22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Şagirdi intihar edən məktəbin direktoru ilə bağlı YENİ FAKTLAR
Tarix: 10-04-2019 01:22 | Bölmə: Reportaj

     


Bakıda şagirdi intihar edən 162 saylı məktəbin direktoru Sevinc Abbasova ilə bağlı yeni faktlar üzə çıxıb.
Milli.Az bildirir ki, buta.media-nın məlumatına görə, belə ki, intihar edən şagirdə "pozğun ailənin uşağı" damğasını vuran qəhrəman direktorla bağlı bundan öncə də şikayətlər olub.
Belə ki, yerli KİV-də 2019-cu ilin fevral aynda Sevinc Abbasova ilə məcburi köçkün ailəsi arasında qalmaqal yaşanıb. S.Abbasova həmin məktəbdə oxuyan məcburi köçkün Səbahət Mehdiyevanın övladını 9-ci sinif şagirdini mütəmadi olaraq təhqir edib.
Bu dəfə də direktor əxlaq normalarını ortaya ataraq məktəbli qıza bildirib ki, "bəs sən niyə oğlanla bir yerdə oturursan?" 
S.Mehdiyeva məktəb direktorundan şikayət edərək bildirib ki, S.Abbasova onun qızını məktəbdən qovmaq istəyib:
"Qızım əlaçıdır, şərəf lövhəsində də fotosu var. Həmin sinifdəki iyirmi uşağın hamısını direktor gözümçıxdıya salmışdı. Qayınatam Təhsil Nazirliyinə zəng vurdu. Bundan sonra direktor bizimlə düşmən oldu.
Bundan əvvəl də beşinci sinifdə oxuyan oğlumun sənədləri üstümə tullamışdı. Demişdi ki, sən məcburi köçkünsən, apar uşağın məcburi köçkün məktəbində oxusun, burada oxumağa haqqı çatmır. Mən də uşaqlarımı aparıb Zəngilan məktəbinə qoydum".
Xatırladaq ki, bir neçə gün əvvəl məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib.
Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilir.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb.



Baxış sayı: 579


Bölməyə aid digər xəbərlər