15:56 / 09-03-2026
Tehranda partlayışlar eşidildi
15:53 / 09-03-2026
Yanacaqdoldurma məntəqəsini yandıran 14 yaşlı yeniyetməni məhkəmə həbsdə saxlayıb
15:47 / 09-03-2026
Orban fon der Leyendən Rusiya enerji sektoruna qarşı bütün AB sanksiyalarını ləğv etməsini istədi
15:44 / 09-03-2026
İrana qarşı müharibədə iştirak etmək AB liderləri üçün intihar olardı
22:50 / 08-03-2026
İran yeni ali liderin soyadını açıqladı
22:40 / 08-03-2026
Qəza siqnalı verən təyyarə Hava Limanına eniş etdi
19:54 / 08-03-2026
Belarus Baş Nazirinin Birinci müavini restoranda Lukaşenkonun sifarişinin ödənişini edə Bilmədi
19:43 / 08-03-2026
İsrail Müdafiə Qüvvələri İİKK Aerokosmik Qüvvələrinin qərargahını və 50 sursat bunkerini vurduğunu bildirdi
19:39 / 08-03-2026
Komandasının məğlubiyyətinə görə üzr istədi
19:33 / 08-03-2026
III Çarlz qardaşı Endryu taxt-tac varisliyindən məhrum edə bilər
19:26 / 08-03-2026
Bir kişinin vəhşicəsinə bıçaqlanmasında şübhəli şəxs saxlanılıb
19:22 / 08-03-2026
Lukaşenko ona gündə 25 qram qəhvə verdiyini, amma bunu sevmədiyini söylədi
18:15 / 08-03-2026
Çinin "Satış İmperatriçası" İranda gərginliyin artması fonunda proqnoz verir
18:09 / 08-03-2026
İtkin düşmüş yeniyetmələrin vertolyotla axtarışı
18:06 / 08-03-2026
Makron 10 martda Kiprə gələcək
18:02 / 08-03-2026
Ekspert: "ABŞ həmişə Yaxın Şərqə İsrailin maraqları baxımından baxıb"
17:58 / 08-03-2026
Keçmiş Pentaqon analitiki: "İran ABŞ üçün asan ov olmayacaq"
17:21 / 08-03-2026
İsrail ordusu bir gündə İranda 400-dən çox hədəfin məhv edildiyini açıqladı
17:18 / 08-03-2026
Tramp Venesuela müxalifət lideri ilə nəzakət xatirinə görüşüb
17:13 / 08-03-2026
Venesuela Rusiyanı yaxın dostu hesab edir
17:09 / 08-03-2026
Peskov ABŞ-ın Rusiya və İranla danışıqlarındakı fərqləri izah etdi
17:05 / 08-03-2026
İki bölgədə uşaqlara it hücumlarından sonra hesabat tələb edib
17:02 / 08-03-2026
BƏƏ İrandakı duzsuzlaşdırma zavoduna edilən hücumda iştirakını təkzib edib
16:59 / 08-03-2026
Kişilər feminist mitinqə dəfn çələngi gətiriblər
16:55 / 08-03-2026
Xarici casuslar Livan otellərini təhdid edir
16:51 / 08-03-2026
Livanlı jurnalist Budaya İsrailin Beyrutdakı bombalama kampaniyasını genişləndirəcəyinə əmindir
16:46 / 08-03-2026
Evtanaziyadan istifadə edənlərin sayı 100.000-i keçəcək
15:23 / 07-03-2026
Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir
11:31 / 06-03-2026
Prezident ölkəmizə qarşı təxribatçı mövqedə olan qüvvələrə xəbərdarlıq etdi-Könül Nurullayeva
10:16 / 06-03-2026
İran sahilləri yaxınlığında üç Amerika pilotsuz təyyarəsi vurulub
10:09 / 06-03-2026
İtaliya Ukraynanın bərpasında aparıcı rol oynamağa hazırlaşır
10:05 / 06-03-2026
Mərkəzi Afrika Respublikasının (MAR) Prezidenti Rusiyanın respublikada çevrilişin qarşısını almaq səylərini qeyd etdi
10:02 / 06-03-2026
Təcili yardım maşını yandı
09:54 / 06-03-2026
Xarici İşlər Nazirliyi Qərbin İranda qızların qətlinə reaksiya verməməsini dəhşətli adlandırdı
09:50 / 06-03-2026
Zəlzələ baş verib, lakin infrastruktur zədələnməyib
09:47 / 06-03-2026
ABŞ İran təyyarədaşıyan gəmisinin vurulduğunu elan etdi
09:43 / 06-03-2026
Tramp Ağ Evdə "İnter Mayami" CF-ni qəbul etdi
09:38 / 06-03-2026
MKİ, ABŞ və İsrail qüvvələri tərəfindən öldürülməzdən əvvəl Xameneinin yerini müəyyən etməyə kömək etdi
01:46 / 06-03-2026
Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – VİDEO+FOTOLAR
Siyavuş Novruzov: "Müsavat"la 1992-93-cü illərdə dövləti dağıdanlar arasında bağ qurmaq nəinki mümkün deyil, hətta absurddur -MÜSAHİBƏ
Tarix: 11-01-2018 16:05 | Bölmə: Siyasət

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzovun Trend-ə müsahibəsi
- Siyavuş müəllim, Prezident İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etdi. Sizin də bu məsələyə münasibət bildirməyinizi istərdik.
- Dünya təcrübəsindən məlumdur ki, özünü millət kimi təsdiqləmək əzmində olan ayrı-ayrı etnoslar müstəqil dövlət quraraq mövcudluğunu qoruyub saxlamış, beləliklə də tarix səhnəsində duruş gətirə bilmişlər. Hər bir xalqın milli özünüdərkinin ali təzahür forması olan müstəqil dövlət ideyasının gerçək həyata vəsiqə alması isə əsrlərlə davam edən tarixi mücadilənin nəticəsi olmuşdur. Dünyanın ən qədim etnoslarından biri olmaqla, bəşər sivilizasiyasına sanballı töhfələr vermiş azərbaycanlılar da taleyin qismətindən neçə əsrlərlə milli özünəməxsusluqlarını şərtləndirən keyfiyyətləri, milli dövlətçilik ənənələrini yaşatmaq, azadlıq, müstəqillik nemətinə qovuşmaq üçün çox çətin sınaqlardan, mürəkkəb yollardan keçməli olmuşlar.
Əsrlər boyu ölkə ərazisində müstəqil dövlətin qurulmasına yönəlmiş cəhdlərin – Atabəylər, Qaraqoyunlu və Ağqoyunlular, Səfəvilər və xanlıqların müasir dövlət modelində reallaşması isə məhz XX əsrin əvvəllərinə təsadüf edir. Azərbaycanın vətənpərvər, milli təfəkkürlü ziyalıları xalqımızda milli oyanış, milli dirçəliş düşüncəsinin formalaşdırılması sahəsində sistemli fəaliyyət göstərmişlər. Həmin dövrdə Azərbaycan bir çox sahələrdə, o cümlədən mədəniyyət, maarif, incəsənət və milli mətbuat sahələrində olduqca mühüm nailiyyətlər əldə etmişdir. Ən başlıcası, respublikada güclü və müasir burjua təbəqəsinin və çoxpartiyalı siyasi sistemin formalaşması ölkənin ictimai həyatında fəallığı gücləndirmiş, milli maraq və ideallar uğrunda mübarizəyə yeni nəfəs vermişdir. Beləliklə, ötən əsrin əvvəllərində çar Rusiyasında cərəyan edən ictimai-siyasi proseslər, imperiya daxilində zorən bir araya gətirilmiş xalqların azadlıq uğrunda mübarizəyə qalxması Azərbaycana da istiqlaliyyətini elan etmək imkanı yaratmışdır.
Rusiyada 1917-ci il oktyabr çevrilişi və 1918-ci ildə Zaqafqaziya Seymi dağıldıqdan sonra, mayın 27-də Seymin 44 nəfərlik müsəlman fraksiyası Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk milli hökuməti yaratmaq üçün Tiflisdə toplandı. Fraksiya Azərbaycanın idarə olunması səlahiyyətini üzərinə götürmək qərarına gələrək özünü Azərbaycanın Milli Şurası elan etdi, M.Ə.Rəsulzadə isə sözügedən Şuranın sədri seçildi. 1918-ci il mayın 28-də isə Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti həmin bəyannamədə xalqın istiqlal və azadlıq əzminin nəticəsi olaraq qazanılmış müstəqilliyi qoruyaraq inkişaf etdirməyi, səmərəli sosial-iqtisadi islahatların həyata keçirilməsi yolu ilə xalqın firavan həyat tərzinə nail olmağı, hər bir fərdin qanuni maraq və mənafeyinin müdafiəsində dayanmağı qarşıda mühüm vəzifələr kimi müəyyənləşdirmişdi. 1918-ci il mayın 28-də elan olunan "İstiqlal Bəyannaməsi"nin 4-cü və 5-ci bəndlərində deyilirdi: "Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, məslək və cins fərqi gözləmədən ərazisində (hüququ daxilində) yaşayan bütün vətəndaşların hüquqi siyasiyyə və vətəniyyə təmin eləyir. Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bütün millətlərə sərbəstanə inkişaflar üçün geniş meydan buraxır".
Bakı şəhərini 1918-ci il iyulun sonlarında süqut etmiş Bakı kommunasından sonra ələ keçirmiş eser-menşevik və daşnak nümayəndələrindən ibarət "Sentrokaspi diktaturası"ndan təmizləmək həmin dövrdə Azərbaycan hökuməti qarşısında həyati vacib vəzifələrindən biri idi. Bir neçə ay davam edən qızğın döyüşlər nəticəsində Osmanlı və azərbaycanlı hərbi hissələrindən ibarət Qafqaz İslam Ordusu türk generalı Nuru Paşanın rəhbərliyi altında 1918-ci il sentyabrın 15-də Bakını düşmən ünsürlərdən təmizləməyə nail oldu. Sentyabrın 17-də isə F.X.Xoyskinin başçılıq etdiyi hökumət Gəncədən köçdü və Bakı şəhəri paytaxt elan olundu.
Azərbaycan hökuməti həmin dövrdə ölkənin milli maraqlarının qorunması baxımdan mühüm addımlar atmışdı. Tezliklə yeni qurulmuş dövlətin bütün atributları - üçrəngli bayrağı, gerbi, himni, pul vahidi yaradıldı. Qısa müddətdə formalaşdırılan Azərbaycan ordusu 1919-cu uldə ölkənin cənubunda denikinçilərin qüvvələrini, 1920-ci ilin mart-aprel aylarında isə Qarabağdakı erməni ordusunu darmadağın edərək millətin və gənc dövlətimizin həyat qabiliyyətliliyini öz canı və qanı bahasına təsdiq etdi. Dövrün əsas çağırışının məhz elm, keyfiyyətli insan potensialı olduğunu aydın dərk edən cümhuriyyət qurucuları 1919-cu uldə ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin əsasını qoydular və 100 nəfər gənci xarici dövlətlərin nüfuzlu universitetlərinə təhsil almağa göndərdilər.
Daxili siyasətdəki uğurlar xarici siyasətdə də mühüm nəticələr doğurmuşdu. Belə ki, Parlamentin sədri Ə.Topçubaşovun rəhbərliyi altında nümayəndə heyətinin Paris sülh konfransında uğurlu diplomatik fəaliyyəti sayəsində 1920-ci il yanvarın 11-də Antanta dövlətləri Azərbaycanın istiqlaliyyətini de-fakto tanımışdılar. Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi 23 aylıq müddət ərzində 20-dən çox dövlətlə, o cümlədən Türkiyə, Gürcüstan, Ermənistan, İran, Belçika, Hollandiya, Yunanıstan, Danimarka, İtaliya, Fransa, İsveçrə, İngiltərə, ABŞ, Ukrayna, Litva, Polşa, Finlandiya və başqa baş konsulluq, konsul agentlikləri səviyyəsində əlaqələr qurmağa nail olmuşdu.
Ötən əsrin əvvəllərində cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olaraq, bugünkü müstəqil dövlətimizin sələfi qismində müstəqilliyimizə hüquqi-siyasi və mənəvi əsaslar formalaşdırmışdır. Ümummilli lider Heydər Əliyevin bəyan etdiyi kimi - "1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir, xalqımızın böyük nailiyyətidir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın həm iqtisadi, həm intellektual, həm də mədəni potensialını yaradıbdır".
Azərbaycan Xalq Cümhuriyyəti müəyyən obyektiv və subyektiv səbəblər üzündən süquta uğrasa da, xalqımız milli özünüdərk və özünəməxsusluq duyğularını, milli "Mən"ini sovet imperiyası dövründə də yaşada bildi. Zəngin mədəniyyətə malik mükəmməl etnos kimi dünya tərəfindən etiraf olunan azərbaycanlıların genetik birliyi, eyni etnomədəni sistemə mənsubluğu, həmçinin milli dövlətçilik təfəkkürü bu kimi amillərə qarşı kəskin qadağalar müəyyənləşdirmiş Sovetlər Birliyi dövründə də məhdudlaşdırıla bilmədi.
- Azərbaycan xalqının yenidən müstəqillik qazanması da xalqımızın bu möhkəm iradəsinin nəticəsi idi...
- Ulu öndər Heydər Əliyevin ötən əsrin ortalarında Azərbaycanda siyasi rəhbərliyə irəli çəkilməsi respublikamızı həqiqi müstəqilliyə aparan nurlu yolun başlanğıcı kimi xatırlanır. Tarixin kamil şəxsiyyət, ümummilli lider kimi Azərbaycan xalqına bəxş etdiyi Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi dövründə azərbaycanlıların müstəqil düşüncə ətrafında birləşməsi, gələcəkdə müstəqil dövlət üçün hərtərəfli zəmin yaradılması imkanları genişləndi. Əsrlər boyu əxz etdiyi dövlətçilik təfəkkürünü, özünəməxsus milli-mənəvi dəyərləri, adət-ənənələri, mental xüsusiyyətləri müdrik rəhbərin sarsılmaz iradəsi, qətiyyəti sayəsində vahid sistem halına gətirərək özünütəsdiq imkanı qazanmış xalqımız hələ keçmiş ittifaq dövründə gələcək müstəqilliyinə etibarlı təməl formalaşdıra bildi. Sovet İttifaqının nüfuzlu ali məktəblərinə yüzlərlə azərbaycanlı gəncin göndərilməsi, Xalq Cümhuriyyətinin xarici ölkələrə tələbə ezamı ənənəsinin sovet rejiminin ağır şərtlərində bərpası kimi başa düşülməlidir. Habelə, Azərbaycan silahlı qüvvələrinin Mehmandarov, Şıxlinski tərəfindən əsası qoyulan şanlı ənənələrinin davamı olaraq Cəmşid Naxçıvanski adına hərbi liseyinin yaradılması da o dövrün buxovlarını sındıran cəsarətli addımlar idi.
Ümumilikdə, Heydər Əliyevin rəhbərliyi altında 1970-1980-ci illərdə istər icra strukturları, istərsə də parlament səviyyəsində həyata keçirilmiş kompleks tədbirlər respublikamızın ötən əsrin 90-cı illərə doğru müstəqillik uğrunda mübarizəsinə real hüquqi-siyasi və iqtisadi əsaslar yaratmışdır. Bu gün əminliklə demək olar ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının ideallarında yaşatdıqları müstəqil hüquqi, demokratik, dünyəvi dövlət məhz ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda respublikaya qayıdışından sonra mümkün olmuşdur. Ulu öndər hələ Naxçıvan Ali Məclisinin sədri olarkən, 1990-cı ildə burada Xalq Cümhuriyyətinin üçrəngli bayrağını ucaldaraq 70 ildən sonra ilk dəfə Muxtar Respublikanın rəsmi atributu elan etmiş, dövlətçiliyimizin bu ən mühüm atributunu yenidən dirçəltmişdir. Təsadüfü deyil ki, məhz onun 2003-cü ildə imzaladığı sərəncam əsasında sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən Bakıda Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılmışdır. Bir daha və dönə-dönə mühüm bir tarixi fakt vurğulanmalıdır ki, əgər ulu öndərin ikinci dəfə hakimiyyətə möhtəşəm qayıdışı olmasaydı, naşı və səriştəsiz iqtidarlar sayəsində Azərbaycan Respublikasının da taleyi Xalq Cümhuriyyətinin 1920-ci ildəki aqibətini təkrar edəcəkdi.
- Siyavuş müəllim, hazırda bəzi müxalifət partiyaları özünü AXC-nin varisi hesab edir. Sizcə bu doğrudur?
- Hazırda bəzi siyasi dairələrin öz yaratdıqları quruma “Müsavat” partiyası adı verməsi qətiyyən tarixi varislik ənənəsi yaratmır və kökündən yanlış mülahizələrə əsaslanır. Əvvəla qeyd etmək lazımdır ki, ötən əsrin əvvəllərində yaradılmış “Müsavat” xalqımızın çoxəsrlik azadlıq ideyasından güc alaraq milli vətənpərvər ziyalıların və bütün ictimai təbəqələrin ümumi arzu və istəklərini ifadə edən milli bir hərəkat idi. İndiki “Müsavat” isə tarixi sistemyaradıcı partiyadan tam fərqli və cılız sosial bazaya malik, korporativ maraqlara söykənən avantürist şəxslərin özfəaliyyət dərnəyi səviyyəsindən uzağa gedə bilmir və aydın məsələdir ki, tarixi müsavat mirası ilə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Habelə, bir çox tarixçinin və araşdırmaçının qənaətinə görə, ideoloji olaraq da tarixi müsavatçılıq daha çox sol-mərkəzçi siyasi xətt yürütsə də, indiki saxta müsavatçılar sağ-mərkəzçi və hətta radikal sağ mövqedən çıxış edirlər. Həqiqətən də 1918-ci ildə dövlət quran “Müsavat”la, 1992-93-cü illərdə hakimiyyətdə olub dövləti dağıdan, onu tam iflas həddinə çatdıranlar arasında nə hüquqi, nə siyasi, nə də mənəvi bağ qurmaq nəinki mümkün deyil, hətta büsbütün absurddur.
- Ötən ili ölkəmiz üçün necə dəyərləndirirsiniz?
- Ulu öndər Heydər Əliyevin xalqımızın, cəmiyyətimizin milli inkişafına yönəlmiş müstəqillik konsepsiyasını yaradıcılıqla davam və inkişaf etdirən Prezident İlham Əliyevin milli inkişaf konsepsiyasının başlıca qayəsi ölkədə demokratik transformasiya proseslərini yaxın müddətdə başa çatdırmaq, vətəndaş cəmiyyəti strukturlarının və təsisatlarının formalaşmasına başlamaq səyləri ilə həyata keçirilən «sabitlikdən inkişafa doğru» ideyasıdır. Ölkə Prezidentinin əzmkar fəaliyyətini qeyd edərkən Ulu Öndərin bu müdrik sözləri yada düşür: «Sizi əmin edirəm ki, Azərbaycan xalqı indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır». Hər bir Azərbaycan vətəndaşının bu ideyaya inamı sonsuzdur.
Dövlət başçısı İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırır. Prezidentin bu barədə irəli sürdüyü fikirlər təkcə Azərbaycanın yox, ümumilikdə demokratiya yoluna yenicə qədəm qoymuş bütün müstəqil ölkələrin gələcək inkişafının təməl prinsipi kimi tətbiq edilə bilər. "Ölkədə həm siyasi, həm də iqtisadi sahədə islahatlar cəsarətlə aparılır. Mən tam əminəm ki, siyasi və iqtisadi islahatlar, iqtisadi yüksəliş və demokratikləşmə prosesləri bir-birini tamamlamalıdır və paralel şəkildə həyata keçirilməlidir. Əks təqdirdə, iqtisadi durum yaxşılaşmasa, bizim iqtisadi planlarımız həyata keçməsə, təbii ki, Azərbaycanda tam şəkildə demokratik cəmiyyətin qurulmasından söhbət gedə bilməz" - deyən Prezident İlham Əliyev haqlı olaraq bəyan edir ki, hər hansı ölkənin inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır.
Dərin və universal böhrandan çıxaraq cəmi 20 il ərzində kosmik dövlətlər sırasına girən, dünyanın ən mötəbər beynəlxalq forumlarına ev sahibliyi edən, qlobal kataklizmlərlə çalxalanan regionda multikulturalizmin qalasına çevrilən, sosial-iqtisadi və hərbi cəhətdən gündən-günə inkişaf edən müstəqil Azərbaycan bu gün hamımızın qürur mənbəyidir. Sadəcə son aylarda baş verənlər bu günkü Azərbaycan reallığının ən bariz nümunəsidir. Belə ki, 2017-ci ilin 14 sentyabr tarixində “Əsrin müqaviləsi”nin 2050-ci ilədək uzadılması ölkəmizin etibarlı və stabil inkişaf edən dövlət kimi bütün dünyada nüfuzunun yüksəlməsi, əhalimizin rifahının təminatı baxımından böyük strateji əhəmiyyət daşıyır. Habelə, cari ilin 30 oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması Azərbaycanın Avrasiyanın geosiyasi nəqliyyat mərkəzinə çevrilməsi yolunda atılmış ən mühüm addımdır. Milyondan artıq sərnişin, 17 milyon tondan artıq yük daşınması nəzərdə tutulan bu xətt həm də təcavüzkar Ermənistanın strateji blokadasını möhkəmləndirən mühüm iqtisadi-siyasi qələbədir.
Bu gün dünyada milli və dini zəmində baş verən qarşıdurmalar, axan nahaq qanlar, insanların bu münaqişələr ucbatından öz yurd-yuvasından didərgin düşməsi hamını, eləcə də bəşəriyyətin bir parçası olan xalqımızı narahat etməyə bilməz. O səbəbdən zərurət var ki, sahib olduğumuz tolerantlıq təcrübəmizi və multikulturalizm dəyərini bütün xalqlara aşılayaq və bu yolla dünyada sülhün və əmin-amanlığın bərqərar olmasına öz töhfəmizi verək.
Məhz bu missiyanı həyata keçirmək məqsədi ilə ölkə başçısı İlham Əliyev 2016-cı ili “Multukulturalizm”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan etmiş, bu istiqamətdə ölkə daxilində və xaricdə məqsədyönlü işlərin aparılması üçün müvafiq göstərişlərini vermişdir.
Eyni zamanda, bu sahədə respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fədakar fəaliyyəti xüsusilə qeyd edilməlidir. Məhz onun rəhbərliyi ilə ardıcıl şəkildə sivilizasiyalararası dialoqun qurulması sahəsində dünyanın tanınmış elm və mədəniyyət xadimlərinin də iştirak etdiyi bir sıra mötəbər tədbirlərin, konfransların və beynəlxalq forumların Azərbaycanda keçirilməsinə nail olunmuşdur. Mehriban xanımın beynəlxalq miqyasda uğurlu fəaliyyəti nəticəsində Azərbaycan həqiqətləri dünyaya çatdırılmış, ölkəmiz ən nüfuzlu mədəni və idman yarışlarına ev sahibliyi etmişdir. Onun rəhbərliyi altında Azərbaycanın zəngin mədəni irsi, milli—mənəvi dəyərləri bütün dünyada uğurla təbliğ olunmuşdur. Uzun müddət rəhbərlik etdiyi Heydər Əliyev Fondu nəinki Azərbaycanda yüzlərlə təhsil ocağı və məscidlər inşa və təmir etmiş, habelə, ölkənin sərhədlərindən uzaqda Pakistanda, Rumınıyada məktəblər tikilmiş, Avropada və Rusiyada dünya mədəni irsinə aid olan tarixi-dini abidələr inşa və təmir olunmuşdur. Həmçinin, məhz Mehriban xanımın təşəbbüsü ilə yüksək humanizm prinsipləri rəhbər tutularaq ölkəmizdə geniş əhatəli amnistiya aktları həyata keçirilmiş, yüzlərlə ailəyə sevinc bəxş edilmişdir.
- Siyavuş müəllim, bu gün Azərbaycanın ən ağrılı problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir...
- Bu gün Azərbaycan dövlətçiliyinin ən mühüm problemi ölkənin ərazi bütövlüyünün təmin olunmasıdır. Ermənistan Respublikasının təcavüzü nəticəsində işğal altına düşmüş ərazilərimizin azad edilməsi, viran qoyulmuş kənd, rayon və şəhərlərimizin bərpa olunması, sayı bir milyona çatan və uzun müddətdən bəri məşəqqətli köçkün həyatı sürən soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması Azərbaycan dövlətinin qarşısında çox məsul bir vəzifə, ən vacib məqsəd kimi durur. Müstəqil dövlətçiliyimizin banisi, müasir Azərbaycanın memarı, böyük öndərimiz Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyev xalqımıza hədsiz məhrumiyyətlər, müstəqil dövlətimizə böyük itkilər gətirmiş təcavüzə son qoyulması üçün çoxşaxəli və səmərəli hüquqi-diplomatik addımlar atır. Bütün bunların nəticəsidir ki, indi dünya birliyi Azərbaycanın haqlı olduğunu, Ermənistanın işğalçı və təcavüzkar siyasət yeritdiyini getdikcə daha yaxşı anlayır. Təsadüfi deyil ki, bir çox mötəbər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı şəkildə dəfələrlə təsdiqlənmiş, onun təcavüzkarlıqdan əl çəkməsi tələb olunmuşdur.
Zaman isə heç şübhəsiz Azərbaycann xeyrinə işləyir. İlham Əliyevin uğurlu rəhbərliyi sayəsində təkcə 2017-ci ildə dövlət büdcəsinin gəlirləri 3 milyard manat artmış, valyuta ehtiyatları 4,5 milyard artaraq 42 milyard dollara çatmışdır. Ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulmuş, ixracat 19 faiz artmış, ticarət balansında 6,2 milyard dollarlıq müsbət saldo meydana gəlmişdir. Geniş iqtisadi imkanlar isə heç şübhəsiz Azərbaycan Silahlı Qüvvələrinin ən müasir silah və texnika ilə təchizatını sürətləndirməklə yanaşı, təcavüzkar Ermənistanla ölkəmiz arasında nəinki dərin fərq, hətta ciddi hərbi-iqtisadi uçurum yaradır. Bu amillər isə Azərbaycanın labüd qələbəsini gündən-günə yaxınlaşdırır.
Bütün sahələrdə Ulu Öndərin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev bu siyasi xətti daha da inkişaf etdirərək Cümhuriyyətin 100 illiyi münasibətilə 2017-ci ildə xüsusi sərəncam imzaladı. Sərəncamda Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti olduqca yüksək qiymətləndirilərək deyilirdi: “Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq birliyin subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı”.
Nəhayət, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 yanvar 2018-ci il tarixli iclasında dövlət başçısının bu ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi bu dövlətin tariximizdə oynadığı müstəsna rolu vurğulamaqla yanaşı, onun əsasını qoyduğu ideyaların əbədiliyinin və həmişəyaşarlılığının növbəti təsdiqidir. Prezident İlham Əliyev həmin iclasdakı çıxışında demişdir: “Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”.
Prezidentin qarşıya qoyduğu vəzifələr və 2018-ci ildə görülməsi nəzərdə tutulan işlər isə bir növ “Cümhuriyyət İlinə” ərmağan olacaqdır. Belə ki, ümumilikdə ölkə iqtisadiyyatına 15 milyard dollar sərmayə qoyuluşu gözlənilir. Habelə, irimiqyaslı layihələrdən TANAP layihəsinin, Ələt Dəniz Ticarət Limanının birinci mərhələsi başa çatdırılacaq, ikinci süni peykimiz olan “Azerspace-2” kosmosa çıxarılacaq. Sahibkarlığa Kömək Milli Fondu sırf daxili imkanlar hesabına yerli iş adamlarına 170 milyon manatdan artıq güzəştli kredit verəcək. 20 min köçkün ailəsi yeni inşa ediləcək evlərə və mənzillərə köçürüləcək. Ölkədə 137 modul tipli məktəb, 6 yeni mərkəzi rayon xəstəxanası, 3 “ASAN xidmət” mərkəzi, 2 Olimpiya idman kompleksi, bölgələrimizdə yeni sənaye parkları, 10 yeni xalça fabriki tikilərək istifadəyə veriləcək. 160 milyon dollarlıq kənd təsərrüfatı texnikası alınacaq, 300-dən artıq subartezian quyusu qazılacaq və ən az 100 min hektar heç vaxt suvarılmamış ərazi əkinçiliyə açılacaq. Sevindirici haldır ki, bütün bunlar Cümhuriyyətin yubileyinə veriləcək töhfələrin heç də tam siyahısı deyil.
Beləliklə, sadalanan məqamlar bir daha onu sübut edir ki, bu gün insan hüquq və azadlıqlarına, qanunların aliliyinə hörmət prinsiplərinə prioritet istiqamət kimi müstəsna dəyər verən müstəqil Azərbaycanın iqtisadi cəhətdən inkişaf etmiş, hüquqi, dünyəvi və demokratik dövlət imicinin formalaşmasında, onun möhkəm təməllərinin qoyulmasında görkəmli dövlət xadimi Prezident İlham Əliyevin xidmətləri əvəzsizdir və daim tariximizə qızıl hərflərlə yazılacaqdır. Biz isə arzu edək ki “Cümhuriyyət İli” bütün həmvətənlərimiz üçün birlik, bərabərlik və həmrəylik ili kimi tariximizə əbədi həkk olunsun.
Baxış sayı: 935
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:47
Orban fon der Leyendən Rusiya enerji sektoruna qarşı bütün AB sanksiyalarını ləğv etməsini istədi
Dünən, 17:13
Venesuela Rusiyanı yaxın dostu hesab edir
5-03-2026, 13:15
İran səfiri Azərbaycan XİN-ə çağırıldı
4-03-2026, 19:34
Politoloq İbrahimov: "ABŞ-ın etnik azlıqlarla bağlı təxribatları yalnız İranı birləşdirir"
4-03-2026, 18:04
32 yaşlı Fərid Bağırzadə nazir təyin olundu
4-03-2026, 14:52
Rusiya Fransa və Britaniyanın nüvə arsenallarının genişləndirilməsini nəzərə alacaq
3-03-2026, 12:07
Şərqşünas: "ABŞ-İran müharibəsi Rusiya üçün siyasi xərclər daşıyır"
2-03-2026, 13:16
Ekspert: "ABŞ İranda quru əməliyyatı keçirəcəyinə risk etməyəcək"
2-03-2026, 12:31
Rusiya Yaxın Şərq münaqişəsinin həllində vasitəçilik etməyə hazırdır
1-03-2026, 13:43
Əhməd Vəhidi İİKK-nın yeni komandiri təyin edildi
28-02-2026, 20:28
Xocalı soyqırımı azərbaycanlılara qarşı etnik nifrətin ən qəddar forması idi-Könül Nurullayeva
27-02-2026, 20:44
Kelin Zalujnının Britaniyada necə davrandığını izah etdi
27-02-2026, 20:38
Kelin bildirib ki, Ukraynanın AB-yə sürətləndirilmiş qəbulu bütün qaydaların pozulmasıdır
27-02-2026, 20:24
Finlandiya səfirinə Rusiya diplomatlarına qarşı etirazları dayandırmaq tələbi verildi
27-02-2026, 20:20
Bolton Qərblə İran arasında nüvə danışıqlarının faydasız olduğuna inanır
27-02-2026, 19:39
Xocalı Memorial Kompleksi tarixi faktların sistemli şəkildə təqdim olunmasına imkan yaradacaq-Könül Nurullayeva
27-02-2026, 11:03
Xocalı – faciədən qürura gedən yol
26-02-2026, 23:01
Mariya Zaxarova Merzin barbarlıq ittihamlarını ləğv etdi
26-02-2026, 22:56
Cenevrə danışıqlarını tərk etdi
26-02-2026, 17:47
Medinski Rusiya və Ukrayna əsgərlərinin cəsədlərinin mübadiləsi ilə bağlı saytından foto paylaşdı
26-02-2026, 16:48
Media xəbərlərinə görə, Rusiya 10 il ərzində AB ölkələrindən nüvə raketlərini vura biləcək
25-02-2026, 22:53
Peskov Putin, Tramp və Zelenskinin nə vaxt görüşə biləcəyini açıqladı
25-02-2026, 10:31
Tariximizin faciə və zəfər səhifələri
24-02-2026, 16:28
Ukrayna müdafiə naziri Kiyevin yeni strategiyasını açıqladı
23-02-2026, 23:19
Tramp artıq sui-qəsd cəhdlərinin qurbanı olmaq istəmir, ona görə də yavaşlamağa hazırdır
23-02-2026, 20:07
Medvedev Kim Çen Inı
22-02-2026, 21:09
Antimilli ünsürlər radikal erməni dairələrinin sifarişçisi qismində çıxış edir-Könül Nurullayeva
22-02-2026, 20:17
Kliçko Trampa etibar barədə soruşulduqda tərəddüd etdi
22-02-2026, 20:12
Filippot: "Makronun Trampdan Tyerri Breton əleyhinə sanksiyaları ləğv etməsini istəməsi rüsvayçılıqdır"
22-02-2026, 19:49
"The Times" qəzeti Ukraynanın cəbhədə Rusiyaya uduzduğunu açıqladı
21-02-2026, 23:39
Vüqar Rəhimzadə: "Antimilli ünsürlərə ilk dəstəyin erməni lobbisindən gəlməsi əsla təsadüfi deyil"
21-02-2026, 23:18
Abxaziyanın müxalifət liderlərindən biri Kakaliya yaralanıb
20-02-2026, 21:18
Fiko: "AB Ukraynanın uduzduğunu anlayır"
20-02-2026, 20:57
Avstriya Xarici İşlər Nazirliyinin nümayəndə heyəti neytrallığına baxmayaraq Kiyevə gəldi
19-02-2026, 20:15
Merz Putinlə dialoqun normallaşdırılmasını istisna edir
19-02-2026, 20:10
Tramp Putinlə münasibətlərinin çox yaxşı olduğunu bəyan etdi
19-02-2026, 16:43
Zaxarova Rubionun danışıqlarla bağlı dediklərinə cavab verdi: "Terminologiya çətin ki, uyğun olsun"
18-02-2026, 18:26
Zelenski Cenevrədə danışıqların ikinci gününün məzmununu açıqladı
18-02-2026, 18:22
Medvedev Kubanı Rusiyanın strateji əhəmiyyətli müttəfiqi adlandırdı
17-02-2026, 21:41
Avropa Komissiyası (AK) Rusiyaya qarşı 20-ci sanksiya paketinin tez bir zamanda təsdiqlənməsinə çağırıb