Bütün xəbərlər
Lukaşenko hesab edir ki, Litva və Polşa problemləri diplomatiya yolu ilə həll etmək istəmir
Tarix: 16-07-2024 18:29 | Bölmə: Siyasət

Belarus öz qonşuları ilə bütün münaqişələri diplomatik üsullarla həll etmək istəyir, lakin Polşa və Litva tərəfində “qarşılıqlılıq” görmür, - Respublika Prezidenti Aleksandr Lukaşenko bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “ona görə də biz şimal-qərb və qərb istiqamətlərində qulağımızı açıq, barıtımızı quru saxlamalıyıq”, - deyə, o, ali hərbi təhsil müəssisələrinin məzunlarının və yüksək rütbəli zabitlərin təltif edilməsi mərasimində çıxışı zamanı deyib.
Eyni zamanda, Lukaşenko vurğuladı ki, Belarus yalnız “başqasının çəkmələri torpağımıza basanda” döyüşəcək, o ana qədər “biz hər şeyi diplomatik yolla edəcəyik”.
Bundan əvvəl Belarus prezidenti Ukrayna ilə sərhəddə gərginliyin aradan qaldırıldığını bəyan edib. Xarici kəşfiyyat Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin sərhəd zonasından çıxarılmasını qeydə alıb. Ukrayna hərbçiləri daimi dislokasiya yerlərinə qayıdıblar.



Baxış sayı: 232


Bölməyə aid digər xəbərlər