12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
WSJ: İranda İHA hücumunun arxasında İsrail dayanır
Tarix: 29-01-2023 21:49 | Bölmə: Siyasət

“The Wall Street Journal” ABŞ rəsmilərinə və digər insayderlərə istinadən iddia edir ki, İsrail pilotsuz təyyarələrdən istifadə edərək İsfahan şəhərində İran Müdafiə Nazirliyinin hərbi zavoduna hücum edib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Amerika mətbuatının yazdığına görə, “ABŞ və İsrail Tehranın nüvə və hərbi ambisiyalarını cilovlamaq üçün yollar axtararkən, İsrail PUA-nın köməyi ilə İranın müdafiə obyektinə gizli hücum həyata keçirib”. Nəşr iddia edir ki, söhbət İran və Rusiya arasında guya hərbi yaxınlaşmadan gedir. Bu, baş nazir Benyamin Netanyahu vəzifəyə gəldikdən sonra İsrailin ilk məlum zərbəsidir.
Bundan əvvəl “Əl-Ərəbiyyə” telekanalı İranın hərbi obyektinə ABŞ və “başqa bir dövlət” tərəfindən zərbə endirilməsi barədə məlumat yayıb. Öz növbəsində, "AlHadath" telekanalının Amerika mənbələri hücumda İsrailin əli olmadığını iddia edirlər. Zərbə ABŞ-ın İran və Rusiyaya hazır olduğunu nümayiş etdirmək məqsədi daşıyıb.
Qeyd edək ki, İran Müdafiə Nazirliyinin obyektinə hücum üçün istifadə edilən PUA-ların növü onların İslam Respublikası ərazisindən buraxıldığını göstərir. "Əl-Ərəbiyyə" telekanalı belə düşünür.
Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu bildirmişdi ki, İsrail Fələstinlə eskalasiyaya can atmır.



Baxış sayı: 183


Bölməyə aid digər xəbərlər