22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Azərbaycan UNESCO-nun baş qərargahında keçirilən rəsm sərgisində təmsil olunur - FOTO
Tarix: 06-06-2019 02:00 | Bölmə: Reportaj

                                        

Azərbaycan UNESCO-nun Parisdəki baş qərargahında keçirilən rəsm sərgisində təmsil olunur.
"Report"un yerli bürosu xəbər verir ki, sərgidə ölkəmizi əl işlərini UNESCO-nun strateji mövzuları olan müxtəlifliyin inkişafı, sülh və mədəniyyətlərarası dialoq mövzularında işləmiş azərbaycanlı rəssam Mehri Quliyeva təmsil edir.
Sərgidə Andorada 2018-ci ilin 9-21 iyulunda "Planet üçün rənglər" 6-cı incəsənət festivalında iştirak etmiş rəssamların əl işləri nümayiş olunur. Rəssamlar əsərlərində UNESCO-nun dəyərləri ilə yanaşı BMT-nin 2015-2030-cu illər üçün davamlı inkişaf proqramının 17 hədəfli məqsədlərinə də yer veriblər.
Sərginin vernisajında UNESCO-nun baş direktoru Audrey Azoulay,Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov, UNESCO-nun xoşməramlı səfiri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının vitse-prezidenti Edva Ser, müxtəlif ölkələrin UNESCO yanında daimi nümayəndələri, incəsənət xadimləri, rəsm həvəskarları iştirak ediblər.
Qeyd edək ki, azərbaycanlı rəssam Mehri Quliyeva müxtəlif rəsm atelyelərində çalışıb və Fransada bir sıra rəsm sərgilərinin iştirakçısı və qalibidir.
Tədbir UNESCO-nun 2013-2022 illər üçün elan etdiyi mədəniyyətlərin yaxınlaşması beynəlxalq onilliyiçərçivəsində baş tutub.



Baxış sayı: 616


Bölməyə aid digər xəbərlər