12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Məhkəmə Məleykə Əsədovanın Ramiz Məlikə qarşı iddiasını təmin etməyib
Tarix: 08-01-2018 13:41 | Bölmə: Reportaj

                 Natavan Tağıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub

Bu gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı və R.Məlikin ona qarşı iddiası üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, hər iki iddia təmin edilməyib.
M.Əsədovanın vəkili jurnalistlərə açıqlamasında bildirib ki, müvəkkili xüsusi ittiham qaydasında da məhkəməyə müraciət edəcək: "Həmçinin, bu məhkəmə qərarından da apellyasiya şikayəti veriləcək".
Qeyd edək ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib. O, məhkəməyə müraciət edərək həmkarından 200 min manat məbləğində təzminat istəyib.
R.Məlikin vəkili Türkel Süleymanlı məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, M.Əsədovanın müvəkkilini təhqir etdiyini və buna görə 300 min manatlıq iddia qaldırdıqlarını söyləyib. Mülki iddia icraata qəbul edilib.



Baxış sayı: 871


Bölməyə aid digər xəbərlər