Bütün xəbərlər
Azərbaycanda insan alverində ittiham olunan Türkiyə vətəndaşının məhkəməsi başlayıb
Tarix: 25-04-2019 10:46 | Bölmə: Reportaj

                                  


Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda insan alverində ittiham olunan Türkiyə vətəndaşı Gökhan Tavukçu və Aynurə Qocayevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası mayın 1-nə təyin edilib.
Qeyd edək ki, hər iki şəxs Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onlar barəsində insan alveri ittihamı irəli sürülüb.
G.Tavukçu və A.Qocayeva ölkə vətəndaşları olan 4 qadını Türkiyə Respublikasına apararaq insan alverinə məruz qoyub.



Baxış sayı: 622


Bölməyə aid digər xəbərlər