Bütün xəbərlər
Pentaqon rəhbəri: "Ukraynadakı münaqişə danışıqlar masası arxasında bitəcək
Tarix: 06-09-2024 20:03 | Bölmə: Siyasət

Birləşmiş Ştatlar Ukrayna münaqişəsinin son nəticədə danışıqlar yolu ilə bitəcəyinə əmindir, lakin hərbi əməliyyatların dayandırılmasının vaxtını proqnozlaşdırmaq problemlidir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikri cümə günü Pentaqonun rəhbəri Lloyd Ostin bildirib. “Son nəticədə bu münaqişə danışıqlar masası arxasında həll olunacaq, lakin bu məqamın nə vaxt gələcəyini dəqiq proqnozlaşdırmaq çətindir”, o bildirib.
Bu bəyanat Ukraynaya yardım üzrə beynəlxalq təmas qrupunun iclasının yekunlarına yekun vurulan mətbuat konfransında verilib. Görüş Almaniyanın Ramşteyn aviabazasında baş tutub.



Baxış sayı: 197


Bölməyə aid digər xəbərlər