İlham Əliyev Hacıqabuldadır - Yenilənib
Tarix: 20-04-2021 14:05 | Bölmə: Siyasət

               İlham Əliyev Hacıqabuldadır


Azərbaycan Prezidenti İlham Əliyev aprelin 20-də Hacıqabul rayonuna səfərə gəlib.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Hacıqabul şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayonda görülən işlər barədə dövlət başçısına məlumat verib.

***
İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin açılışında iştirak edib. 
Dövlət başçısına sənaye məhəlləsində yerləşən müəssisələr barədə məlumat verilib.
***
Hacıqabul-Muğan avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib. İlham Əliyev tədbirdə iştirak edib. Dövlət başçısına uzunluğu 11,5 kilometr olan yolun texniki göstəriciləri barədə məlumat verilib.
***
İlham Əliyev Hacıqabul rayonunun Meyniman kəndinin ərazisində fermer Elşən Xəlilovun 10 hektarlıq pambıq tarlası ilə tanış olub. Dövlət başçısı əkin sahəsində pambıq səpininə start verilməsi prosesini izləyib.
***
Hacıqabul rayonunda "Aqro Dairy" Məhdud Məsuliyyətli Cəmiyyətin aqroparkının təqdimatı olub. Prezident İlham Əliyev tədbirdə iştirak edib.


Baxış sayı: 70


Bölməyə aid digər xəbərlər