18:51 / 06-10-2024
Ayı güllələnib
Bütün xəbərlər
Rusiya Xarici İşlər Nazirliyi: Çexiya səfirliyinin qaçaqmalçılıqda yaxalanan əməkdaşı Rusiyanı tərk edib
Tarix: 19-08-2024 09:50 | Bölmə: Siyasət

Rusiya Xarici İşlər Nazirliyinin Üçüncü Avropa Departamentinin direktoru Oleq Tyapkin Çexiyanın Moskvadakı səfirliyinin əməkdaşının təcili olaraq ölkəni tərk etdiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu ona qarşı qaldırılan cinayət işi ilə bağlıdır.
RİA Novosti-nin məlumatına görə, diplomatik missiya əməkdaşının cinayət təqibinin başlanması narkotik qaçaqmalçılığı ilə bağlıdır.
“Bizdə olan məlumata görə, Rusiyada güclü təsiredici maddələrin qaçaqmalçılığı ilə bağlı cinayət işi açılan Çexiya səfirliyinin əməkdaşı artıq ölkəmizin ərazisini tərk edib”, - RİA Novosti onun sözlərindən sitat gətirir.
Söhbət Çexiyanın Rusiya Federasiyasındakı müvəqqəti işlər vəkili Yan Ondreykadan gedir. İyulun sonunda o, Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və o, qanunsuz maddələrin qaçaqmalçılığı cəhdi ilə bağlı ona etiraz edib.


Baxış sayı: 194


Bölməyə aid digər xəbərlər