Bütün xəbərlər
Stoltenberq: "Ukrayna NATO-ya mümkün qədər yaxınlaşıb"
Tarix: 28-11-2023 14:51 | Bölmə: Siyasət

NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Ukraynanın gələcəyi NATO-dadır və bu, həmişəkindən daha yaxındır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun xatırlatdığına görə, Vilnüsdə keçirilən sammitdə Alyans üzvləri Ukraynanın təşkilata qoşulması ilə bağlı iki mərhələli prosesi bir mərhələli proseslə əvəz etmək barədə razılığa gəliblər.
“Ukrayna indi NATO-ya əvvəlkindən daha yaxındır və biz üzvlük yolunda lazımi islahatların aparılmasında onu dəstəkləməyə davam edəcəyik”, Stoltenberq "Index"-ə müsahibəsində deyib.
O vurğulayıb ki, bütün müttəfiqlər razılaşır: Ukrayna NATO-ya üzv olmalıdır. Alyansın Xarici İşlər Nazirləri Şurasının iclasında Kiyev rejiminin bu məqsədlə həyata keçirməli olduğu islahatlarla bağlı tövsiyələrin razılaşdırılacağı planlaşdırılırdı. Görüş 28-29 noyabr tarixlərində baş tutacaq.
Bununla yanaşı, Stoltenberq ölkədə hərbi əməliyyatların davam etdiyi bir vaxtda onun Şimali Atlantika blokuna qoşulmasının mümkünsüz olduğunu vurğulayıb.




Baxış sayı: 165


Bölməyə aid digər xəbərlər