Bütün xəbərlər
Uşakov: "BRİKS ölkələrinin Ukraynaya qarşı ümumi yanaşması artıq razılaşdırılıb"
Tarix: 22-10-2024 22:03 | Bölmə: Siyasət

BRİKS ölkələri Ukraynadakı vəziyyətə ümumi yanaşma ilə bağlı razılığa gəliblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
O, həmçinin qeyd edib ki, Kazanda keçiriləcək sammit iştirakçılarının rəyi yekun bəyannamədə öz əksini tapacaq.
Uşakov Rusiyanın federal kanallarından birində deyib: "Oradakı ifadə artıq razılaşdırılıb, heç bir etiraza səbəb yoxdur".
Daha əvvəl politoloq və amerikalı Malek Dudakov “Rusiya” radiosuna müsahibəsində demişdi ki, BRİKS siyasi sövdələşmələrin bağlanması üçün platformaya çevrilir.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər