Bütün xəbərlər
İçərisində qızıl olan avtomobili oğurlamaq istəyən şəxs tutuldu
Tarix: 03-01-2018 13:47 | Bölmə: Reportaj

               İçərisində qızıl olan avtomobili oğurlamaq istəyən şəxs tutuldu

Beyləqan rayonunda içərisində qızıl olan avtomobili oğurlamaq istəyən şəxs tutulub.
"Ölkə.Az " xəbər verir ki, DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"un Qarabağ bürosuna verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluğa cəhd edən şəxslər saxlanılıb.
Belə ki, Beyləqan rayon sakini Eldəniz Qarayevə məxsus “VAZ-21074” markalı maşının yük yerindəki 5600 dəyərində olan qızıl-zinət əşyalarını maşınla birlikdə qaçırmaq istəyən rayon sakini Teymur İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib. Polis əməkdaşlarının çevikliyi sayəsində onun bu əməlinin qarşısı alınıb.
T. İsgəndərovun ətrafında aparılan araşdırmalarla onun əlbir olduğu şəxs də müəyyən edilərək saxlanılıb. Bakı şəhər sakini Eknur Ağaşirinli şübhəli şəxs qismində Beyləqan RPŞ-yə gətirilib. Dindirilmə zamanı onlar törətdiyi cinayət əməlini etiraf ediblər.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Baxış sayı: 720


Bölməyə aid digər xəbərlər