22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Bakıda həyat yoldaşını öldürən qadın: Məni xəyanətdə ittiham edirdi
Tarix: 17-04-2019 15:08 | Bölmə: Reportaj

     


Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Bakı şəhər sakini Vəfa Orucovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Özünü ittiham üzrə qismən təqsirli bilən V.Orucova sərbəst ifadəsində əri Rövşən Musayevin onu döyüb işgəncə verdiyini bildirib: "Rövşən məni ona xəyanət etməkdə ittiham edir, döyürdü, işgəncə verirdi. Həmin gün o məni bıçaqla vurmaq istəyərkən bıçaq onun əlindən düşdü. Mən də bıçağı yerdən götürüb Rövşəni vurdum".
İttihama görə, ötən il noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev paytaxtın Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən V.Orucova saxlanılıb.



Baxış sayı: 576


Bölməyə aid digər xəbərlər