Bütün xəbərlər
Nazir Sumqayıtda idmançılarla görüşüb (FOTO)
Tarix: 02-06-2019 10:35 | Bölmə: Reportaj

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Sumqayıt şəhərində yerləşən Respublika Paralimpiya Kompleksində üzgüçülük, boccia, cüdo, pauerliftinq və güllə atıcılığı idman növü ilə məşğul olan paralimpiyaçılarla görüşüblər.
Trend-in məlumatına görə, idmançıların fiziki və mənəvi-psixoloji hazırlıq səviyyəsi ilə maraqlanıblar.
Sahil Babayev və İlqar Rəhimov 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə uşaq paralimpiyaçılarını təbrik ediblər.
Nazir və komitə prezidenti iki həftə öncə Bakıda keçirilən para cüdo üzrə beynəlxalq qran-pri yarışında mükafat alan idmançıları təbrik ediblər. İdmançılara gələcək fəaliyyətlərində yeni uğurlar arzu ediblər.
MPK prezidenti İlqar Rəhimov nazir Sahil Babayevə Bakıda keçirilən para cüdo idman növü üzrə beynəlxalq qran pri yarışının qızıl, gümüş və bürünc medallarından ibarət süvenir dəsti hədiyyə edib.



































Baxış sayı: 718


Bölməyə aid digər xəbərlər