22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
28 May - Respublika Günü münasibətilə Dövlət Mahnı Teatrında solo konsert təşkil edilib
Tarix: 29-05-2019 01:38 | Bölmə: Reportaj



28 May - Respublika Günü münasibətilə "Mehriban" mahnı və rəqs kollektivi Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında solo konsert təşkil edib.
Trend-in məlumatına görə, konsert tədbirində Hindistan-Azərbaycan Assosiasiyasının rəsmisi Yakob Matheu Aykara, Dünya Sülh Səfiri, BMT-nin üzvü, "Azərbaycan - İraq Mədəni Əlaqələr" İctimai Birliyinin sədri Tahirə Məmmədova, azərbaycanlı millət vəkili Xanhüseyn Kazımlı və digər mötəbər qonaqlar iştirak edib.
Millət vəkili Xanhüseyn Kazımlı Azərbaycanın Xalq Cümhuriyyətinin fəaliyyətindən danışıb. Deputat müsəlman Şərqində ilk demokratik respublika olan AXC-nin ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdığını deyib.
Tədbirdə kollektivin bədii rəhbəri Səbinə Nəcəfova “Mehriban” rəqs ansamblının il ərzində yaradıcılıq fəaliyyətindən, əldə etdikləri nailiyyətlərdən danışıb.
S.Nəcəfova bildirib ki, "Mehriban" mahnı və rəqs kollektivi 2011-ci ildə yaradılıb. Fəaliyyət göstərdiyi illər ərzində kollektiv üzvləri müxtəlif televiziya verilişlərində, əyləncəli müsabiqələrdə, müxtəlif bölgələrdə keçirilən tədbirlərdə iştirak edib, Azərbaycanı Türkiyədə və Qazaxıstanda keçirilən uşaq bayramlarında yaxından tanıdıb.
Konsert proqramında rəqs ansamblının ifasında Azərbaycan rəqsləri ilə yanaşı, dünya xalqlarının rəqsləri də nümayiş olunub.
Sonda "Mehriban" mahnı və rəqs kollektivinə gül dəstələri təqdim olunub.
























Baxış sayı: 691


Bölməyə aid digər xəbərlər