22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Bakıda tanınmış həkimi və arvadını öldürən şəxsin məhkəmə istintaqı başa çatıb
Tarix: 08-05-2019 13:59 | Bölmə: Reportaj

                              


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İlqar Xancanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə iki polis əməkdaşı ifadə verib.
Onlar bildiriblər ki, hadisə günü yolda İ.Xancanovun idarə etdiyi avtomobilə “saxla” işarəsi veriblər, lakin sürücü maşını saxlamayıb: “Bir qədər gedəndən sonra avtomobilin təkəri partladı. Biz ora yaxınlaşıb, maşının başqajını açanda iki nəfərin meyitini gördük”.
Suallara cavab verən İ.Xancanov söyləyib ki, avtomobildə olan şəxslərdən biri Arzu Şuşalı həmin vaxt dünyasını dəyişməyib: “İstəyirdim ki, onun həyatını xilas edəm”.
Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası mayın 13-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Həmin ərazidə 1968-ci il təvəllüdlü İ.Xancanov bağban işlədiyi bağ evinin sahibi Arzu Şuşalını və həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Tanınmış həkim olan və təqaüdə çıxmış A.Şuşalı isə xəstəxanaya çatdırılıb. Lakin onun da həyatını xilas etmək mümkün olmayıb.



Baxış sayı: 488


Bölməyə aid digər xəbərlər