22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Qubada müştərini öldürmək istəyən kababçıya hökm oxunub
Tarix: 16-04-2019 18:27 | Bölmə: Reportaj

                                   


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Bəhram Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il Quba rayonunda kafelərdən birində baş verib. Kafenin kababçısı B.Cəfərovla müştərisi, Quba şəhər sakini, 1986-cı il təvəllüdlü Səxavət Zalı oğlu Hüseynov arasında mübahisə yaranıb. Mübahisə zəminində kababçı müştərini bıçaqlayıb. Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Kafenin kababçısı B.Cəfərov əvvəllər məhkum olunub. 


Baxış sayı: 579


Bölməyə aid digər xəbərlər