22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Prezident İlham Əliyev: Azərbaycan turizm sənayesinin inkişafına böyük diqqət ayırır və son illərdə mühüm uğurlar əldə edib
Tarix: 17-04-2019 19:46 | Bölmə: Reportaj



Azərbaycan turizm sənayesinin inkişafına böyük diqqət ayırır və son illərdə mühüm uğurlar əldə edib.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Çinin "Sinxua" agentliyinə müsahibəsində deyib.
Dövlətimizin başçısı qeyd edib: "Azərbaycan özünün turizm sənayesinin inkişafına böyük diqqət ayırır və biz son illər bu istiqamətdə mühüm uğurlar əldə etmişik. Azərbaycana səfər edən Çin turistlərinin sayında 53 faiz artım var".
İlham Əliyev bildirib ki, Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza proseduru tətbiq edir: "Vizanı Azərbaycanın beynəlxalq hava limanlarında əldə etmək olar. Azərbaycan və Çin arasında müntəzəm birbaşa uçuşlar həyata keçirilir".
Prezident əmin olduğunu bildirib ki, qarşıdan gələn illərdə Azərbaycan ilə Çin arasında mövcud olan dostluq əlaqələri xalqlarımızın tərəqqisi və rifahı naminə uğurla inkişaf edəcək və güclənəcək.



Baxış sayı: 509


Bölməyə aid digər xəbərlər