14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
"Paşa Bank"ın sədri: "Banklarda faizlərin azalması yaxşı tendensiyadır"
Tarix: 01-05-2018 11:13 | Bölmə: Sosial

 

                                               
"Paşa Bank" ASC-nin həm depozit, həm də kredit faiz dərəcələri aşağı düşüb".
"Report" xəbər verir ki, bunu bankın İdarə Heyətinin sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında deyib. 
"İlin əvvəlində qısamüddətli kreditlərin faizi 18-20% idisə, hazırda təxminən 14-16%-ə düşüb. Birillik depozitlərdə faizlər ilin əvvəlindəki 12%-dən hazırda 7-8% ə düşüb. Uçot dərəcəsinin aşağı salınması bizim faizləri də aşağı saldı. Bu, yaxşı tendensiyadır. Bundan əlavə, faiz dərəcələrinin düşməsinin səbəblərindən biri də qeyri-nağd əməliyyatların artmasıdır", - o qeyd edib. 
Sədr onu da bildirib ki, "Paşa Bank" növbəti 3 ildə hər hansı xarici banka investisiya planlaşdırmır: "Bank öz fəaliyyətini mövcud üç ölkədə gücləndirməyi, bu ölkələrdə bazar payını artırmağı planlaşdırır. Hər üç ölkədə aktiv məqsədli strategiyamız var və növbəti 3 ildə bu istiqamətdə çalışacağıq". 
Bundan başqa, onun sözlərinə görə, "Paşa Bank" Azərbaycan Mərkəzi Bankının (AMB) depozit hərraclarında aktiv iştirak edir: "Bankn nağd vəsaitlərinin əksəriyyəti AMB-nin müxbir hesablarında yerləşdirilib". 



Baxış sayı: 812


Bölməyə aid digər xəbərlər