Castin Trüdo Ermənistanın təxribatı ilə bağlı icmamızın müraciətini araşdıracaq
Tarix: 22-09-2022 20:25 | Bölmə: Siyasət

                      Castin Trüdo Ermənistanın təxribatı ilə bağlı icmamızın müraciətini araşdıracaq



Kanadanın Baş naziri Castin Trüdonun ofisi bu ölkədə fəaliyyət göstərən Azərbaycan icması üzvlərinin Ermənistanın son təxribatı ilə bağlı müraciətini cavablandırıb.
“Qafqazinfo” xəbər verir ki, Baş nazirin ofisindən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənovaya və Alberta-Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ALACS) icraçı direktoru Səbinə İsgəndərovaya ünvanlanan cavab məktubunda bildirilib ki, Castin Trüdoya göndərilmiş məktubun ünvanına çatdığını təsdiqləyirlər.
“Əmin olun ki, sizin müraciətiniz dəqiq araşdırılacaq. Sizin elektron məktubunuz baxılması üçün xarici işlər naziri hörmətli Melani Coliyə göndərilib”, - deyə qeyd olunub.


Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər