12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
İraqda amerikalı pilotların səhvi təhlükəsizlik qüvvələrinin 7 əməkdaşının ölümü ilə nəticələnib
Tarix: 28-01-2018 02:18 | Bölmə: Reportaj

ABŞ helikopteri İraqın Əl-Ənbar əyalətinin Əl-Bağdadi rayonunda səhvən təhlükəsizlik qüvvələrinin avtomobillərini atəşə tutub.
AZƏRTAC Əs-Sumariyə telekanalına istinadla xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həlak olub, 11 nəfər yaralanıb. İnsident zamanı, həmçinin yerli qəbilənin şeyxi ilə görüşə gedən polis rəhbəri və administrasiya başçısının avtomobilləri də atəşə məruz qalıb.
İraqın antiterror birləşməsinin komandanlığı isə öz növbəsində həmin rayonda beynəlxalq koalisiyanın havadan dəstək verdiyi xüsusi əməliyyatın keçirildiyini bildirib. Onun sözlərinə görə, fəaliyyət əvvəlcədən razılaşdırılmadığı üçün təhlükəsizlik qüvvələri silahlı qrupla səhv salınıb.




Baxış sayı: 785


Bölməyə aid digər xəbərlər