdə radikal islahatlardan əlavə ölkənin uzunmüddətli inkişafı üçün həm də güclü bir maliyyə təkanı lazım idi. Mürəkkəb tarixi şəraitdə ulu öndərin atdığı ən böyük addımlardan biri neft strategiyası çərçivəsində “Əsrin müqaviləsi”nin imzalanması olub. Neft strategiyası ölkənin gələcək inkişafında həlledici amilə çevrilib. Ümummilli liderin hakimiyyətə qayıdışı maliyyə-bank sisteminin formalaşması və inkişafında da dönüş nöqtəsi olub. Qəbul olunmuş proqramlar əsasında bank sistemi sağlamlaşdırılıb, ciddi konsolidasiya və restrukturizasiya proseslərinə başlanıb, özəl bankların sayı optimallaşdırılıb".
E.Rüstəmov qeyd edib ki, ulu öndərin titanik zəhməti ilə yaradılmış iqtisadi potensial əsasında onun layiqli davamçısı İlham Əliyev “qızıl inkişaf dekadası”na nail oldu. 2003-ci ildən başlayaraq həyata keçirilən “təqibedici” artım doktrinası sayəsində milli iqtisadiyyatın həcmi 3.3 dəfə artıb. Sürətli artım sayəsində əhalinin həyat səviyyəsi əhəmiyyətli yüksəlib, yoxsulluq cəmi bir dekadada 9 dəfə azalıb. Strateji valyuta ehtiyatları 27 dəfə artaraq 44 mlrd. dollara çatıb. Təsadüfi deyil ki, Qlobal rəqabətlik hesabatına görə Azərbaycan MDB-nin ən rəqabətli ölkəsidir.
E.Rüstəmov bildirib ki, müstəqil siyasətə və əsaslı islahatlar kursuna son prezident seçkilərində “HƏ” deyən xalq İlham Əliyevə növbəti etimad mandatı verib: "Heç şübhəsiz, öz taleyinin sahibi olan xalq Liderin rəhbərliyi altında bütün hədəflərə çatacaq".
O diqqətə çatdırıb ki, Heydər Əliyevin 95 illik yubileyi ölkə miqyasında layiqincə keçirilməkdədir: "Mərkəzi Bank da ümummilli liderin adının əbədiləşdirilməsini daim diqqətdə saxlayır. Ümummilli liderə həsr olunmuş xatirə pul nişanlarının buraxılması artıq xoş ənənə halını alıb. Ulu öndərin anadan olmasının 80, 85 və 90 illik yubileyləri münasibətilə Mərkəzi Bank tərəfindən müxtəlif qiymətli metallardan hazırlanmış silsilə yubiley pul nişanları tədavülə buraxılıb. Bu pul nişanları ölkə ictimaiyyəti, yerli və xarici numizmatlar tərəfindən yüksək maraqla qarşılanıb. Bu gün də Mərkəzi Bank bir daha qürur hissi ilə Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş xatirə pul nişanının tədavülə buraxılmasını elan edir. Xatirə pul nişanları çəkisi 1 troy unsiyası (31.1 qr) olan yüksək əyarlı qızıldan və platin-qızıl kombinasiyasından ibarətdir. Yubiley pul nişanının üzərində Azərbaycanın dövlət rəmzlərindən, eləcə də memarlıq, şəbəkə sənətində geniş yayılmış ornamentlərdən istifadə olunub. Pul nişanının ön hissəsində xüsusi relyefdə əks olunmuş dövlət bayrağının fonunda ulu öndərin qızıl və platindən hazırlanmış portreti əks etdirilib. Arxa hissəsində isə dövlət gerbi təsvir olunub".
E.Rüstəmov eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanını təqdim edib: "Prezident İlham Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin layiqincə keçirilməsi və cari ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması haqqında müvafiq sərəncamlar imzalanıb. Bunlar dövlət səviyyəsində tariximizə, keçmişimizə böyük ehtiramın təcəssümüdür. Azərbaycan Mərkəzi Bankı da bu əlamətdar tarixin əbədiləşdirilməsi məqsədilə Cümhuriyyətin yaradılmasının 100 ilik yübileyinə hər olunmuş xatirə pul nişanlarını tədavülə buraxır. Xatirə pul nişanları çəkisi 1 , ¾ və ½ troy unsiyası olan yüksək əyarlı qızıldan ibarətdir. Yubiley pul nişanının ön hissəsində azadlıq rəmzi olan günəş, Azərbaycan Respublikasının xəritəsi və onun üzərində dövlət himnimizdən bir parça, dövlət bayrağının qrafiki dizaynı təsvir etdirilib. Cümhuriyyətin yarandığı tarix, istiqlal mübarizəmizin qələbəsi kimi zəncirlənmiş qəfəsdən azadlığa çıxan göyərçinlər təsvir olunub. Yubiley pul nişanının arxa hissəsində dövlət gerbi, aypara ilə səkkizguşəli ulduz və şəbəkə sənətində geniş yayılmış ornamentlər əks olunub. Hər iki yubiley pul nişanları Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında istehsal edilib".
E.Rüstəmov pul nişanlarının dünya numizmatlarının kolleksiyalarında xüsusi yer tutacağına əminliyini ifadə edib. O, çıxışının sonunda bir daha qeyd edib ki,bHeydər Əliyev dövlətçilik məktəbi bundan sonra da müstəqil Azərbaycanın onilliklər boyu tərəqqi etməsində ideoloji nüvə olaraq qalacaq. Bu irsin layiqli davamçısı Prezident İlham Əliyev öz modernist baxışı ilə Azərbaycanı bundan sonra da parlaq gələcəyə doğru uğurla aparacaq.
Baxış sayı: 1 179
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:42
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
30-10-2026, 19:12
Leyla Əliyeva ənənəvi Payız festivalında - Fotolar
29-10-2026, 20:21
15 milyon rubl ödəməyi əmr etdi
29-10-2026, 10:01
Mədəndən tüstü səbəbindən 79 nəfər təxliyə edilib
28-10-2026, 20:53
Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış!
28-10-2026, 20:32
Yoqa dərsindən sonra insult keçirib
28-10-2026, 16:41
Rusiya ilin əvvəlindən bəri Afrikaya 13 milyon ton taxıl ixrac edib
27-10-2026, 23:35
Putin Rusiya universitetlərində təxminən 10.000 iranlının təhsil aldığını açıqladı
27-10-2026, 09:10
Uşaq bağçasında yeddi bağırsaq infeksiyası hadisəsi aşkar edilib
26-10-2026, 23:46
Leyla və Alyona Əliyevalar “Capybara Azerbaijan”da - Fotolar
26-10-2026, 21:31
Rusiya iki dövrdə Afrikaya 31 milyon tondan çox taxıl tədarük edib
26-10-2026, 20:50
16 mindən çox müştəri elektriksiz qalıb
25-10-2026, 09:55
BƏƏ-də OBS Qlobal ikinci günü
24-10-2026, 09:57
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
22-10-2026, 16:42
Rusiya və Ukrayna ölənlərin cəsədlərini mübadilə etdilər
22-10-2026, 16:38
Fransa Şamond virusundan ilk insan ölümü barədə məlumat verib
19-10-2026, 18:30
Tuvada ayılar səbəbindən ikinci növbə dərsləri 30 dəqiqəyə endirilib
18-10-2026, 21:52
SHOT: Tatarıstanda zəhərli gürzə sürünərək yaşayış binasına girdi
18-10-2026, 18:36
Radiasiya qorxusu səbəbindən mənzillər 300.000 rubla satılır
14-10-2026, 21:31
Ayı hücum edəndə ağrımadı: Balıqçı yırtıcı ilə qarşılaşmasından danışır
14-10-2026, 20:36
Təqaüdçü lotereyada uddu və ipotekasını ödədi
13-10-2026, 21:34
Rusiya-Çin messenceri "Molniya" istifadəyə verildi
13-10-2026, 20:49
Telefonları doldurduğu deyilən daş aşkar edilib
12-10-2026, 22:28
Ukraynalılar son dörd ildə İspaniyada təxminən 2 milyard avro dəyərində daşınmaz əmlak alıblar
12-10-2026, 21:57
Dalğalar ən məşhur çimərliklərindən birini aşındırır
12-10-2026, 21:53
İnsanlara yaxınlaşan 216 ayı öldürülüb
8-10-2026, 23:18
Murad dünya üçüncüsü oldu
8-10-2026, 19:24
Litva Baş naziri Rusiya taxıl tranzitini qadağan etmək istəyir
8-10-2026, 18:23
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
6-10-2026, 19:13
Bank meneceri əmanətçilərdən 24 milyon rubldan çox pul oğurlayıb
5-10-2026, 18:26
180-dən çox qəhvəyi ayı məhv edilib
5-10-2026, 15:22
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
4-10-2026, 21:34
Təhsil işçiləri təltif edildi - Siyahı
4-10-2026, 21:15
Adını cüdo tariximizə yazdırdı... - Video
1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı