15:02 / 21-01-2025
Balaca suitini xilas ediblər
09:55 / 21-01-2025
Müstəqilliyə aparan yol
Bütün xəbərlər
Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib
Tarix: 22-01-2025 16:13 | Bölmə: Siyasət

Milli Məclisin deputatı Könül Nurullayeva ofisinə daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb. Bildirmək istərdik ki, vətəndaşlarla görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında hərbi qulluqçuların mənzillə təmin olunmasında yaranan çətinliklər, işsizlik və s. bu kimi müxtəlif yönümlü məsələlər başlıca yer almışdır.

 Millət vəkilinin ofisindən Sabaha-inamla.az-a verilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.




Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər