19:35 / 03-11-2026
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
19:30 / 03-11-2026
Günün ikinci təyyarəsi bomba təhlükəsi səbəbindən Varşavaya eniş etdi
19:24 / 03-11-2026
İki balıqçının cəsədi tapılıb
18:55 / 03-11-2026
Dəvələrin tutulmasının görüntüləri yayılıb
18:49 / 03-11-2026
Tramp İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə icazə verdi
18:45 / 03-11-2026
Peskov: "APEC Zirvəsində Putin və Tramp arasında danışıqlar mümkündür"
18:39 / 03-11-2026
237 sm boyunda olan braziliyalı kişi ayağı amputasiya edildikdən sonra yenidən yeriyə bilib
15:52 / 03-11-2026
Siyasətçi Şmidt almanların Merzi necə adlandırdıqlarını izah etdi
15:47 / 03-11-2026
Lukaşenko Polşa hakimiyyətini mümkün etirazlar barədə xəbərdar etdi
15:45 / 03-11-2026
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva "3+3" görüşü keçirməyə ümid edir
15:42 / 03-11-2026
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
15:39 / 03-11-2026
Lavrov ABŞ-ın İrana nüvə zərbəsi endirməsi ehtimalını şərh etdi
15:36 / 03-11-2026
Yeniyetmənin qətlində şübhəli bilinən şəxs saxlanılıb
14:29 / 03-11-2026
Moskva vilayətinin şimal-qərbində və Moskva vilayətində qar yağıb
14:26 / 03-11-2026
Peskov: "Rusiya, ABŞ və Çin liderləri arasında görüş tezliklə razılaşdırıla bilər"
14:23 / 03-11-2026
Lavrov ATƏT-in işini davam etdirməsi üçün nələrə ehtiyac olduğunu izah etdi
14:20 / 03-11-2026
Lavrov Aİ-nin atəşkəs çağırışları ilə nəyə nail olmağa çalışdığını izah etdi
14:15 / 03-11-2026
Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Avropada silahlanma yarışına qarışmaq niyyətində deyil
14:12 / 03-11-2026
Medinski Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək
14:06 / 03-11-2026
TASS: Moskvaya gecə dron hücumu cəhdi ən böyük hücumlardan biri idi
22:40 / 02-11-2026
NATO kəşfiyyat təyyarəsi müşahidə edilib
22:27 / 02-11-2026
İsveçrə Avropada siyasi dönüş nöqtəsinə işarə edir
22:23 / 02-11-2026
Rayon administrasiyasının rəhbəri rüşvət işi üzrə həbs edilib
22:18 / 02-11-2026
Hollandiya vandalizm aktından sonra sovet əsgərləri qəbiristanlığında təhlükəsizliyi gücləndirəcək
18:56 / 02-11-2026
Polis əməkdaşlarına hücum edən şəxsə qarşı ittiham irəli sürülüb
18:53 / 02-11-2026
Uşaqlarına işgəncə verən məhkum edilib
18:47 / 02-11-2026
Zelenski Kliçkonu Malyukla əvəz etmək istəyir
18:41 / 02-11-2026
Avropada Rusiya qazının alınması çağırışları güclənə bilər
18:38 / 02-11-2026
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
18:32 / 02-11-2026
Rusiya Qazaxıstanla Türk Dövlətləri Təşkilatına qoşulmağı müzakirə edə bilər
18:27 / 02-11-2026
Tramp Vyetnam müharibəsini bir həftəyə qazana biləcəyi ilə öyündü
17:37 / 02-11-2026
Bir ekspert Polşadakı Alman polisi ilə bağlı məlumatları Tuska qarşı uydurma adlandırdı
17:33 / 02-11-2026
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
17:30 / 02-11-2026
Zelenski Kliçkonu vəzifəsindən uzaqlaşdırmaq üçün dəstək tapa bilmədi
17:27 / 02-11-2026
Ömürlük həbs cəzasına məhkum edilib
17:19 / 02-11-2026
Belçikanın Baş naziri istefa verib
16:40 / 02-11-2026
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
16:36 / 02-11-2026
Ekspert ABŞ-ın İrana nüvə zərbəsinin fəlakətli nəticələrini etiraf edir
Qafqazşünasların II Beynəlxalq Forumuna start verilib
Tarix: 25-05-2019 01:38 | Bölmə: Reportaj

Mayın 23-də AMEA Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda Qafqazşünasların II Beynəlxalq Forumu işə başlayıb.
İki günlük forumda Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, İran, Qazaxıstan, Belarus, Özbəkistan, Şimali Makedoniya, Ukrayna və Gürcüstandan olan tanınmış alim və tədqiqatçılar iştirak edir.
Forum iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın ulu öndəri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Əvvəlcə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə beynəlxalq tədbirin əhəmiyyətini önə çəkərək bildirib ki, akademiyanın təşəbbüsü ilə ikinci dəfədir ki, keçirilən forumda alim və mütəxəssislərin, eləcə də təqdim olunan məruzələrin sayı xeyli dərəcədə artıb. Bu da Qafqaz tarixi və qafqazşünaslıq elminin öyrənilməsinə göstərilən böyük marağın sübutudur.
Akademik A.Əlizadə dünyanın ABŞ, Rusiya, Türkiyə, Gürcüstan kimi müxtəlif ölkələrində Qafqaz problemlərinin öyrənilməsi ilə məşğul olan çoxsaylı alimlərin fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, bu gün Bakı qafqazşünaslıq üzrə tədqiqatların aparılması istiqamətində əsas mərkəzlərdən birinə çevrilmişdir.
Qafqazın bütün dövrlərdə öz gözəlliyi ilə həm adi insanlar, həm də alim və tədqiqatçıların maraq dairəsində olduğunu deyən AMEA rəhbəri məhz bu səbəbdən Qafqaz problemlərinin həllinə yönələn tədqiqat işlərinin ildən-ilə artdığını söyləyib. O, Puşkin, Lermontov, Hüseyn Cavid kimi böyük yazarların öz əsərlərində dəfələrlə zəngin və gözəl təbiətə malik Qafqazdan bəhs etdiklərini vurğulayıb.
Alim Qafqazın dünya siyasət meydanında da hər zaman fəal iştirak etdiyini qeyd edərək, ulu öndər Heydər Əliyevin “Qafqaz böyük dövlətlərin diqqət mərkəzindədir, dünyanın diqqətini cəlb edir” fikrini xatırladıb.
A.Əlizadə Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüz nəticəsində ərazimizin 20 faizi işğal olunduğunu, bir milyondan çox azərbaycanlı daimi yaşayış yerlərindən didərgin salındığını deyib. Bildirib ki, Qafqaz regionunda mövcud olan bir çox problemlərin başlıca səbəbi Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti ilə bağlıdır. Alim tədbirdə iştirak edən alim və mütəxəssisləri bu kimi problemlərə obyektiv yanaşmağa və onların həlli ətrafında öz səylərini birləşdirməyə çağırıb.
AMEA prezidenti çıxışının sonunda forumun işinə uğurlar arzulayıb.
Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Prezident İlham Əliyevin dünyada, o cümlədən Qafqazda sülh, sabitlik və inkişafın təmin olunması üçün ardıcıl olaraq iş apardığını, məqsədyönlü siyasət həyata keçirdiyini deyib. Bildirib ki, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi iqtisadi-siyasi cəhətdən əhəmiyyətə malik olan layihələrin hər birinin Qafqaz və region dövlətlərini əhatə etməsi Azərbaycanın apardığı məqsədyönlü regional siyasətin nəticəsidir.
“Ölkəmizdə həyata keçirilən siyasi proseslərin işığında Qafqaz haqqında tədqiqatları genişləndirmək, sistemləşdirmək alimlərimiz qarşısında duran əsas vəzifələrdəndir”, – deyən İsa Həbibbəyli AMEA-nın Qafqazşünaslıq İnstitutunda aparılan tədqiqatların sistemli və kompleks xarakter almasının zəruri olduğunu deyib.
Alim bildirib ki, qısa müddətdən sonra artıq ikinci dəfə bu beynəlxalq forumunun Bakıda keçirilməsi, region dövlətlərin hər biri üçün maraqlı olan qafqazşünaslığa Azərbaycan elminin, AMEA-nın sanballı töhfəsidir: “Hesab edirəm ki, elmi cəhətdən qiymətli olan konfrans materialları Azərbaycan qafqazşünaslığının fundamental əsaslarını və strategiyasını təşkil edir. Təqdim olunacaq məruzələr Qafqaz ölkələrinin ən aktual problemlərinin həllinə yönəlmişdir”.
AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova forum çərçivəsində müxtəlif mövzularda müzakirələrin aparılacağını söyləyib. O, tədbirin sonunda müsbət nəticələrin əldə olunacağına əminliyini ifadə edib. Bildirib ki, forum Qafqaz tarixinin öyrənilməsində yeni səhifələrin açılmasına, innovativ ideyaların irəli sürülməsinə təkan verəcək. Eyni zamanda, görkəmli alimlərin birgə fəaliyyəti nəticəsində Qafqaz ölkələrində yaşayan xalqlar arasında qarşılıqlı anlaşma sürətlənəcək, dostluq münasibətləri daha da möhkəmlənəcək.
N.Axundova bu kimi tədbirlərin həm azərbaycanlıların öz tarixini yenidən dərk etməsinə, həm də ölkəmizin dünya tarixində rolunun və yerinin müəyyənləşməsinə müsbət təsir edəcəyini vurğulayıb.
Çıxışlardan sonra akademik Akif Əlizadənin sədrliyi ilə keçirilən plenar iclasda Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı “Qafqazşünaslığın aktual problemləri: mövcud vəziyyət və perspektivlər” mövzusunda məruzə edib.
Alim Qafqazşünaslıq İnstitutunda Qafqazın daha çox siyasi-ictimai və beynəlxalq münasibətlər müstəvisində öyrənildiyini qeyd edib. Bildirib ki, bu gün Qafqazşünaslığın ABŞ-dan Çinə, Yaponiyaya qədər bütün ölkələrdə onlarla mərkəzi fəaliyyət göstərir.
M.Qasımlının sözlərinə görə, Qafqazın geo-siyasi mövqeyi, Şərqlə Qərb arasında körpü rolunu oynaması, eləcə də Böyük İpək yolunun üzərində yerləşməsi bu regionun öyrənilməsinə göstərilən böyük marağın əsas səbəblərindəndir.
“Bu gün zəngin təbii sərvətlərə və kifayət qədər beynəlxalq nüfuza malik olan Qafqazın başlıca problemi terrordur”, – deyən M.Qasımlı Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun nəticələrinin aradan qaldırılmasının həlli vacib olan məsələlərdən olduğunu diqqətə çatdırıb.
Forum öz işini 24 bölmədə davam etdirib. Bölmələrdə “Qafqaz regionunda ictimai-siyasi proseslər”, “Qafqazda münaqişələr və terror”, “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü”, “Qafqaz ölkələrinin qarşılıqlı münasibətləri, xarici siyasəti və böyük dövlətlərin region siyasəti”, “Qafqazda geosiyasi şərait”, “Qafqazda sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı əlaqəsi” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.
AMEA Memarlıq və İncəsənət İnstitutunun “Qafqaz Albaniyasının incəsənəti və memarlığı” şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Kasimi Sehranə Forumda “Azərbaycan və türkdilli Qafqaz xalqlarının mədəni dövrləri” adlı məruzəsi ilə çıxış edib.
Kamran Orucov

Baxış sayı: 2 056
Bölməyə aid digər xəbərlər

12-10-2026, 13:20
Şəhidin adını daşıyan "Sumqayıt-Xəzər" FK ilk start oyununda qalib gəldi-VİDEO+FOTOLAR
21-07-2026, 00:58
Sumqayıt Dövlət Texniki Kollecinin şəhid məzunu Saleh Nuriyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-07-2026, 18:09
Şəhid polis Ramil Şirinovun doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-06-2026, 16:18
"Ədəbi incilər" antologiyasının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
31-05-2026, 00:49
Şəhid XTQ giziri Şəhriyar Quliyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
26-05-2026, 17:34
Bu gün şəhid Rizavan Qayıbovun doğum günüdür-Sabaha-inamla.az
11-05-2026, 03:14
Şəhidlərin adı verilən sinifin açılışı-VİDEO+FOTOLAR
12-03-2026, 01:28
Şəhidin adı verilən sinifin açılışı oldu-VİDEO+FOTOLAR
20-02-2026, 09:27
Kəşfiyyatçı şəhid Tacəddin İsmayılzadənin xatirə gecəsi-VİDEO+FOTOLAR
9-02-2026, 23:24
Şəhid Asim Camalzadənin doğum günündən-VİDEO+FOTOLAR
26-01-2026, 23:54
Şəhid leytenant Balakişi Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
16-01-2026, 00:48
Şəhid Anar Qorçuyevin və Ramil Quluyevin doğum günündən-VİDEO+FOTOLAR
13-01-2026, 23:30
Şəhid general Polad Həşimovun doğum günündən-VİDEO+FOTOLAR
23-12-2025, 13:11
Şəhid atası Hacı Əhmədin Musiqi Kollecində dunya azerbaycanlılarının həmrəyliyi münasibətilə layihəsi-VİDEO+FOTOLAR
9-12-2025, 21:57
QHT 35 İllik yubileyini qeyd etdi-VİDEO+FOTOLAR
29-11-2025, 22:09
Şəhid Natiq Baxşalıyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 23:05
Şəhid Rəhman Məmmədovun anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 20:31
Şəhid Elgin Abbaslının anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 13:44
Şəhid Təbriz Alməmmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 12:42
Sumqayıtda şəhid Səbuhi Həsənquliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
3-11-2025, 22:19
Şəhid leytenant Ülvü Məhərrəmovun anım günündən-FOTO+VİDEOLAR
2-11-2025, 20:04
Şəhid kəşfiyyatçı mayor Taleh Kərimovun anım günündən-VİDEO+FOTOLAR
30-10-2025, 10:37
Sumqayıtda şəhidlik zirvəsinə ucalmış Akif Cabbarovun anım günü keçirilib-VİDEO+FOTOLAR
28-10-2025, 10:18
Deputat Zaur Şükürov şəhid Müşfiq Bəktiyevin anım günündə çıxış etdi-VİDEO+FOTOLAR
24-10-2025, 02:01
Şəhid Şəhriyar Quliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 23:05
Şəhid Ramil Quluyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 21:14
Şəhid Fərhad Fərhadlının anım günü keçirilib-VİDEO+FOTOLAR
20-10-2025, 09:21
Sumqayıtda şəhid Elmar Nəsibovun anım günündən-VİDEO+FOTOLAR
20-10-2025, 01:16
Sumqayıtda şəhid Elçin Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
17-10-2025, 20:51
Sumqayıtda şəhid Nadir Rzayevin anım günü keçirilib-VİDEO+fotolar
16-10-2025, 16:01
Sumqayıtda Rüfət Mustafayevin anım günü keçirilib-VİDEO+FOTOLAR
11-10-2025, 01:29
Sumqayıtda şəhid Abdulla Əhmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
9-10-2025, 12:55
Sumqayıtda şəhid Emil Əliyevin anım günündən-VİDEO+FOTOLAR
29-09-2025, 10:46
Sumqayıtda Anım Günü münasibətilə şəhidlərin xatirəsi yad edilib
25-07-2025, 17:49
Sumqayıt şəhərində Saleh Nuriyevin mövludundan-VİDEO+FOTOLAR
18-07-2025, 22:28
Sumqayıtın tarixi muzeyində mətbuatın 150 illik yubileyi ilə bağlı tədbir keçirilib-VİDEO+FOTOLAR
13-07-2025, 20:43
Sumqayıtda Tovuz döyüşləri və Qubadlı şəhidlərinin anım günü keçirilib
14-06-2025, 21:33
Milli qəhrəman Şükür Həmidovun oğlu məzun oldu-FOTOLAR
26-05-2025, 12:38
Sumqayıt şəhərində XTQ-nin giziri, "Qarabağ" ordenli şəhid Şəhriyar Quliyevin 35 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
23-05-2025, 00:23
Birinci Qarabağ müharibəsinin şəhidi Səyavuş Məmmədovun ildönümü keçirilib-VİDEO+FOTOLAR