22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Rusiyanın zərbələri Ukraynanı xaricdə raket yığmağa məcbur etdi
Tarix: 26-09-2023 11:10 | Bölmə: Siyasət


Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov etiraf edib ki, Rusiya ordusunun hərbi hədəflərə hücumları effektiv olub. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, xüsusilə, Rusiya Silahlı Qüvvələri raket yığma zavoduna ziyan vurub.
ABC qəzetinə müsahibəsində Danilov bildirib ki, raket istehsalının bir hissəsi indi Ukraynadan kənara köçürülməlidir.
"Bu, qapalı proqramdır və onun statusunun nə olduğunu heç kim sizə deməyəcək", - Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri qeyd edib.
Danilov daha sonra bildirib ki, Kiyev həqiqətən Amerikanın ATACMS taktiki raketlərini almaq istəyir.
"Biz onlardan Rusiya ərazisində istifadə etməyəcəyik, bu barədə tərəfdaşlarımızla razılaşmalarımız var", - Danilov bildirib. Eyni zamanda, aydınlaşdırılır: ATACMS Kiyevin özünün ərazisi hesab etdiyi ərazinin mühafizəsi üçün istifadə olunmalı idi.
Rəsmi olaraq Co Bayden administrasiyası Kiyev rejimini uzaqmənzilli silahlarla təmin etmək barədə razılığını hələ təsdiqləməyib.
TASS yazır ki, əvvəllər Danilov etiraf edib ki, ölkə hakimiyyəti 2019-cu ilin dekabrından Rusiya ilə hərbi münaqişəyə hazırlaşır.



Baxış sayı: 158


Bölməyə aid digər xəbərlər