22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Dini Komitənin sədr müavini: Təhsil və dini biliklər paralel çatdırılmırsa, xurafatın yayılması qaçılmazdır
Tarix: 14-06-2019 00:17 | Bölmə: Reportaj

Hansısa cəmiyyətdə təhsil və dini biliklər paralel şəkildə insanlara çatdırılmırsa, xurafatın yayılması qaçılmazdır.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xocalı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda olan tədbirdə DQİDK-nın sədr müavini Gündüz İsmayılov deyib.
Onun sözlərinə görə, yad dini ideologiyaların təsiri altına düşənlərin dini bilgilərinin zəif olması ehtimalı böyükdür. Bu baxımdan, gənclərə dinlər haqqında ümumi məlumatların verilməsi, müqəddəs kitabların mahiyyətinin izah edilməsi olduqca vacibdir.
Sədr müavini dini-mənəvi biliklərin düzgün aşılanması və mahiyyətinin dərk edilməsi mövzusunun gənclər üçün xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Maarifləndirmə məqsədi ilə keçirilən silsilə tədbirlərin davam etdirilməsinin zəruriliyini də qeyd edən G.İsmayılov deyib ki, ibadətlə yanaşı, birliyə və həmrəyliyə böyük önəm verən İslamın vəhdət və qardaşlıq dini kimi xarakterizə olunması təsadüfi deyil.
DQİDK-nın sədr müavini vurğulayıb ki, dinimizin əsas məqsədlərindən biri də cəmiyyət, dövlət və ailə üçün faydalı olan, həmrəylik naminə toplumun ayrılmaz hissəsinə çevrilən nümunəvi vətəndaş formalaşdırmaqdır.



Baxış sayı: 594


Bölməyə aid digər xəbərlər