Bütün xəbərlər
Yeni icra başçısı Orxan Mürsəlov kimdir?
Tarix: 11-08-2022 17:32 | Bölmə: Siyasət

                   Yeni icra başçısı Orxan Mürsəlov kimdir?


Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Sabaha-inamla.az-ın “Qafqazinfo”ya istinadən əldə etdiyi məlumata görə, O.Mürsəlov bu vəzifəyə təyin olunanadək Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun Baş məsləhətçisi vəzifəsində çalışıb.
O bu vəzifədə ikən administrasiyada qərb bölgəsinin kuratoru kimi mütəmadi olaraq Samux, Ağstafa, Qazax, Gədəbəy və digər rayonlardakı tədbirlərdə iştirak edib.









Baxış sayı: 221


Bölməyə aid digər xəbərlər