Bütün xəbərlər
Zəngilan rayonuna Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edildi
Tarix: 05-05-2022 01:57 | Bölmə: Siyasət



Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezident Sərəncam imzalayıb.
Sabaha-inamla.az xəbər verir ki, sərəncama əsasən Vahid Rasim oğlu Hacıyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.



Baxış sayı: 245


Bölməyə aid digər xəbərlər