Bütün xəbərlər
Türkiyə NATO-da Finlandiyaya müsbət baxır, amma şərtlə
Tarix: 02-02-2023 11:01 | Bölmə: Siyasət


Türkiyə İsveçin NATO-ya üzv olmaq istəyinə mənfi baxır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan milli televiziya ilə birbaşa əlaqə zamanı deyib.
Siyasətçi onu da qeyd edib ki, Ankara Finlandiyanın analoji müraciətinə o halda müsbət cavab verəcək ki, Helsinki Türkiyənin terror təşkilatı hesab etdiyi Kürdüstan Fəhlə Partiyasına qarşı adekvat mövqe tutsun.
Ölkə lideri Ukrayna münaqişəsinə də toxunub. Onun sözlərinə görə, Kiyevə tankların tədarükü Qərbin riskli işidir və bu, yalnız silah baronlarının əlinə keçir.
Belə bir siyasətin böhranın həllinə gətirib çıxarmayacağı aydındır, deyə, Ərdoğan yekunlaşdırıb. Və o bildirib ki, Ankara bu məsələnin həllində Brüssel və Vaşinqtondan hərbi deyil, diplomatik yardım gözləyir.


Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər