22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Uşaq ürəkləri Qarabağda döyünür” devizi altında növbəti humanitar aksiyaya start verilib
Tarix: 02-06-2019 01:19 | Bölmə: Reportaj

Rəşad Mahmudov: “3 günlük missiyada Qarabağ bölgəsində həm anadangəlmə ürək qüsurlu uşaqların ətraflı müayinəsi, həm də sağlam uşaqların check-up müayinəsi aparılacaq”


1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə peşəkar kardioloq həkimlərdən ibarət səyyar komanda bu gün Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndində və Füzuli rayonunun Horadiz qəsəbəsində növbəti humanitar aksiyaya start verib. Onlar Qarabağ bölgəsindəki uşaqların pulsuz kardioloji müyinəsini həyata keçirirlər. Milli Məclisin deputatı, həkim- kardioloq, tibb elmləri doktoru Rəşad Mahmudovun bildirdiyinə görə, azərbaycanlı və Türkiyədən gəlmiş həkimlərin qatıldığı aksiya 3 gün davam edəcək.
 “Hər zaman olduğu kimi, yenə də dövlətimizin səhiyyə sahəsində Uşaqların Beynəlxalq Müdafiə günününə həsr olunmuş layihəsi ilə buraya gəlmişik. “Uşaq ürəkləri Qarabağda döyünür” devizi altında 20-yə yaxın həkimin iştirakı ilə Dövlət Gömrük Komitəsi Tibb İdarəsinin səyyar tibb maşını bütün avadanlığı ilə birlikdə Cocuq Mərcanlıya və Horadizə yola çıxıb. 3 günlük missiyada Qarabağ bölgəsində həm anadangəlmə ürək qüsurlu uşaqların ətraflı müayinəsi, həm də sağlam uşaqların check-up müayinəsi aparılacaq. Problemi olan uşaqların da gələcəkdə Bakıdakı böyük tibb mərkəzlərində problemlərinin həlli istiqamətində addımlar atılacaq”deyə, Rəşad Mahmudov əlavə edib.
Aksiya çərçivəsində, həmçinin, "Uşaq xəstəlikləri diaqnostika və müalicəsində yeniliklər" adlı Beynəlxalq Pediatrik Elmi Konfrans keçirilir.
Sabaha-inamla.Az




Baxış sayı: 590


Bölməyə aid digər xəbərlər