13:20 / 12-10-2026
Şəhidin adını daşıyan "Sumqayıt-Xəzər" FK ilk start oyununda qalib gəldi-VİDEO+FOTOLAR
21:18 / 11-10-2026
Tibb bacısı əlil yeniyetməni süni tənəffüs aparatından təsadüfən ayırıb
21:01 / 11-10-2026
Husilər Səudiyyə Ərəbistanındakı hava limanlarına və neft obyektlərinə hücumlar elan etdilər
20:49 / 11-10-2026
Trampın sülh səyləri fonunda AB Kiyevə əlavə maliyyə yardımı edəcək
19:10 / 11-10-2026
Husilər Səudiyyə Ərəbistanına uçuşları ləğv etməyə çağırdılar
19:05 / 11-10-2026
"iPhone 18" və iki xarici avtomobil üçün qaçırılıb
18:59 / 11-10-2026
Uşaqlarını boğmaqla hədələyən aqressiv qadın saxlanılıb
18:56 / 11-10-2026
Polşa Baş nazirə qarşı sui-qəsd təhdidini araşdırır
18:53 / 11-10-2026
100-dən çox insan saxlanılıb
18:48 / 11-10-2026
Cənubi Koreya Ukraynadan məyusdur və Rusiya ilə münasibətləri normallaşdırmaq istəyir
18:45 / 11-10-2026
11 nəfər ölüb, 27 nəfər yaralanıb
18:41 / 11-10-2026
Finlandiyalı xizəkçi porno aktrisa ilə flört etdiyinə görə cəzalandırıldı
18:34 / 11-10-2026
Pilotsuz təyyarədən partlayıcı maddələr atması nəticəsində bir mülki şəxs həlak olub
18:29 / 11-10-2026
Astrofizik kainatda səyahət üçün marşrutların adını açıqladı
18:24 / 11-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Ər-Riyad hava limanına raket hücumunu pisləyib
18:22 / 11-10-2026
Bir kişiyə məktəbli qızları xilas etdiyinə görə 1 milyon rubl mükafat verdi
18:19 / 11-10-2026
Tramvaylardan əşyalar oğurladıqlarına görə etnik mütəşəkkil cinayətkar qrupun on bir üzvü həbs edilib
18:16 / 11-10-2026
İran səfiri Trampın ABŞ şəhərlərinin dağıdılması ilə bağlı sözlərini uydurma adlandırıb
18:12 / 11-10-2026
Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtlərini açıqladı
18:09 / 11-10-2026
Çayda avtomobil batdı
18:06 / 11-10-2026
İspaniyada hücumçu məyus olduğunu və dəyişiklik gözləmədiyini söylədi
18:02 / 11-10-2026
Maks Verstappen Sinqapur Qran Prisinin qalibi oldu
10:52 / 09-10-2026
Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi
23:18 / 08-10-2026
Murad dünya üçüncüsü oldu
23:13 / 08-10-2026
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
23:06 / 08-10-2026
Elvin Mahmudzadə yenə həbs edildi
22:59 / 08-10-2026
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
22:56 / 08-10-2026
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
22:50 / 08-10-2026
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
22:43 / 08-10-2026
İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
22:35 / 08-10-2026
ABŞ məhkəməsi Maduronun həyat yoldaşının həbsdən azad edilməsini rədd etdi
19:47 / 08-10-2026
375 məktəb və liseydə tədris dayandırılıb
19:44 / 08-10-2026
Aqressiv ayını güllələyərək öldürüb
19:41 / 08-10-2026
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
19:37 / 08-10-2026
Moldova parlamenti Rusiya mayonezinin qadağan edilməsini müzakirə etdi
19:33 / 08-10-2026
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
19:30 / 08-10-2026
İspaniya hərbi təyyarəsi müşahidə edilib
19:24 / 08-10-2026
Litva Baş naziri Rusiya taxıl tranzitini qadağan etmək istəyir
19:20 / 08-10-2026
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
19:17 / 08-10-2026
Çinin "Tianvan" Atom Elektrik Stansiyasında 7-ci blok reaktoru işə salınıb
ABŞ-ın nankor konqresmenləri-Gülzar İbrahimova
Tarix: 16-10-2024 12:13 | Bölmə: Siyasət

Prezident İlham Əliyev: “Amerikanın Azərbaycana qarşı sanksiyalarının ümumiyyətlə, mövcud olmağa haqqı yoxdur”
Son illər ABŞ konqresmenləri Azərbaycana qarşı aqressiv ritorikaya üstünlük verir, irqçi bəyanatlar vasitəsilə özlərini gündəmdə saxlamağa çalışırlar. Xatırladaq ki, 2015-ci ildə ABŞ Helsinki Komissiyası konqresmen Kristofer Smitin rəhbərliyi altında ABŞ Konqresinə qanun layihəsi təqdim etmişdi. "Azərbaycanda Demokratiya Aktı" adlı qanun layihəsi Azərbaycan hökumətinin yüksək rütbəli üzvlərinə viza verilməsinə qadağalar tətbiq olunmasını nəzərdə tuturdu. Təsadüfi deyil ki, bu iş erməni lobbisinin sifarişi ilə olmuşdu. Çünki Konqresə qanun layihəsini təqdim edən konqresmen Kristofer Smit də ermənipərəstdir. Bunu konqresmen K.Smitin Amerikanın Erməni Milli Komitəsinin (ANCA) icraçı direktor Aram Hamparyanla görüşü və görüş barədə Aram Hamparyanın tviti də təsdiq edir. Bu fakt bir daha göstərir ki, K.Smit ANCA və ABŞ erməni lobbisi ilə məhrəm münasibətlərdədirlər. Yeri gəlmişkən, həmin zaman ANCA-nın rəsmi internet səhifəsində “Azərbaycana qarşı sanksiyalara dəstək ol” başlıqlı təlimat tipli yazı yerləşdirilmişdi. Təlimat-yazıda ABŞ Nümayəndələr Palatasının Nyu- Cersidən seçilmiş ermənipərəst üzvü və Helsinki Komissiyasının sədri K.Smitin Azərbaycanın əleyhinə yönəlmiş əsassız və absurd qətnaməsinə dəstək verilməsi istənilirdi. Həmçinin ABŞ-dakı ermənilərdən xahiş olunurdu ki, səs verdikləri konqresmenlərə bu layihəni dəstəkləmələri üçün təkid məktubu göndərsinlər. Ermənilərin K.Smitin müəllifi olduğu qətnamə layihəsinə “diqqət” və “qayğısı” bir daha sübut edir ki, sözügedən layihə tamamilə erməni lobbisinin sifarişi nəticəsində meydana gəlib. Əlavə edək ki, K.Smit 1990-cı illərin əvvəlində Azərbaycana qarşı qəbul olunmuş ədalətsiz “907-ci düzəliş”in müəlliflərindən biridir. O, tutduğu vəzifə və imtiyazlarından istifadə edərək “Dağlıq Qarabağ”ın müstəqilləşməsi və ona birbaşa yardım göstərilməsi kimi məsələlərdə daim ermənilərin ən böyük dəstəkçilərindən biri olub. Yeri gəlmişkən, Prezident İlham Əliyev 8 oktyabr tarixində Moskvada “Rossiya-1” televiziya kanalına verdiyi müsahibəsində bu əsassız ittihamları pisləyib: “Amerikanın Azərbaycana qarşı sanksiyalarının ümumiyyətlə, mövcud olmağa haqqı yoxdur. Sanksiyalar qeyri-qanuni və tamamilə əsassız, habelə selektiv şəkildə tətbiq edilir. Biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq. Beynəlxalq ictimaiyyət məsələ ilə bağlı öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik”.
Ant-Azərbaycan mövqeyi ilə tanınan ABŞ konqresmenlərindən bir də Bred Şermandır. ABŞ Nümayəndələr Palatasının komitə üzvü olan Bred Şerman 2019-cu ilin iyunun 25-də Azərbaycanın hücum imkanlarını gücləndirməsinə mane ola biləcək bir dəyişiklik təqdim edib. Şerman Amerika istehsalı olan silahın hesabına Azərbaycanın hərbi hava qüvvələrinin zərbəendirici imkanlarını təkmilləşdirmək perspektivinin qarşısının alınmasını istəyirdi. Sözsüz ki, bu məsələdə də ANCA-nın rolu var idi. Çünki bu barədə ANCA öz saytında məlumat yaymışdı. Sözügedən məlumata görə, təşəbbüs Bakının Xankəndidə yerləşən hava limanına uçacaq mülki aviasiya vasitələrinə daim təhlükə törətməsinin qarşısını almağı hədəfləyir. Yəni bu dəyişiklik ABŞ-ın Azərbaycana hava hücumundan müdafiə sistemini gücləndirə biləcək silah satışını əngəlləyə bilər.
Məlumdur ki, Birləşmiş Ştatlar Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycana silah satmır. İki ölkə arasında bir sıra sahələrdə geniş əməkdaşlıq olsa da, silah ticarəti yoxdur. Ancaq zaman-zaman Konqresdə erməni lobbisinin maraqlarından çıxış edən konqresmenlər çalışırlar ki, Azərbaycana qarşı hansısa qərarlar qəbul edilsin. Bu yöndə müəyyən səylər göstərirlər. Bu baxımdan, Bred Şermanın Azərbaycanla bağlı bu təklifi ədalətsiz hesab olunur. Ümumiyyətlə, ABŞ-da olan erməni lobbisi son dövrlər ərzində Azərbaycana qarşı daha aqressiv fəaliyyət göstərməyə başlayıb. Bu prosesdə erməni lobbisindən maliyyə və digər səbəblər baxımdan asılı olan K.Smit, Frank Engel, Bred Şerman və Ed Royse kimi konqresmenlərin də əlahiddə fəallığı müşahidə olunur. Cənab Prezident müsahbəsində 90-cı illərdə ABŞ-ın ölkəmizə qarşı yersiz sanksilarını xatırladaıb: “Bizə sanksiyalar 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla tətbiq edilmişdi. Bu sanksiyalar 2001-ci ildə, ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatların Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar yenidən tətbiq olundu. Bu nankorluqdur”.
Xüsusən 44 günülük Vətən müharibəsindən ABŞ konqremenlıri anti-Azərbaycan mövqe sərgiləyirlər. Hələ İyul hadisələri zamanı da onlar aktiv anti-Azərbaycan fəaliyyəti göstərdi. Həmişəki kimi, bu dəfə də ANCA ermənipərəst ABŞ konqresmen və senatorlardan istifadə etdi. İyil hadisələri zamanı 20-ə yaxın ABŞ konqresmeni Ermənistanın müdafiəsinə qalxdı. Onlar öz sosial şəbəkə profillərində anti-Azərbaycan paylaşımları etdilər.
2023-cü ilin iyunun 21-də ABŞ Konqresinin 54 nümayəndəsi Dövlət katibi Entoni Blinkenə məktub göndərərək, ABŞ Prezidenti Co Bayden administrasiyasından Azərbaycana hərbi yardımı dayandırmağı və Qarabağdakı separatçı dəstəyə dəstək verməyi istəyib. Həmin ərəfədəLaçın-Xankəndi yolunun baçlanğıcında Azərbaycan tərəfindən qoyulan nəzarət buraxılış məntəqəsində Qarabağ ermənilərinin rahatca gedişi təmin olunmuşdur. Sadə ermənilər də bundan məmnun görünürdülər. Amma Qarbağdakı separatçı rejim buna mane olaraq orada müxtəlif təxribatlar törədirdilər. Eyni zamanda, erməni lobbisi yalanlar uyduraraq bu keçidi ermənilərin narahatçılığı kimi qələmə verirdilər.
Hazırda Paşinyan hakimiyyəti ilə erməni lobbisi arasında çox böyük uçurum var. İndi Azərbaycan-Ermənistan normallaşma prosesində bu uçurum daha da dərinləşir. Erməni lobbisi sülh sazişinin olmaması üçün maksimum təbliğat aparır, qondarma yalan və böhtanlar irəli sürürlər. ABŞ da Ermənistanı yenidən gücləndirərək regionda yeni münaqişə yaratmağa çalışır.
Gülzar İbrahimova,
Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru,
siyasi elmlər üzrə elmlər doktoru, professor
Baxış sayı: 466
Bölməyə aid digər xəbərlər

9-10-2026, 10:52
Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi
8-10-2026, 18:35
Fransa xarici işlər naziri Jan-Noel Barro Rusiyanı mikrofonunu kəsməkdə günahlandırdı
7-10-2026, 20:58
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının hərbi-siyasi bloka çevrildiyini elan etdi
6-10-2026, 18:33
Dövlət Duması Litvaya nüvə silahlarının yerləşdirilməməsi ilə bağlı xəbərdarlıq etdi
5-10-2026, 15:13
Merzin Kiyevə səfəri onun siyasətinin əsas prioritetini ortaya qoydu
5-10-2026, 15:03
"The Wall Street Journal", Hörmüz boğazındakı vəziyyətlə əlaqədar mümkün qlobal böhran barədə xəbərdarlıq etdi
5-10-2026, 14:56
Cəbrayıl rayonunun Zəfər yolu
4-10-2026, 20:13
Qərb Rusiya Müdafiə Nazirliyinin Ukraynaya zərbələrin artırılması ilə bağlı açıqlamasını pis adlandırıb
4-10-2026, 18:52
Mendel: "NATO ideyası Ukraynada ölüb"
3-10-2026, 19:15
Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan
1-10-2026, 18:27
Tramp: "Zelenski çox güclü ABŞ sursatını qəbul etməkdən imtina etdi"
1-10-2026, 18:13
Var-dövləti ilə gündəmə gələn deputatın mandatı - Ləğv edildi
30-09-2026, 19:40
Slutski: "Rusiya-ABŞ münasibətləri artıq sıfır səviyyəsində deyil"
30-09-2026, 19:26
Zaxarova Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli görüşün perspektivlərini qiymətləndirdi
29-09-2026, 17:53
Kreml bildirib ki, Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasını istəməyəcək
29-09-2026, 17:42
Putin Serb Respublikası rəhbərliyinin nümayəndələri ilə görüşəcək
29-09-2026, 17:33
Lavrov bildirib ki, ABŞ ilə qıcıqlandırıcı amillərlə bağlı əlaqələrin vaxtı razılaşdırılır
29-09-2026, 01:34
Yeni təyin olunan icra başçısı onun müavini imiş
28-09-2026, 21:43
Finlandiyanın NATO-ya daxil olmasını tənqid etdi
28-09-2026, 16:47
Almaniya xarici işlər naziri Kallasa Lavrovla danışıqlarının nəticələri barədə məlumat verib
28-09-2026, 16:31
AB Ukraynadakı hərbi missiyasını 2028-ci ilə qədər uzadıb
27-09-2026, 21:00
Kardinal Zuppinin səfəri Rusiyaya necə kömək edəcək
27-09-2026, 20:43
Tokayev hərbçilərin həyatının qorunmasını prioritet adlandırdı
27-09-2026, 17:51
Antimilli ünsürlərin təxribatçı cəhdləri cəmiyyətin milli maraqlar ətrafında birliyini sarsıda bilmədi-Könül Nurullayeva
25-09-2026, 22:48
Vətən müharibəsində Azərbaycan yüksək səviyyəli hərbi potensial nümayiş etdirdi-Könül Nurullayeva
24-09-2026, 13:21
Ermənistan qanunsuz istismara görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir-Könül Nurullayeva
23-09-2026, 19:15
Zaxarova Lavrov və Rubio arasında görüşdən ilk fotonu paylaşdı
22-09-2026, 18:50
BİR QURULTAY QƏRARI VƏ AZƏRBAYCANIN DƏYİŞƏN SİYASİ TALEYİ
22-09-2026, 18:16
Cəmiyyətin faktla manipulyativ məzmunu bir-birindən ayırmaq bacarığı vacibdir-Könül Nurullayeva
22-09-2026, 17:13
Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə telefonda danışdı
21-09-2026, 18:13
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
21-09-2026, 18:11
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
21-09-2026, 11:24
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
20-09-2026, 18:03
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
20-09-2026, 16:38
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
17-09-2026, 17:52
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17-09-2026, 17:08
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17-09-2026, 17:02
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
17-09-2026, 16:57
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16-09-2026, 20:18
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb