22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Prezidentin köməkçisi İran səfiri ilə görüşdü - Foto
Tarix: 19-09-2020 11:42 | Bölmə: Siyasət

                  Prezidentin köməkçisi İran səfiri ilə görüşdü


Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə Hikmət Hacıyev öz tvitter hesabında məlumat verib.
Şöbə müdirinin sözlərinə görə, görüşdə ikitərəfli münasibətlər nəzərdən keçirilib: “Bu gün İran İslam Respublikasının yeni səfiri Seyid Abbas Musəvini salamlamaqdan məmnun oldum. İkitərəfli münasibətlərimizi nəzərdən keçirdik, mehriban qonşuluq və dostluq münasibətlərimizin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi apardıq. Xarici İşlər Nazirliklərinin keçmiş mətbuat katibləri olaraq ortaq mövzularımız çox idi”.



Baxış sayı: 406


Bölməyə aid digər xəbərlər