22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Heydər Əliyev Mərkəzində tezliklə! “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisi
Tarix: 22-07-2019 10:38 | Bölmə: Reportaj

                       

Heydər Əliyev Mərkəzində tezliklə “Musiqi alətləri: birlik və müxtəliflik” adlı sərgi açılacaq.
Trend-in məlumatına görə, hazırda sərgi üzərində son tamamlama işləri gedir və yeni mövsümdən daha bir unikal layihə izləyicilərin ixtiyarına veriləcək.
Ekspozisiyada müxtəlif ölkələrin XVIII-XX əsrlərə aid 170-dən çox musiqi aləti nümayiş olunacaq.
Əsrlər boyu bir-birinə qonşu olan ölkələrdə vahid mədəni məkan yaranıb və qarşılıqlı əlaqələr nəticəsində bir çox oxşar musiqi alətləri meydana gəlib. Tədricən bu musiqi alətləri dünyanın müxtəlif yerlərinə yayılıb. Bununla yanaşı, ayrı-ayrı ölkələrdə yalnız onlara aid olan milli musiqi alətləri də mövcuddur.
Sərgidə təqdim edilən eksponatlar Azərbaycan, Albaniya, Bolqarıstan, Çin, Dağıstan (Rusiya Federasiyası), Əfqanıstan, Əlcəzair, Gürcüstan, Hindistan, İndoneziya, İraq, İran, Kipr, Qazaxıstan, Qırğızıstan, Liviya, Macarıstan, Makedoniya, Mərakeş, Misir, Monqolustan, Özbəkistan, Pakistan, Rumıniya, Serbiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Yəmən və Yunanıstana aid olub, musiqi alətləri arasında həm oxşarlığı, həm də fərqliliyi təcəssüm etdirəcək. Ekspozisiya birlik və müxtəliflik prinsipinə əsaslanaraq bölmələrə ayrılıb.
Sərgidə hər bir musiqi alətini seyr etməklə yanaşı, onu dinləmək və ən əsası, həmin alətdə ifa xüsusiyyətləri ilə tanış olmaq mümkün olacaq. Bu məqsədlə ekspozisiyada video və audio yazıların fərdi qaydada dinlənilməsi üçün ekran və avadanlıqlar da quraşdırılacaq.



Baxış sayı: 873


Bölməyə aid digər xəbərlər