01:39 / 29-09-2026
37 yaşlı yeni başçının - Dosyesi
01:34 / 29-09-2026
Yeni təyin olunan icra başçısı onun müavini imiş
21:49 / 28-09-2026
Fransada şirin suda yaşayan bir mosasaur aşkar edilib
21:46 / 28-09-2026
Dodik Rusiyaya səfəri zamanı Putinlə görüşməyə ümid edir
21:43 / 28-09-2026
Finlandiyanın NATO-ya daxil olmasını tənqid etdi
21:41 / 28-09-2026
Rusiyanın Serbiyadakı səfiri: "Vuçiç milli lider statusu qazanıb"
21:02 / 28-09-2026
WSJ: Kanada Trampa görə enerji nəhəngi ola bilər
20:59 / 28-09-2026
Səfir Botsan-Xarçenko: "Rusiya ilə münasibətlər Serbiyanın iqtisadiyyatına təsir edib"
20:56 / 28-09-2026
Venesueladan ABŞ-a ixrac edilən qızıl alıcı tapa bilmir
20:50 / 28-09-2026
Yəmən husilərlə mübarizə üçün ümumi səfərbərlik elan etdi
20:45 / 28-09-2026
Rusiyalı millət vəkili AB müdafiə nazirlərinin görüşü ilə bağlı şərh verdi
20:42 / 28-09-2026
Terrorizmdə ittiham olunan keçmiş model Xodorkovskinin qızından vəsait alıb
17:55 / 28-09-2026
Peskov Putinin Ukrayna təklifləri ilə bağlı mövqeyini tam adlandırdı
17:46 / 28-09-2026
FSB: Britaniyada yaradılan RDS Rusiyada hakimiyyəti ələ keçirmək istəyənlər tərəfindən istifadə olunur
17:43 / 28-09-2026
AB-nin ən dəyərli şirkətinin baş direktoru: "Həddindən artıq məhdudiyyətlər ümidsizliyə səbəb olur"
17:39 / 28-09-2026
Çində keçirilən tennis turnirinin finalına vəsiqə qazandı
17:34 / 28-09-2026
Ukrayna Baş naziri ölkənin internet xidmətindən məhrum edilə biləcəyini etiraf etdi
17:29 / 28-09-2026
Ekspert: "Ukraynanın çökən iqtisadiyyatı Qərbə getdikcə daha çox xərc çəkir"
17:25 / 28-09-2026
Səudiyyə Ərəbistanı pilotsuz təyyarə hücumlarından sonra boru kəməri vasitəsilə neft ixracını bərpa etdi
16:47 / 28-09-2026
Almaniya xarici işlər naziri Kallasa Lavrovla danışıqlarının nəticələri barədə məlumat verib
16:43 / 28-09-2026
Üç xəstə və bir mühafizəçi dron hücumunda yaralanıb
16:40 / 28-09-2026
Usmanov və Fridman Litvada arzuolunmaz şəxslər elan edilib
16:35 / 28-09-2026
2100 il əvvəl batan gəminin yerində minlərlə boşqab və qab tapılıb
16:31 / 28-09-2026
AB Ukraynadakı hərbi missiyasını 2028-ci ilə qədər uzadıb
22:22 / 27-09-2026
Zaxarova Uspenskaya ilə Reznik arasındakı barışığa öz rolundan danışdı
22:19 / 27-09-2026
Vuçiç Serbiyadakı uğursuz "rəngli inqilab"ın əsl səbəblərini açıqladı
22:15 / 27-09-2026
İnsanlar üçün təhlükə yaradan dörd ayı məhv edilib
22:10 / 27-09-2026
Çaydan kişi cəsədi tapılıb
22:07 / 27-09-2026
Əlil arabasında olan qadına bara giriş icazəsi verilməyib
21:28 / 27-09-2026
Evin həyətində atəş açmaqda şübhəli bilinən kişilər saxlanılıb
21:24 / 27-09-2026
Yanğında üç nəfər həlak olub
21:22 / 27-09-2026
Zaxarova Lavrovun BMT Baş Assambleyasındakı görüşlərinin sayından danışdı
21:19 / 27-09-2026
Zaxarova: "Almaniya xarici işlər naziri Merzin reytinqini xilas etmək üçün Lavrovla görüşdü"
21:15 / 27-09-2026
Turist itkin düşüb
21:08 / 27-09-2026
Ana ayı və balaları yay bağçası icmasına gəldilər
21:06 / 27-09-2026
AB nazirləri miqrantlarla birgə mübarizə aparmaq barədə razılığa gəliblər
21:02 / 27-09-2026
27 heyvanın xilas edildiyi böyük yanğın söndürülüb
21:00 / 27-09-2026
Kardinal Zuppinin səfəri Rusiyaya necə kömək edəcək
ƏN YAXŞI ALTENATİV: XALQIN, DÖVLƏTİN YANINDA OLMAQ!-Qənirə Paşayeva
Tarix: 15-09-2022 20:49 | Bölmə: Siyasət

Sabaha-inamla.az MM Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın yazısını təqdim edir:
Sentyabrın 12-dən 13-nə keçən gecə düşmənin dövlət sərhəddimizin Daşkəsən, Kəlbəcər və Laçın rayonları istiqamətində genişmiqyaslı hərbi təxribat törətməsi və bunun qarşılığında Silahlı Qüvvələrimizin gördüyü cavab tədbirləri barədə ictimaiyyətə məlumat verilib. Əlbəttə, döyüş bölgəsində baş verənlərdən danışarkən, müvafiq dövlət qurum və quruluşlarının verdiyi rəsmi məlumatlara etibar edilməlidir. Əlbəttə, müharibədən, öncəbhədən verilən xəbərlər mülki fəaliyyət xəbərlərindən köklü şəkildə fərqlənir və hər kəs buna anlayışla yanaşmalıdır. Vətən oğulları sərhəddə öz qanları, canları hesabına tarix yazarkən, evində oturub ordu haqqında, ordu mənsubları və məsuliyyətli qərar verən orqanlar haqqında məsuliyyətsiz rəylər tirajlayanlar ictimai qınağa tutulmalıdır. Müharibə mövzusu, Vətən mövzusu, şəhidlik, fədakarlıq siyasi maraq müstəvisinin mövzusu deyil. Hələ-hələ xaricdə oturub, hansısa xarici xüsusi xidmət orqanının marağına xidmət edənlər, eləcə də, ölkə içində siyasi hakimiyyət uğrunda radikal mübarizə xətti tutanlar sözlərinə, özlərinə çəki-düzən vermək zorundadır. Bu gün ictimai fikir, gələcəkdə tarix onları qınayacaq. Biz Ermənistan silahlı qüvvələrinin diversiya qrupları, informasiya təxribatçıları və vandalizmi beynəlxalq səviyyədə müdafiə edən şəbəkəyləmi mübarizə aparaq, yoxsa, pasportunda “Azərbaycanlı” yazılan müəyyən qruplarlamı? Ermənistan necə qurulub, Ermənistan qurularkən hansı sərhədlər içində qurulub və ən azı son 30 il içində xalqımızın başına nə müsibətlər gətirib – bunu bilə-biləmi danışır, yazırlar, yoxsa, bilməyə-bilməyəmi? – Hər iki halda bağışlanmazdır. Belə həssas mövzuda bilmədən danışmaq ayıbdır, məsuliyyətsizlikdir, diletantlıqdır, bilərəkdən danışmaq, yazmaqsa gədəlikdir. Ərazimizə mina basdıranlarla informasiya mühitini minalayanlar arasında ciddi fərq yoxdur. Hər iki çirkin əməlin qarşısı dərhal alınmalıdır. Sərhəddə, öncəbhədə əsgərlərimiz, arxa cəbhədə, söz cəbhəsində bütün vətənpərvər, haqsevər vətəndaşlarımız mübarizə aparmalıdır. Siyasi təxribat əməliyyatlarına cəlb olunmuşlar, aldadılmışlar çıxdaş edilməlidir. Düşmənin hərbi təxribatı kimi, içimizdəki “beşinci kolon” mənsublarının yaxud qanmazların da informasiya təxribatı sistematik xarakter daşıyır. Deməli, susmaq, cavabsız qoymaq düzgün olmaz. Fikir verin: Ermənistan KİV-lərində və sosial media seqmentində Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etməsi barədə xəbərlər tirajlanır və bu tirajlanma “Azərbaycanlı”lara istinadən baş verir. Heç kəsə, o cümlədən həmin o istinadgah “Azərbaycanlı”lara sirr deyil ki, bizim bölgədə tək bir təcavüzkar və işğalçı dövlət var, o da Ermənistan Respublikası adlanır. Həmin o işğalçı və təcavüzkar Ermənistandır ki, öz silahlı qüvvələrinin şəxsi heyəti və texnikasını Azərbaycan Respublikasının Qarabağ iqtisadi zonasından hələ də çıxarmamışdır. Həmin o, Ermənistanın siyasi-hərbi rəhbərliyi öz üzərinə düşən öhdəlikləri, o cümlədən 10 noyabr Üçtərəli Bəyanatında yazılan müddəaları yerinə yetirmir, Zəngəzur dəhlizinin açılmasına mane olur, sərhədlərin delimitasiyası və demarkasiyası işini yubadır, Sülh Anlaşmasından yayınır. Adı adımızdan, pasportu pasportumuzdan olan bir qrup radikal siyasətçinin, onların xaricdəki “fikir uzantıları”nın informasiya təxribatı və siyasi revanşizmi Ermənistanın davam edən hərbi təxribatı və revanşizm siyasəti ilə səsləşir və sanki bir-birini tamamlayır. Əgər siyasi revanşistlərin içərisində, belə deyək, səmimi şəkildə yanılanlar varsa, onların siyasi maariflənməyə, maariflə islaha cəlbi pis olmazdı; bilə-bilə, məqsədyönlü təxribatla məşğul olanların işi isə maarifdən, xoşluqdan, xeyirxahlıqdan keçmiş kimi görünür... Hər kəs bilməlidir ki, son günlərdəki gərginliyin əsas səbəbkarı Ermənistandır, bu gərginliyin məsuliyyətini Azərbaycanla bölüşdürməyə, hətta Azərbaycanı qınamağa qalxanlarsa, elə məhz təxribatçılardır. – Onlar da birbaşa yaxud dolayısı yolla, irimiqyaslı erməni təxribatlarına dəstək vermiş olduqlarının fərqində olmalı, özlərinə, sözlərinə çəki-düzən verməlidir. 2016-cı ilin Aprel, 2020-ci ilin Tovuz döyüşlərində, 44 günlük müharibədə olduğu kimi, yenə də, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbələr qazanılması siyasi ehtirasları Vətən, dövlət hisslərini üstələyənləri təmin etməməkdədir. – Bu, açıq-aydın görünür. Görünür ki, hirs-hikkəli radikallar keçici siyasi maraqları, çıxarları ülvi Vətən amalının üzərinə qaldırmışdır. Xarici kəşfiyyat orqanlarının əlində oyuncaq olanlarsa, yalnız özlərinə deyil, mənsub olduqları ailələrə tarixi xəcalət gətirir. Onlar Azərbaycanın ağ üzünə ləkə sala bilməz. Onlar Azərbaycanı, Azərbaycanlıları, alimlərimizi, aydınlarımızı, gənclərimizi ifadə etmir, onlar yalnız özlərini ifadə edir. Xalq şairi Fikrət Qocanın məşhur misraları yadıma düşür: Babalarımız Biri qaçaq olub, mərd olub, Biri qoçaq olub, mərd olub, Biri kasıb olub, mərd olub, Bəs namərdlər hardandı? – Bax, bu mənə dərd olub... Təsəvvür edin: hərbi əməliyyatlar başlamır – irad, tənqid, əks-hücum başlayır – irad, tənqid, atəşkəs olur – irad, tənqid, döyüşlər davam edir – irad, tənqid, sülh danışıqları başlayır – irad tənqid, sərhəddəki təxribatlara cavab verirlir – irad, tənqid, sərhəddin o tayındakı legitim hərbi infrastrukturu sıradan çıxardılır – yenə irad, tənqid... – Bax, bu, “Sən nə ifa edirsən et, mən öz bildiyim havaya oynayacağam” deməkdir. Siyasi-ideoloji müstəvidəsə bu, oyun havası deyil, gədəlikdir, xainlikdir. – Xaricdə oturub, Vətən haqqında hərzə-hədyan danışmaq Vətən uğrunda can verən, qan tökən oğullara həqarətdir və hətta özünə qarşı həqarəti susaraq keçənlər, bu həqarəti keçməyəcək! Mən seçim bölgəm Tovuzdan paytaxta yenicə qayıtmışam. Sərhədyanı rayon olan Tovuzda, qəhrəman şəhidlərimizin dəfnində iştirak etdim, onların ailə üzvləri ilə könül söhbəti etdim. Şəhidlərimizin Vətən uğrunda necə şüurlu, necə ürəkdən döyüşdüklərinə, şəhidlik yolunu təsadüfən seçmədiklərinə bir daha əmin oldum. Dağlarda, dərələrdə, istidə-soyuqda döyüşən qəhrəman oğullarımızla yaxud onların valideyni ilə eyni yaşda olub da, onların çəkdiyini çəkməyən, onların yaşadığını yaşamayanların xaricdə (yaxud ölkəmizin paytaxtında) oturub, yayda sərin, qışda isti otaqlarda mühakimə yürütməsinə nə var ki?!. Belə bir həssas dönəmdə də, yumşaq kresloda oturub, (bağışlayın məni) yaymana-yaymana öz siyasi çıxarlarının haqq-hesabını aparmağı nə cəmiyyət, nə tarix, nə də Yaradan bağışlamaz. Belələri Müzəffər Ali Baş Komandanın, onun rəhbərlik etdiyi şanlı ordunun uğurlarına, dövlət-xalq birliyinin təntənəsinə çamur atdıqlarını zənn edir, ancaq o, çamur öz qara üzlərini bir az da qaralatmaqdan başqa heç nəyə yaramaz. Xarici ölkələrə, müəyyən dairələrə sığınıb da, antimilli, antidövlət bəyanlarında bulunmaq olsa-olsa, onları Ermənistanın, bədnam erməni lobbisinin “sevimlisi”sinə çevirə bilər. Dünya erməniliyinin sevimlililəri siyahısında baş köşələrən birinə, Qərbdə məskunlaşan Altay Göyüşov əsas iddiaçıdır. O, sərhəddəki son məlum toqquşmalar haqqında görün nə gül vurub: “Şəxsən mənə İrəvan, Zəngəzur-filan lazım deyil və Ermənistana qarşı gecəki təcavüzü birmənalı olaraq pisləyirəm”. Bu bəlkə alim ola bilib, amma adam ola bilməyib hər halda. Adam olan, Azərbaycanlı olan belə bir yaramaz cümlə qurarmı? Yazının girişində vurğuladığımız kimi, sərhəd toqquşmasını bizim yaratmadğımız açıq-aşkardır. Aşkardır ki, Ermənistan beynəlxalq hüquq normalarına, Üçtərəfli bəyanatlara, respublikamızın ərazi bütövlüyünə hörmət qoymur, öz üzərinə götürdüyü öhdəliklərə əməl etmir və s. Üstəlik, Ermənistan büs-bütün tarixi Azərbaycan torpaqlarında bərqərar olub. Özü “Qafqaz İslam Ordusunun 1918-ci il əməliyyatları – Azərbaycan Demokratik Respublikası və Qafqaz İslam Ordusu” (Bakı, “Nurlar”, 2008) kitabını yazan tarixçi alim, dosent həqiqətin harada, kimin tərəfində olduğunu bilmirmi guya? Bəlkə, zaman-zaman aldığı müəyyən beynəlxalq qrantlar (“SSRİ və MDB-də İslam təhsili” adlı beynəlxalq tədqiqat layihəsi (Volkswagen fondu. Boxum Universiteti; 2001-2004), ABŞ Dövlət Departamenti Beynəlxalq Qonaq Proqramı (2003), ABŞ Dövlət Departamenti Fulbright Proqramı (2007-2008) və s. də vəsilə olub ki, o, Bakıdanqaçma, Azərbaycandan uzaqlaşma, Qərbin müəyyən dairələrinə yaxınlaşma sürəcindən keçsin?.. Yoxsa, Altay Göyüşovkimilər elə başa düşür, Ermənistanın diversantları bizim əraziyə müdaxilə etmə, təminat yollarımıza mina basıdırma hüququna malikdir? Bəlkə, biz o minaları görməzdəngəlməli, mina basdıranları isti çaya qonaq çağırmalıymışıq? Yoxsa, Azərbaycanın mülki obyektlərinə, hərbi infrastrukturlarımıza təhdid təşkil edən Ermənistanın legitim hərbi obyektlərinə zərbələr endirmək lazım deyilmiş? Yaxşı ki, Altay Göyüşovkimilər KTMT-nin təlimatçısı, sözçüsü deyil. Təsəvvür edin: hətta Ermənistanın üzvü olduğu KTMT belə, hücumun kim tərəfindən başladıldığına şübhə ilə yanaşır, ermənilərin ağzı ilə danışmır... KTMT üzvü Qazaxstanın Xarici işlər naziri də bildirdi ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyası və delimitasiyası baş vermədiyi (yəni dövlət sərhədi müəyyən edilmədiyi) üçün sərhədin pozulmasından söhbət gedə bilməz. Yaxşı ki, Altay Qazaxıstan XİN-də məsləhətçi deyil... Altay Göyüşovvari düşünən düşüncəsizlər bir sıra siyasi partiyalarda da var. Ən qəbuledilməzi odur ki, belələri partiya rəhbəridir. Məsələn, Əli Kərimli, məsələn, Arif Hacılı. Nə təvafüqdüqr ki, məhz onların başçılıq etdiyi partiyaların ortaq hakimiyyəti dövründə Azərbaycan dövlət sərhədlərində, hər yerdə ən acı günlərini yaşadı, sonrakı bəlaların əsasını qoydu: torpaq itkiləri, məcburi köçkünlük, beynəlxalq aləmdən təcrid olunma, dostsuz qalma, ABŞ-ın “Azadlığı müdafiə aktı”na “907-ci düzəliş” və s... Nə istəyirsiz? Yenə Qarabağ şüarı ilə hakimiyyətə gəlmək? Yenə qan-qada, yenə dağıntı, yenə xaos, yenə göz yaşı, yenə “bez pridel”?.. Şükür oxuduğunuzdurmu, minnətdar olduğunuzdurmu ki, sizlərin uçurduğunuz ümid priamidasını inama çevirən, ölkəni səfərbər edən, xalqın qürurunu özünə qaytaran Müzəffər Ali Baş Komandan, qətiyyətli Prezidentimiz var. Şəhidin, şəhid ailəsinin qədrini qalib ordunun Ali Baş Komandanından çoxmu bilirsiz, Tanrı eşqinə? Özünüz öz dediyinizə, yazdığınıza inanırsızmı? Əli Kərimli, Arif Hacılı, onlara züy tutan, onlar kimi düşünməyənləri sosial şəbəkələrdə qaraguruhcasına “daş-qalaq” edənlər həqiqətin gözünün içinə nə zaman dik baxacaq, əcaba? Bilmirlərmi ki, ölkə rəhbərliyi itkilərimizin mümkün qədər az olması, mümkünsə itkisiz ötüşməyimiz üçün hər cür tədbir görür amma nə edəsən ki, Ermənistan və havadarları 30 il boyunca dinc durmayıb. Doğrudur, 44 günlük müharibədə biz onların Qarabağda, Şərqi Zəngəzurda belini qırdıq, iti qovan kimi qovduq lakin hərbi əməliyyatlar Ermənistan ərazisində getmirdi və Ermənistanın öz ərazisində heç də azsayda olmayan hərbi texnikası, müasir silahları olmamış deyildi. Müharibədən sonrakı 2 il içində Ermənistan və havadarlarının boş dayandığını düşünmək də sadəlöhvlük olardı. Ermənistana elə müharibənin gedişində, son günədək silah daşındığı bilinən faktdır. Biz Ermənistan cildində dünya erməniliyi ilə, Ermənistanın güclü havadarları ilə həm hərbi, həm siyasi-diplomatik, həm də iqtisadi, mədəni (bir sözlə, bütün əməli fəaliyyət sahələri üzrə) savaş aparan bir ölkəyik. Bu savaşı biz arzulamamışıq, biz elan olunmamış savaşa məruz qalmışıq. 44 gün içində düşmənin dərsini vermişik, indi də revanşizm hərəkətlərini heçə endirməyə çalışırq. Bizim işimiz haqq işidir, biz qalib gələcəyik. Bacarırsınızsa, haqqın tərəfində olun – o haqq sizin öz ölkənizdir, öz xalqınızdır, siz Azərbaycan Respublikasının vətəndaşısız, elə deyilmi? Eləsə, ali dövlət rəhbərliyinin, Müzəffər Ali Baş Komandanın Vətəni daha da qüdrətli etmək siyasətinə sayğı duymağı öyrənin. Siyasi ehtiras gözünüzü tutubsa, könlünüzü tutmasın. Qocaman yazıçımız Vidadi Babanlı demiş, vicdan susanda... könüldə könüllük qalmır... Sizlər Azərbaycan Qoşulmama Hərəkatına qoşulanda da, Hərəkatın Bakıda sammiti keçiriləndə və Azərbaycan Prezidenti sədr seçilərkən də, bunun əhəmiyyətsiz bir iş olduğunu deyir, insanları buna inandırmağa çalışrdız. Sizlər Qoşulmama Hərəkatına qoşulmağın və Hərəkata Sədrliyin bizə hansı siyasi-diplomatik üstünlüklər qazandırdığını nəhayət gördünüz və utandınızmı? Sizlər “bu iqtidar müharibə başlamaz, başlasa da uğur qazana bilməz” tərzində yanlış və zərərli fikirlər tirajlayırdız. Bəs belə olmadığını gördüyünüz, bildiyiniz halda utanmağa üzünüz, çəkməyə xəcalətiniz varmı? Üzünüzü özünüz bilərsiz, xəcalətiniz vardır və çəkməlisiniz... Biz ölkəmizdəki müəyyən sosial problemləri də bilirik, ancaq bunu bilməkdə qalmır, onları etiraf edir, həllinə töhfə verməyə çalışır və nail oluruq. Hər kəs əlini daşın altına qoymalıdır. Vətənə, xalqa xidmət öz yerində, öz dərəcəsində faydalı olmaqdır, dürüst olmaqdır. Onsuz da, İlham Əliyev və onun sadiq siyasi komandası, bütün vətənpərvərlər qüvvələrlə birgə Azərbaycanın çiçəklənməsini tam təmin edəcək. Siz öz yanlış siyasi xəttinizdən, ritorikanızdan dönməzsizsə itirən yalnız özünüz olacaqsız. Və nəhayət! Əlbəttə, dövlətimiz sərhədlərimizin təhlükəsizliyi üçün nə gərəkirsə, nəyə imkan varsa, onu etməlidir, edir və edəcək. Dövlət ağlı ilə hakimiyyət ehtirasını cilovlaya bilməyən siyasi partiya rəhbərliyinin düşüncəsini bir tərəziyə qoymaq olmaz. Biz tarixi haqlarımızı, milli ideallarımızı unutmamışıq. Biz xalqımızın başına açılan müsbitələri unutmamışıq. Ermənistan mehriban qonşu kimi davranmağı bacarmayacaqsa, xətircəm olun, Dəmir Yumruq yerindədir!
DÖVLƏTİMİZ VAR OLSUN!
Baxış sayı: 457
Bölməyə aid digər xəbərlər

Bu gün, 01:34
Yeni təyin olunan icra başçısı onun müavini imiş
Dünən, 21:43
Finlandiyanın NATO-ya daxil olmasını tənqid etdi
Dünən, 16:47
Almaniya xarici işlər naziri Kallasa Lavrovla danışıqlarının nəticələri barədə məlumat verib
27-09-2026, 21:00
Kardinal Zuppinin səfəri Rusiyaya necə kömək edəcək
27-09-2026, 20:43
Tokayev hərbçilərin həyatının qorunmasını prioritet adlandırdı
27-09-2026, 17:51
Antimilli ünsürlərin təxribatçı cəhdləri cəmiyyətin milli maraqlar ətrafında birliyini sarsıda bilmədi-Könül Nurullayeva
25-09-2026, 22:48
Vətən müharibəsində Azərbaycan yüksək səviyyəli hərbi potensial nümayiş etdirdi-Könül Nurullayeva
24-09-2026, 13:21
Ermənistan qanunsuz istismara görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir-Könül Nurullayeva
23-09-2026, 19:15
Zaxarova Lavrov və Rubio arasında görüşdən ilk fotonu paylaşdı
22-09-2026, 18:50
BİR QURULTAY QƏRARI VƏ AZƏRBAYCANIN DƏYİŞƏN SİYASİ TALEYİ
22-09-2026, 18:16
Cəmiyyətin faktla manipulyativ məzmunu bir-birindən ayırmaq bacarığı vacibdir-Könül Nurullayeva
22-09-2026, 17:13
Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə telefonda danışdı
21-09-2026, 18:13
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
21-09-2026, 18:11
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
21-09-2026, 11:24
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
20-09-2026, 18:03
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
20-09-2026, 16:38
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
17-09-2026, 17:52
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17-09-2026, 17:08
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17-09-2026, 17:02
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
17-09-2026, 16:57
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16-09-2026, 20:18
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
16-09-2026, 19:50
Medvedev: "Rusiyanın müxalifləri çaşqınlıq və qorxu toxumu səpmək üçün heç nədən əl çəkmirlər"
16-09-2026, 19:21
Putin bildirib ki, heç kim Rusiyanı qorxutmaqda və bölməkdə uğur qazana bilməyəcək
15-09-2026, 18:07
Britaniya mediası Patruşevin Polşanın taleyi ilə bağlı açıqlamalarını "qorxulu" adlandırdı
15-09-2026, 17:53
Yermaka "sağlamlıq təhlükəsi" səbəbindən elektron qolbaq taxmağı dayandırmağa icazə verildi
15-09-2026, 12:29
Ermənistan Qarabağ mövzusunu revanşizm üçün alətə çevirməyə davam edir-Könül Nurullayeva
14-09-2026, 18:03
Politoloq Kazakov Vitkoff və Kuşnerin səfərinə reaksiyanı izah etdi
13-09-2026, 16:43
Britaniya səfirliyinin təhlükəsizlik işçisi tədricən Ukrayna mədəniyyətinə qərq oldu
12-09-2026, 20:53
“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”
10-09-2026, 19:03
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
10-09-2026, 18:50
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
10-09-2026, 17:33
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir
10-09-2026, 10:29
Moldova Zelenskinin təyyarəsinə dronla təhdid edilməsi ilə bağlı xəbərləri təkzib edib
9-09-2026, 14:29
Lavrov Ukrayna mövzusunda dəyirmi masada iştirak edəcək
8-09-2026, 14:39
Peskov bildirib ki, Rusiya Ukraynadakı münaqişəni başlatmadı, amma ona son qoymağa çalışır
8-09-2026, 14:15
Macarıstandan rus diplomatlarının qovulmasına reaksiya verdi
7-09-2026, 16:33
"Yaramaz bir açıqlama": Bir diplomat Trampa Ayın mənimsənilməsinə qoyulan qadağanı xatırlatdı
7-09-2026, 16:16
Mendel Ukraynadakı münaqişənin həlli üçün yeni şərtlərdən danışdı
6-09-2026, 18:28
Zaxarova Berlindəki Rus Evinin niyə bağlandığını izah etdi