Bütün xəbərlər
Bakıda yaşayış binasında yanğın baş verib, iki polis əməkdaşı zəhərlənib
Tarix: 03-02-2018 15:03 | Bölmə: Reportaj


                      Sakinlərin təxliyyə edilməsi üçün təxirəsalınmaz tədbirlər görülüb
Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi,156 ünvanında yerləşən üçmərtəbəli binanın girişindəki mağazada yanğın olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunublar.
Sakinlərin təxliyyə edilməsi üçün təxirəsalınmaz tədbirlər görülüb.
Binanın üçüncü mərtəbəsindəki evlərin birində köməksiz vəziyyətdə qalmış və tüstüdən zəhərlənmiş 14 yaşlı Kərəm, 12 yaşlı Elcan və 9 yaşlı Selcan Səfərlilər polis əməkdaşları tərəfindən xilas edilib, onlara ilkin tibbi yardım göstərilb. Qohum olan azyaşlıların vəziyyətləri qənaətbəxşdir.
Yanğınsöndürənlər tərəfindən alovun qarşısı alınıb.
Hadisə nəticəsində azyaşlıları xilas edən Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları - polis serjantları Qoşqar İsmayılov və Kamran Əhmədli tüstüdən zəhərləniblər. Onlar xəstəxanaya yerləşdiriliblər.


Baxış sayı: 758


Bölməyə aid digər xəbərlər