17:04 / 13-09-2026
Əhdi həmin videosuna görə saxlanıldı
17:01 / 13-09-2026
Naməlum kişinin hücumundan sonra bir qız reanimasiyaya yerləşdirilib
16:58 / 13-09-2026
Uşakov Hindistanda keçirilən BRICS Zirvəsində Ukraynanın kimdən xatırlandığını açıqladı
16:55 / 13-09-2026
Rus turistləri daşıyan təyyarə Tunisdə qəzadan çətinliklə yayındı
16:52 / 13-09-2026
Litva üzərində PUA: NATO qırıcı təyyarəsi havaya qalxdı
16:45 / 13-09-2026
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
16:43 / 13-09-2026
Britaniya səfirliyinin təhlükəsizlik işçisi tədricən Ukrayna mədəniyyətinə qərq oldu
16:40 / 13-09-2026
Dəmir Yolu Stansiyasının rəisi Sankt-Peterburqda həbs edilib
16:36 / 13-09-2026
Yanğından altı uşaq xilas edildi
16:33 / 13-09-2026
Zelenski dünyanın ən nüfuzlu yəhudiləri arasında adlandırılıb
11:41 / 13-09-2026
İki kombayn yanğını baş verib
11:38 / 13-09-2026
Bir sıra zəlzələlər baş verdi
11:34 / 13-09-2026
Batmış bərədə 30-dan çox insan itkin düşüb
11:31 / 13-09-2026
Polşa Ukraynadakı Rusiya fəaliyyətinə görə hava qüvvələrini gücləndirdi
11:28 / 13-09-2026
Bir gündə on ayı öldürülüb
11:25 / 13-09-2026
Yava dənizində itkin düşən 243 sərnişini olan gəmi ilə əlaqə
11:22 / 13-09-2026
Çayda qayıqdan yıxılaraq xəsarət alıb
11:20 / 13-09-2026
Polis iki yeniyetməni vuran sürücünü axtarır
11:17 / 13-09-2026
Media xəbər verir ki, APEC sammitində tarixi bir hadisə baş verə bilər
11:13 / 13-09-2026
Evdə baş verən yanğında bir qadın ölüb
20:53 / 12-09-2026
“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”
19:13 / 10-09-2026
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
19:03 / 10-09-2026
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
18:58 / 10-09-2026
“100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü” - Video
18:50 / 10-09-2026
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
18:47 / 10-09-2026
Polis yeniyetmələri bıçaqla hədələyəni saxlayıb
18:43 / 10-09-2026
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
18:38 / 10-09-2026
Gəmidə baş verən yanğında 25 nəfər ölüb
18:35 / 10-09-2026
Mali terrorçuları ölkənin mərkəzində hücum həyata keçiriblər
18:33 / 10-09-2026
Yanğından uşağı xilas edən bir kişi hadisənin təfərrüatlarını paylaşıb
18:30 / 10-09-2026
Pilotsuz təyyarənin uçuş videosunu mesajlaşma tətbiqində yerləşdirib və cərimə alıb
17:47 / 10-09-2026
Venesuelada Ukrayna modelini daşıyan təyyarə qəzaya uğrayıb
17:43 / 10-09-2026
Bir ovçu, insanların ayıları özləri təhrik etdiyini bildirdi
17:40 / 10-09-2026
"Spartak"la müqaviləsini ləğv etdikdən sonra "Rostov"a qoşuldu
17:37 / 10-09-2026
MSU professorunun qətlində ikinci şübhəli axtarışda elan edilib
17:33 / 10-09-2026
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir
Vüqar Rəhimzadə: Fransa məhkəməsinin qərarı ədalətin bərpasıdır
Tarix: 04-06-2019 23:07 | Bölmə: Reportaj
«Hadisələrə ən böyük dəyəri zaman özü verir. Ədalət ən böyük meyardır. Həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatın qələbəsi inkaredilməzdir. Bu gün dünyanın nəhəng dövlətlərinin Azərbaycan həqiqətlərinə münasibətdə mövqelərində dəyişikliklər etmələri dövlətimizin uğurlu daxili və xarici siyasətinin nəticəsidir. Artıq işğalçı Ermənistan bu reallığın şahidinə çevrilir ki, yalanlarla dünyanı çaşdırmaq qeyri-mümkündür.»
Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Fransa məhkəməsinin separatçı Dağlıq Qarabağ rejimi ilə Arnuvill şəhəri arasında «Dostluq haqqında xartiya»nı ləğv etməsinə münasibət bildirərkən söyləyib.
V.Rəhimzadə qeyd edib ki, məhkəmə 2018-ci il oktyabrın 22-də imzalanan sənədin qeyri-qanuni, heç bir hüquqi qüvvəsi olmayan, Fransanın beynəlxalq öhdəliklərinə zidd olması barədə qərar çıxarıb: “Bu, 2013-cü ildən sonrakı dövrdə Fransa məhkəməsinin Azərbaycanın xeyrinə çıxardığı ilk qərardır. Ölkəmiz separatçı rejimin işğalı legitimləşdirmək, Fransa şəhərləri ilə qarşılıqlı əlaqələr qurmaq cəhdlərini rəsmi Paris qarşısında dəfələrlə qaldırıb və buna kəskin etirazını bildirib. Fəaliyyətində hər zaman Azərbaycanın milli maraqlarını əsas tutan ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Fransaya sonuncu səfəri zamanı keçirdiyi rəsmi görüşlərdə məsələni müzakirə edib və belə halların yolverilməzliyini diqqətə çatdırıb. Bununla yanaşı, Fransa Prezident Emanuel Makron bu ilin fevralında erməni diasporunun nümayəndələri ilə görüş zamanı bu tipli xartiyaların imzalanması və işalçı rejimlə Fransa şəhərlərinin əlaqələrinin qurulmasını Fransanın dövlət maraqlarına, beynəlxalq öhdəliklərinə və hüquqa zidd olduğunu bildirib”.
YAP Siyasi Şurasının üzvü bildirib ki, hər bir hadisə, ən əsası Azərbaycanın xeyrinə atılan addım münasibətlərin bugünkü səviyyəsini təhlil etməyi bir zərurət kimi ortaya qoyur: “Bu fakt inkaredilməzdir ki, Fransa erməni diasporunun güclü olduğu ölkələrdəndir. Erməni diasporunun həmin ölkədə cərəyan edən proseslərə təsir imkanlarının genişliyi göz önündədir. Fransa kimi dünyanın nüfuzlu dövləti heç bir araşdırma aparmadan «erməni soyqırımı»nı tanımaqla yanaşı, bunu digər dövlətlərdən də tələb edirsə, həmçinin Fransa Senatında «erməni soyqırımı»nı tanımayanlara qarşı cəzanın tətbiq olunması ilə bağlı qanun layihəsi müzakirə olunursa, bu Ermənistan-Fransa münasibətlərinin yaxınlığına işarədir. Fransanın ermənilərin hiyləgərliklərindən irəli gələn addımları sırasında yer alan «erməni soyqırımı abidəsi»nin ucaldılması, « soyqırımı muzeyi»nin yaradılması da ikili siyasətdən alınan gücün göstəricisi idi. Amma ermənilər və erməni diasporu unudur ki, artıq onların yalanlarının ayaq tutub yeriməsi vaxtı çoxdan keçib. Müasir dövrün informasiya əsri olduğunu, Azərbaycan dövlətinin hücum diplomatiyasını tarixi faktlara əsaslanaraq yüksək səviyyədə həyata keçirdiyini, ən əsası erməni diasporunun diplomatik uğurlarımızın fonunda zəiflədiyini, dünyada cərəyan edən proseslərə təsir imkanlarının heçə endiyini nəzərə alsaq, saxta tarix yazıb bunu həqiqət kimi dünyaya çatdırmağa çalışan ermənilərin apardıqları təbliğatların nə qədər gülünc və mənasız olduğunu görməmək mümkün deyil”.
V.Rəhimzadə qeyd edib ki, son zamanlar diqqət yetirdikdə Fransanın Ermənistana soyuq münasibəti, daha dəqiq desək, yalanlarını ədalətin gözü ilə alt- üst etmək cəhdi diqqətdən kənarda qalmır. Ermənistanın baş naziri Nikol Paşinyanın Fransaya səfəri zamanı soyuq qarşılanması dünya mətbuatında geniş müzakirə edilən məsələlər sırasında oldu.
«Azərbaycanın xarici siyasətində Avropa İttifaqı, eyni zamanda quruma üzv olan ölkələrlə əməkdaşlıq prioritetdir» söyləyən V.Rəhimzadə qeyd edib ki, bu gün ölkəmizlə Fransa arasında əlaqələr yüksələn xətlə inkişaf edir: “Bunu dövlətimizin başçısı İlham Əliyevin Fransaya səfəri zamanı keçirdiyi görüşlər, Fransanın Azərbaycanın xarici siyasətinin prioritet məsələsi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyində dəyişikliklər də təsdiqləyir. Nəzərə alsaq ki, Fransa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən, həmçinin BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir, bu halda onun mövqeyinin ölkəmiz üçün nə qədər önəm daşıdığını geniş şərh etməyə ehtiyac yoxdur”.
V.Rəhimzadə bildirib ki, Azərbaycanın hər bir diplomatik uğuru yeganə problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz ədalətli həllini tapacağına inamı artırır. Eyni zamanda, uğurlar özlüyündə dünyanın aparıcı dövlətlərinə, həmçinin ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin üstünlüyünə inamı artırır.
«Fransa məhkəməsi bu günə qədər dünyanın ikili siyasətindən ərköyünləşərək daha böyük iddialarla yaşayan ermənilərin bütün cəhdlərinin üzərindən xətt çəkdi» söyləyən V.Rəhimzadə bu inamı da ifadə edib ki, dünyanın ikili siyasətdən xilas olması fonunda digər dövlətlər də obyektiv yanaşma ortaya qoyaraq, 25 ildən artıqdır davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə dəstək olacaqlar: “Dövlətimizin başçısı İlham Əliyevin daim bəyan etdiyi kimi, Azərbaycan hücum diplomatiyasını uğurla həyata keçirir. Təbliğatımız real faktlara, tarixi həqiqətlərə əsaslanır. Beynəlxalq hüququn norma və prinsiplərinin bütün dövlətlərə eyni şəkildə tətbiq olunması əsasında münaqişəli məsələlərin öz ədalətli həllini tapacağı qaçılmazdır. Fransa bu addımı ilə Dağlıq Qarabağ probleminin həllinə dəstəyini bir daha təsdiqlədi. Eyni zamanda, bu qərar dünyanın bu günə qədər yaşadığı beynəlxalq hüquq problemindən xilas olmaq istəyinə işıq saldı”.
Baxış sayı: 1 139
Bölməyə aid digər xəbərlər

21-07-2026, 00:58
Sumqayıt Dövlət Texniki Kollecinin şəhid məzunu Saleh Nuriyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-07-2026, 18:09
Şəhid polis Ramil Şirinovun doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-06-2026, 16:18
"Ədəbi incilər" antologiyasının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
31-05-2026, 00:49
Şəhid XTQ giziri Şəhriyar Quliyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
26-05-2026, 17:34
Bu gün şəhid Rizavan Qayıbovun doğum günüdür-Sabaha-inamla.az
11-05-2026, 03:14
Şəhidlərin adı verilən sinifin açılışı-VİDEO+FOTOLAR
12-03-2026, 01:28
Şəhidin adı verilən sinifin açılışı oldu-VİDEO+FOTOLAR
20-02-2026, 09:27
Kəşfiyyatçı şəhid Tacəddin İsmayılzadənin xatirə gecəsi-VİDEO+FOTOLAR
9-02-2026, 23:24
Şəhid Asim Camalzadənin doğum günündən-VİDEO+FOTOLAR
26-01-2026, 23:54
Şəhid leytenant Balakişi Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
16-01-2026, 00:48
Şəhid Anar Qorçuyevin və Ramil Quluyevin doğum günündən-VİDEO+FOTOLAR
13-01-2026, 23:30
Şəhid general Polad Həşimovun doğum günündən-VİDEO+FOTOLAR
23-12-2025, 13:11
Şəhid atası Hacı Əhmədin Musiqi Kollecində dunya azerbaycanlılarının həmrəyliyi münasibətilə layihəsi-VİDEO+FOTOLAR
9-12-2025, 21:57
QHT 35 İllik yubileyini qeyd etdi-VİDEO+FOTOLAR
29-11-2025, 22:09
Şəhid Natiq Baxşalıyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 23:05
Şəhid Rəhman Məmmədovun anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 20:31
Şəhid Elgin Abbaslının anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 13:44
Şəhid Təbriz Alməmmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 12:42
Sumqayıtda şəhid Səbuhi Həsənquliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
3-11-2025, 22:19
Şəhid leytenant Ülvü Məhərrəmovun anım günündən-FOTO+VİDEOLAR
2-11-2025, 20:04
Şəhid kəşfiyyatçı mayor Taleh Kərimovun anım günündən-VİDEO+FOTOLAR
30-10-2025, 10:37
Sumqayıtda şəhidlik zirvəsinə ucalmış Akif Cabbarovun anım günü keçirilib-VİDEO+FOTOLAR
28-10-2025, 10:18
Deputat Zaur Şükürov şəhid Müşfiq Bəktiyevin anım günündə çıxış etdi-VİDEO+FOTOLAR
24-10-2025, 02:01
Şəhid Şəhriyar Quliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 23:05
Şəhid Ramil Quluyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 21:14
Şəhid Fərhad Fərhadlının anım günü keçirilib-VİDEO+FOTOLAR
20-10-2025, 09:21
Sumqayıtda şəhid Elmar Nəsibovun anım günündən-VİDEO+FOTOLAR
20-10-2025, 01:16
Sumqayıtda şəhid Elçin Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
17-10-2025, 20:51
Sumqayıtda şəhid Nadir Rzayevin anım günü keçirilib-VİDEO+fotolar
16-10-2025, 16:01
Sumqayıtda Rüfət Mustafayevin anım günü keçirilib-VİDEO+FOTOLAR
11-10-2025, 01:29
Sumqayıtda şəhid Abdulla Əhmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
9-10-2025, 12:55
Sumqayıtda şəhid Emil Əliyevin anım günündən-VİDEO+FOTOLAR
29-09-2025, 10:46
Sumqayıtda Anım Günü münasibətilə şəhidlərin xatirəsi yad edilib
25-07-2025, 17:49
Sumqayıt şəhərində Saleh Nuriyevin mövludundan-VİDEO+FOTOLAR
18-07-2025, 22:28
Sumqayıtın tarixi muzeyində mətbuatın 150 illik yubileyi ilə bağlı tədbir keçirilib-VİDEO+FOTOLAR
13-07-2025, 20:43
Sumqayıtda Tovuz döyüşləri və Qubadlı şəhidlərinin anım günü keçirilib
14-06-2025, 21:33
Milli qəhrəman Şükür Həmidovun oğlu məzun oldu-FOTOLAR
26-05-2025, 12:38
Sumqayıt şəhərində XTQ-nin giziri, "Qarabağ" ordenli şəhid Şəhriyar Quliyevin 35 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
23-05-2025, 00:23
Birinci Qarabağ müharibəsinin şəhidi Səyavuş Məmmədovun ildönümü keçirilib-VİDEO+FOTOLAR
10-05-2025, 00:18
Sumqayıt şəhərində kəşfiyyatçı şəhid Nail Məmmədovun 50 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR