22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Sumqayıtda “Bərk məişət və plastik tullantıların idarə edilməsi” mövzusunda regional görüş keçirilib
Tarix: 05-07-2019 01:56 | Bölmə: Reportaj
Sumqayıtdakı Heydər Əliyev Mərkəzində “Bərk məişət və plastik tullantıların idarə edilməsi” mövzusunda regional görüş keçirilib. Tədbiri Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyəti birgə təşkil edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Abşeron, Xızı, Qobustan rayonlarının və Sumqayıt şəhərinin yerli idarəetmə orqanlarının nümayəndələri və sahibkarlar iştirak ediblər. Görüşdə Prezidentin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”ndan irəli gələn məsələlər, mövcud vəziyyət, problemlər və onların həlli yolları haqqında geniş təqdimat keçirilib.
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev məişət tullantılarının idarə edilməsi probleminin həllinə yüksək dövlət qayğısından və bu işin dövlət siyasətinə çevrilməsindən, ölkəmizdə ekoloji mühitin yaxşılaşdırılması üçün çoxşaxəli tədbirlər həyata keçirilməsindən danışıb. O, məişət tullantılarının idarə olunması sisteminin təkmilləşdirilməsi məqsədilə son dövrlərdə ölkəmizdə həyata keçirilən tədbirlərin idarə olunma sisteminin beynəlxalq tələblərə uyğun inkişafının təməlini qoyulduğunu və hazırda bu istiqamətdə davamlı olaraq tədbirlər həyata keçirildiyini vurğulayıb.
Daha sonra bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində qəbul olunmuş strateji sənədlər və fəaliyyət istiqamətləri müzakirə edilib
Sumqayitxeber.com
.



Baxış sayı: 711


Bölməyə aid digər xəbərlər