12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
İran iğtişaşlar zamanı avropalının saxlanılması barədə məlumatı təkzib edib
Tarix: 04-01-2018 03:32 | Bölmə: Reportaj


İranın Lurestan vilayətinin məhkəmə nümayəndəsi iğtişaşlar zamanı avropalının saxlanılması barədə yayılan məlumatı təkzib edib.
Bu barədə Trend "Mehr" xəbər agenltiyinə istinadən xəbər verir.
Məhkəmənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əli Səbzivari qeyd edib ki, saxlanılan şəxs əslən Borucerd şəhərindəndir, sadəcə Avropada yaşayır.
O əlavə edib ki, təhlükəsizlik xidmətinin əməkdaşları onu baş verənləri videoya çəkərkən saxlayıblar.
Daha öncə bildirilirdi ki, İranın güc strukturları Lurestan vilayətinin Borucerd şəhərində iğtişaşlarda iştirakına görə Avropa ölkəsinin vətəndaşını saxlayıblar.



Baxış sayı: 858


Bölməyə aid digər xəbərlər