18:51 / 06-10-2024
Ayı güllələnib
Bütün xəbərlər
Lukaşenko Ermənistanla yaxşı münasibətlərin saxlanmasının tərəfdarı olduğunu bildirib
Tarix: 12-09-2024 23:15 | Bölmə: Siyasət

Ermənistanla münasibətlərin kəskinləşməsində Belarusun heç bir günahı yoxdur.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Aleksandr Lukaşenko milli azlıqların nümayəndələri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, Minsk İrəvanla yaxşı və bərabərhüquqlu münasibətlər qurmaq istərdi.
“Biz onlara hər cür kömək etdik, ən yaxın adamlarla əməkdaşlıq etdik və əminəm ki, ermənilər xalqın mentalitetinə uyğun gəlməyən anormal siyasətə dözməyəcəklər”, - deyə, dövlət başçısı qeyd edib.
Lukaşenko əlavə edib ki, Ermənistan rəhbərliyinin Belarusa “hücumları” Rusiyaya üstüörtülü zərbə olub və belədir.


Baxış sayı: 158


Bölməyə aid digər xəbərlər